» » Tarixdə bu gün - 26 may

Tarixdə bu gün - 26 may

Müəllif: Vüsal от 26-05-2017, 00:15
 
26 may

İlin 146-cı (uzun illərdə 147-ci) günü.

Mühüm hadisələr:

1827 - Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Cənubi Azərbaycan torpaqlarına doğru irəliləyərək Naxçıvanı işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirib. Müharibə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatıb.
1842 – Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) аnаdаn оlub. Əsərləri: "İlk addım", "Asimat xala", "Boz qurd" və s.
1896 — Rusiyanın son çarı II Nikolay taxta çıxıb.
1918 — Gürcüstan Demokratik Respublikası qurulub.
1918 — Zaqafqaziya Seyminin son iclası keçirilib. Uzun sürən qarşılıqlı ittihamlardan sonra seym Zaqafqaziya respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul edib.
1920 — Azərbaycan SSR vahid Əmək məktəbi haqqında əsasnamə qəbul edilib.
1922 — Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.
1947 — SSRİ-də ölüm hökmü ləğv edilib. Aradan 3 il keçəndən sonra isə bu cəza növü bərpa edilib.
1972 — Brejnev və Riçard Nikson nüvə silahının məhdudlaşdırılmasına dair saziş imzalayıblar.
1991 — Zviad Qamsaxurdiya Gürcüstanda prezident seçkilərində qalib gəlib.
1993 — Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Rusiya və Belarus arasındakı sərhəd təntənəli mərasimlə ləğv edilib.

Doğum günləri:

1799 — Rus şair Aleksandr Puşkin anadan olub.
Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır.
"Mərhum İvan Petroviç Belkinin povestləri”, "Kiçik faciələr”, "Kolmnada evcik” "Yevgeni Onegin", "Dubrovski”,"Qaratoxmaq qadın”, "Andjelo”, "Mis atlı”, "Balıqçı və qızıl balıq haqda nağıl” "Ölmüş şahzadə və yeddi pəhləvan” və bir çox başqa əsərlərin müəllifidir.
1837-ci il yanvarın 27-də dueldə aldığı yaradan vəfat etmişdir.
Dahi şairin ölümü münasibəti ilə Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov poema həsr etmişdir.

1877 -
Azərbaycanın maarifçi-alimi Məhəmmədəli Tərbiyət (1877-1940) Təbrizdə anadan olub. Təbrizdə yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb, Təbrizin bələdiyyə rəisi olub. Qədim dövrlərdən XX əsrədək Azərbaycan mədəniyyəti haqqında "Danişməndani-Azərbaycan" ensiklopedik əsərin müəllifidir.

  

Tarixdə bu gün - 26 may

 

1894 — Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, "El aşıqları" toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.

  

Tarixdə bu gün - 26 may

 

1904 — Məşhur türk mütəfəkkiri, şair və yazıçı Nəcib Fazil Qısakürək İstanbulda anadan olmuşdur.
İlk şerlərini 1922-ci ildə "Yeni Məcmuə"də dərc etdirmişdir . "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
"Hörümçək toru" (1925) , "Səkilər", "Mən və ötəsi", "İman və İslam atlası" kimi məşhur əsərlərin müəllifidir.
Nəcib Fazıl Kısakürək, 1983-cü ilin 25 mayında vəfat etmişdir.

1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Geriyə baxma, qoca" və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin ("Atayevlər ailəsində", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Natəvan", "Hökmdar və qızı", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı" və s.) müəllifidir.

1941 — Xalq artisti, tanınmış televiziya və radio diktoru Ofelya Hacağa qızı Sənani anadan olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmlərində çəkilib.

Tarixdə bu gün - 26 may

1953 — Tanınmış jurnalist, publisist, tərcüməçi, ədəbiyyatşünas Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının (İ.Şıxlı. B.Bayramov,V.Babanlı, M.Süleymanlı və s.) əsərlərini rus dilinə tərcümə edib. 2005-ci ildən Milli Məclisin deputatıdır.

Vəfat etmişdir:

1956 — Azərbaycan SSR KP MK-nın I katibi Mircəfər Bağırov 60 yaşında vəfat edib.
 Mircəfər Bağırov 1895-ci ildə  Quba şəhərində anadan olmuşdur.
1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir.

Bayramlar və xüsusi günlər:


26 may Gürcüstanın Milli Günüdür.
 

Tarixdə bu gün - 26 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz