» » 20 iyun Milli Qəhrəmanı Vüqar Tapdıq oğlu Hüseynovun Xatirə günüdür

20 iyun Milli Qəhrəmanı Vüqar Tapdıq oğlu Hüseynovun Xatirə günüdür

20 iyun Milli Qəhrəmanı Vüqar Tapdıq oğlu Hüseynovun  Xatirə günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vüqar Tapdıq oğlu Hüseynovun Xatirə günüdür.
Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə burada məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis sıralarına qəbul edilir və həyatını cəbhə ilə bağlayır.
Vüqar Hüseynov Xocalıda, Goranboyda şöhrətli döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edəndə Vüqar da döyüşlərə atılır. O, son damla qanına qədər vuruşur və döyüş meydanında da şəhid olur.
Qəhrəman "Qırmızı Ulduz" ordeninə, 1992-ci il 6 iyunda isə Azərbaycan Respublikası Prezidentinin 831 saylı fərmanı ilə ( ölümündən sonra) Azərbaycanın Milli Qəhrəman adına layiq görülmüşdür.
Doğuldğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir.
Oxuduğu orta məktəb onun adını daşıyır.

20 iyun Milli Qəhrəmanı Vüqar Tapdıq oğlu Hüseynovun  Xatirə günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz