» » Tarixdə bu gün - 3 iyul

Tarixdə bu gün - 3 iyul

Müəllif: Dəyanət от 3-07-2017, 01:47
 
 
3 iyun
 
İlin 184-cü (uzun illərdə 185-ci) günü

Münhüm hadisələr:
 
1243 – Kösədağ döyüşündə monqollar Səlcuqlara qalib gəldi.
1250 – Fransa IX Louis yeddinci Xaçlılar müharibələrində ,Məmluk sultan Baibarın əlinə keçmişdir.
1932 – Türkiyə ilə Fransa arasında Antakya’da hərbi müqavilə imzalandı. Razılaşmaya görə Türkiyə hakimiyətini Hataya geri aldmışdır.
1962 – Əlcəzair Fransadan müstəqilliyini elan etmişdir.
1988 – ABŞ Müharibə Gəmisi USS Vinsens (USS Vincennes) İran musafir təyyarəsin (Air Flight 655) Fars körfəzi üstə vurmuşdur və 290 nəfərin həlak etmişdir

Doğuml günləri:

1940 –Tanınmış Azərbaycan pianoçusu Zöhrab Adıgözəlzadə Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.
Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə səhər saat 08:30-da vəfat edib[1]. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.

Tarixdə bu gün - 3 iyul

1984  Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Tarixdə bu gün - 3 iyulAzərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla ƏliyevaMoskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.
30 aprel 2006-cı ildə Crocus Group kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur. 8 may 2008-ci ildə Xocalıya ədalət kampaniyasını başlayır. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. 18 aprel 2009-cu ildə Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin İyul ayında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 12 sentyabr 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.
5 aprel 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 1 oktyabr 2013-cü ildə 3-cü dərəcəli "Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə 20 dekabr 2013-cü ildə isə "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər. 20 oktyabr 2015-ci ildə "Puşkin” medalı ilə təltif olunub.

Tarixdə bu gün - 3 iyul

 

Vəfat etmişdir:

1992 – Azərbaycanın Milli Qəhrəmanın Koroğlu Rəhimov vətən uörunda döyüşlərdə həlak olmuşdur.Tarixdə bu gün - 3 iyul
Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.
1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir.
1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur.
1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.
Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ keçirmişdilər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixdə 203 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür .
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur.
Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulmuşdur.

Tarixdə bu gün - 3 iyul

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz