» » Tarixdə bu gün -26 iyun

Tarixdə bu gün -26 iyun

Müəllif: Vüsal от 26-06-2017, 00:15

26 iyun

İlin 177-ci (uzun illərdə 178-ci) günü

Mühüm hadisələr:

1723 – Bakı uzun mühasirədən sonra Rusiya qoşunları tərəfindən işğal edilmişdir.
1819 – Velosiped ixtirası qeydə alınmışdır.
1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əliağa Şıxlinskinin komandanlığı altında Əlahiddə Azərbaycan korpusu yaradılmışdır.
1928 – Yeni türk əlifbasını hazırlamaq məqsədi ilə Türkiyədə qurulan Dil Encümeni ilk toplantısını Ankarada keçirmişdir.
1934 – İlk helikopter ilan Focke-Wulf Fw 61 ilk uçuşunu etmişdir.
1945 - Birləşmiş Millətlər Təşkilatı qurulmuşdur.
1945 – Türkiyə Birləşmiş Millətlər Təşkilatı Anlaşmasını imzalamışdır.
1975 – İndira Qandi Hindistan hökümətinə rəhbrlik etmişdir.
1979 – Məhəmməd Əli boksdan uzaqlaşmışdır.

Doğum günləri:

1797 - Qafqaz xalqlarının milli qəhrəmanı, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır Şeyx Şamil Dağıstanın Gmiri kəndinə anadan olmuşdur.
16  fevral 1871-ci ildə 73 yaşında vəfat etmişdir.
 

1929 — Görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor  Nurəddin Məmmədbağır oğlu  Rzayev  Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur.

Tarixdə bu gün -26  iyun1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov Adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır. Ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir. 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N.M.Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964-1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973-1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin, 1993-cü ildən Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin, 1994-cü ildən Nyu York Elmlər Akademiyasının üzvüdür. 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun elmi katibi, az sonra elmi işlər üzrə direktor müavini, 1963-cü ildə direktor əvəzi və 1964-cü ildən 1994-cü ilədək institutun direktoru vəzifəsində işləmişdir. 1994-cü ildə Xəzər Universitetində Cərrahiyyə departamentinin müdiri, 1995-ci ildə universitetin prorektoru, 1996-cı ildə Azərbaycan Universitetində "Şərq-Qərb" elmi mərkəzinin professoru, 1999-cu ildən Ali Diplomatiya Kollecində "Türkoloji araşdırmalar mərkəzi"nin rəhbəri olmuşdur. 1996-cı ildən Azərbaycan Tibb Universitetində professor-konsultant kimi çalışır.

N. Rzayev 5 elmi ixtiranın, 300-dək elmi məqalənin müəllifi, 5 elmlər doktorunun və 31 elmlər namizədinin elmi rəhbəri olmuşdur. Dəfələrlə Rusiya, Ukrayna, Belorus, Özbəkistan, Latviya, Moldova, Ermənistan, Gürcüstan, ABŞ, Türkiyə, İngiltərə, İran, Polşa, Avstriyada keçirilmiş müxtəlif konfrans və simpoziumlarda istər SSRİ-ni, istərsə də onun tərkibindəki Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir.

17 oktyabr 2011-ci ildə dünyasını dəyişib.


1949 — Xalq artisti,  rejissor Mərahim Fərzəli oğlu  Fərzəlibəyov  Bakıda anadan olub.

Tarixdə bu gün -26  iyun56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib. Diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüartın Bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasını tamaşaya hazırlayıb. Bundan sonra isə bütün yaradıcılığı boyu bir daha operetta janrına müraciət etməyib, yalnız dram teatrında tamaşalar hazırlayıb. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Mövcud təyinat qaydasına əsasən iki il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 - 18 avqust 1977). Bu təcrübəli kollektivdə Tennessi Uilyamsın "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları verib.

Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 noyabr 1977-9 mart 1981) işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Burada əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.

Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" (8 iyun 1991) və "Ləyaqət" (19 mart 1982) pyeslərini tamaşaya hazırlayıb.


 

 1956— Tatar əsilli Azərbaycan fotojurnalisti Fərid Həbibulla oğlu Xayrulin Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra 1965-ci ildə M. Əzizbəyov Tarixdə bu gün -26  iyunadına Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1969-cu ildə Ulyanov-Lenin adına Qazan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə keçib, "Jurnalistika” peşəsi üzrə diplom alıb. 1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1989-cu ildən SSRİ Fotorəssamlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1984-cü ildən "Azərinform” agentliyinin, o vaxt üçün SİTA-nın, Azərbaycan bölməsi üzrə fotojurnalisti vəzifəsində çalışıb. 1992-ci ildən Azərbaycan-Tatarıstan Birliyinin vitse-prezidentidir. Həmin müddət ərzində bir-neçə il Azərbaycanda "Tatarıstan Xəbərləri” qəzetinin xüsusi müxbiri vəzifəsində işləyib.

1988-ci ildən başlayaraq "Azərinform” agentliyində işləyib. Fərid Xayrulin Dağlıq Qarabağ hadisələrilə , Bakıda icazəsiz mitinqlərlə bağlı müxtəlif mövzuları işıqlandırıb. Amma informasiya blokadası şəraitində bütün bu materiallar ancaq xarici mətbuatda dərc olunub. 1989-cu ildə o, erməni silahlı qruplaşmalarının blokadada saxladığı Şuşa şəhərinə və Ümüdlü kəndinə birinci humanitar kömək karvanını müşaiyət edib.

Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

F.Xayrulin 1990-cı ildə Moskvadan qayıdan Heydər Əliyevi Bakı hava limanında qarşılayan yeganə jurnalist olub. O,həm də həmin ildə Naxçıvandan Bakıya gələn Heydər Əliyevi qarşılayan yeganə fotojurnalist olub. SİTA bu materialları rədd etdi və bu səbəbdən də o, onları xarici agentliklərə göndərdi.

Fərid Xayrulin 1966-cı ildən 1992-ci ilədək respublikanın müxtəlif dərgilərində çalışıb: "Abşeron”,”Azərbaycan gəncləri”, "Vışka”, "Bakı-Baky”. 1992-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, "Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin üzvüdür, H.Zərdabi adına mükafatın laureatıdır, "Humay” mükafatının birinci laureatıdır, "Qızıl Arqus” mükafatının və eləcə də, çoxsaylı respublika və xarici sərgilərin mükafatlarının daşıyıcısıdır. Həmçinin 2011 ildə o Azərbaycan Rəssamlar İttifaqının üzvü oldu.

21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna "Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

Hal-hazırda Fərid Xayrulin "Azərbaycan İRS”, "Azerbaijan today”, "Businessman”, "Business consulting”, "World of Azerbaijan”, "Caspian”, "Contact”, "Time Out”, "ArchiTech”, "PRIME Traveller”, "Baku”, "Qalereya”, "Sizin Eviniz” və başqa jurnallarla çox müvəffəqiyyətlə əməkdaşlıq edir.

Son vaxtlar Fərid Xayrulin peşəkar reklam çəkilişləri ilə yaxından məşğul olmağa başlayıb və Avropanın ən yaxşı reklam fotoqraflarından biri olan İqor Saxarovun yanında təcrübə keçib. 2004-cü ildə Fərid Xayrulin FGF peşəkar rəqəmsal fotostudiyasını yaradıb. Bu müddət ərzində əla fotoavadanlıqla təchiz olunmuş FGF fotostudiyası Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış lider olub.


1956 — Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidov Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz Tarixdə bu gün -26  iyunaçmışdır. 1963-cü ildə 17 nömrəli Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq Mİ-2 vertolyotunda heyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri oldu o. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olur.
Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri idi. Həmin gün Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. Növbəti -
dördüncü dəfə uçmaq əmri verildi ona. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyət üzvləri : 36 yaşlı baş komandir Z.Məcidov , 22 yaşlı təyyarəçi operator Ruslan Polovinko (Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailənin yeganə yadigarı )22 yaşında və Qax rayonunda dünyaya göz açmış 19 yaşlı sərrast nişançı Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimiz uğrunda qəhrəmancasına həlak oldular. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layıq görülmüşdür.
Onun yanmış cəsədi Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun adını daşıyır.
 
Vəfat etmişdir:
 

2008  — Məşhur rəssam, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov vəfat etmişdir.

Tarixdə bu gün -26  iyunNadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir.

O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir.

O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur.

Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olmuşdur.

Nadir Əbdürrəhmanovun Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirəlayiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır. Onun həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirmişdir.

Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.


2017 – Müğənni, aktrisa,  Xalq artisti  Qəndab Həbib qızı Quliyeva vəfat etmişdir.

Tarixdə bu gün -26  iyunQəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.

Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981 ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-"Leyli-Məcnun”, "Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-"Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-"Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-"Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-"Vaqif”) rollarını yaratmışdır.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında "Xaric Seygah”, "Şahnaz”, "Mahur-Hindi”, "Bayatı-Şiraz”, "Şur” muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.

Xanəndənin ifasında "Çahargah” muğamının səsyazısı isə Fransada "Muğam antologiyası” CD diskinə daxil edilmişdir. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyir.

1980-ci ildə A.Zeynallı adına  Bakı Musiqi Məktəbini bitirmiş, 1982 ildən Azərbaycan  Opera və Balet Teatrının solisti olmuşdur.

Müğənni  16 iyun 2017-ci ildə səhhətindəki problemlərə görə, Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sonradan sənətkar süni nəfəs aparatına qoşulmuşdur. Aparılan müəlicələrə baxmayaraq, görkəmli sənətkar 26 iyun 2017-ci ildə vəfat etmişdir. 


Bayramlar və xüsusi günlər:


26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998--ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26  iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir.

 

Tarixdə bu gün -26  iyun

 

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz