» » Tarixdə bu gün -27 iyun

Tarixdə bu gün -27 iyun

Müəllif: Vüsal от 27-06-2017, 00:15
27 iyun

İlin 178-ci (uzun illərdə 179-cu) günü.

Mühüm hadisələr:


1918 – Türk dili dövlət dili elan edilmişdir.

Doğum günləri:


1956 – Milli Qəhrəman Yavər Əliyev Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 235 №-li tam orta məktəbi bitirbikdən sonra Kremençuq Aviasiya 
Məktəbinə daxil olmuşdur.
Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görmüşdür.
Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi.
1992-ci il 29 fevral tarixində Yavərin sonuncu uçuşu oldu.
Yavər vertolyotun vurulması xəbərinin düz olmadığını görüncə sevincindən göz yaşları kirpiklərində duruş gətirə bilmədi.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adın verilmişdir.
 Qəhrəman Vətən oğlu  Bakı şəhərində  Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır.
Milli Aviasiya Akademiyası onun adını daşıyır.
 
1962 – Milli Qəhrəman Malik ƏsədovYevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.
Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçir. Malikin döyüş dostları düşmənə  şiddətli müqavimət göstərirlər. Bu hücumda erməni faşistləri igid oğlumuzu  yaralı halda ələ keçirir və  qəddarlıqla qətlə yetirdilər.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır.
Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.

1973 – Milli Qəhrəman Ruslan Muradov Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir.
1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü, onları xilas etmək üçün aparılan əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.
Papravənd kəndi uğrunda Ruslan və döyüş dostları erməni quldurlarına amansız zərbələr vurdular: kənd erməni işğalçılarından azad edildi.
Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Mingəçevir şəhərindəki 15 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada onun büstü qoyulub.
 

Vəfat etmişdir:

Tarixdə bu gün -27  iyun2013 – Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan (Səyavuş Məmmədağa oğlu Aslanov)) vəfat etmişdir.
Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü "Şöhrət" və "Şərəf" ordenli Səyavuş Aslan Səyavuş Aslan 5 sentyabr 1035 -ci ildə Bakıd anadan olmuşdur. Bakıda anadan olmuşdur.
1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir.
] 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı idi.
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat etmişdir.

Bayram günləri:

Tarixdə bu gün -27  iyun

27 iyun Ümumdünya Balıqçılıq Günüdür.
1985-ci ildən başlayaraq hər il iyunun 27-də Ümumdünya Balıqçılıq Günü qeyd olunur. Həmin gün 1984-cü ildə Romada keçirilən Balıqçılığın tənzimlənməsi və inkişafı üzrə Beynəlxalq konfransın qərarı ilə təsis edilmişdir.

Tarixdə bu gün -27  iyun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz