» » Tarixdə bu gün -18 sentyabr

Tarixdə bu gün -18 sentyabr

Müəllif: Vüsal от 18-09-2016, 08:00

 


 18 sentyabr


İlin 261-ci günü

İlin sonuna 104 gün qalır.

Mühüm hadisələr:

1923 - Xankəndinin adı dəyişdirililərək, "Stepanakert" adlandırılır.

2008 - Bakı Musiqi Akademiyasına yenidən Üzeyir Hacıbəyovun adı verilmişdir.

Doğum günləri:

1866 - İctimai-siyasi xadim, maarifpərvər-publisist Muradxanov Əsədulla bəy Salyanda anadan olmuşdur. Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır.

Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı Tarixdə bu gün -18 sentyabrquberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuĢdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, "Cəmiyyəti-xeyriyyə" yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s. xeyriyyə işləri ilə məşğul olmuşdur. Dövri mətbuatda çıxış etmiş, inqilabdan əvvəl "Brokhauz və Yefron ensiklopedik lüğəti"ndə məqalələri çap olunmuşdur. Əsədulla bəy 1926-cı ildə Bakıya köçmüş və Qara Şəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışmışdır. 1929-cu ildən təqaüdə çıxmışdır.

O, 1942-ci ildə Salyanda vəfat etmişdir.

1885 - Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov Şuşa şəhərində dünyaya göz açmışdır.

 Tarixdə bu gün -18 sentyabrÜzeyir Hacıbəyov mədəniyyət və təhsil tariximizdəki müstəsna xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi , SSRİ Xalq artisti , Stalin Mükafatı laureatı, Lenin və Qırmızı Əmək Bayrağı ordeni laureatı adlarını qazanmış, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor , Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun direktoru, Azərbaycan SSR və Azərbaycan Respublikası Himnlərinin bəstəkarı, müsəlman olan ilk opera müəllifi olmuşdur.

23 noyabr 1948-cii ildə Bakı şəhərində vəfat etmişdir.

Bəstəkar Azərbaycanın əməkdar incəsənət xadimi Zülfüqar və salnaməçi, jurnalist Ceyhun Hacıbəylilərin qardaşıdır.

Niyazinin əmisidir.

1885-Məşhur bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai xadim, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycanın Əməkdar incəsənət xadimi Müslüm Maqomayev anadan olmuşdur.Tarixdə bu gün -18 sentyabr

Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək yaşamını davam etdirmışdir. Ailənin böyük oğlu olan Abdulmüslüm 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. "Şah İsmayıl" (1916) və "Nərgiz" (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.

Müğənni bəstəkar Müslüm Maqomayevin babasıdır.

Kino rəssamı Məhəmməd Maqomayevin atasıdır.

28 iyun 1937-ci ildə vəfat etmişdir.

1971-Azərbaycanın Milli Qəhrəmanı Seymur  Qəhrəman oğlu Məmmədov Füzuli şəhərində dünyaya göz açmışdır.

Tarixdə bu gün -18 sentyabr 1978-1988-ci illərdə burada  şəhər 2 saylı məktəbdə təhsil almışdır.  Orta məktəbi bitirdikdən sonra 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Seymur  Məmmədov hərbi xidmətini Almaniya və Ukraynada keçirir.

Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq "N" saylı özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu... Məlikcanlı kəndi  uğrunda gedən döyüşlərdə hər birində 10 erməni yaraqlısı olan 15 dayaq nöqtəsi məhv edildi, namərd, şərəfsiz ermənilərin snayper gülləsi bu döyüşdə Seymurun gənc ömrünü qırdı. Seymur Məmmədov 21 yaşında Vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Oxuduğu məktəb onun adını daşıyır.

Vəfat etmişdir:

1988 - "Şəhriyar" təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) Təbrizdə vəfat etmişdir.Tarixdə bu gün -18 sentyabr

Seyid Məhəmmədhüseyn Şəhriyar 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı MirağaXoşginabininin ailəsində dünyaya gəlmişdir.  

Vəsiyyətinə görə şairi Surxabdakı məşhur "Şairlər qəbristanı"nda dəfn edilmişdir. Həmin gün bütün Təbrizdə dükan-bazar bağlanmış, şairin dəfn mərasimi ümumxalq matəminə çevrilmişdir. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.


 

Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

 

 

1978 - Azərbaycanın görkəmli teatr-kino rejisoru, aktyoru və pedaqoqu Adil Rza oğlu İsgəndərov Bakı şəhərində vəfat etmişdir.Tarixdə bu gün -18 sentyabr

Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olmuşdur. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Adil müəllim Teatr Texnikumunu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı.

Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi.

Görkəmli səhnə xadimi kino tariximizdəki fəaliyyətinə görə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülmüş,

SSRİ dövlət mükafatı və Lenin ordeni ilə təltif olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz