» » Tarixdə bu gün - 25 may

Tarixdə bu gün - 25 may

Müəllif: Vüsal от 25-05-2017, 00:15

25 may


İlin 145-ci (uzun illərdə 146-cı) günü.

Mühüm hadisələr:

1954 - Tokioda keçirilən sərbəst güləş üzrə dünya çempionatında Türkiyə Milli komandası birinci yeri tutmuşdur.
1963 - 30 Afrika ölkəsi bir araya gələrək Afrika Birliyi Təşkilatını (ABT) qurmuşlar.
2005 - Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulmuşdur.

Tarixdə bu gün - 25 may

Doğum günləri:


1934 –Azərbaycanlı hakim Eldar Əzimzadə Eldar Əzimzadə 1934-cü il mayın 25-də Şuşada anadan olub.
Yeniyetmə yaşlarında İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovan Eldar komandada hücumçu kimi oynayırdı. Texnikası və qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Günlərin birində oyundan sonra istirahət edərkən idman ustası, "Neftçi" (Bakı) klubunun əsas müdafiəçilərindən biri olmuş Naum Naumtsev ona yaxınlaşaraq Andreyev adına zavodun futbol komandasının məşqçisi olduğunu və Eldarı öz komandasında görmək istədiyini bildirir. Gənc Eldarın futbolçu karyerası belə başlayır.
Azərbaycan-sovet futbol hakimi, FİFA arbitri (1979). 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur.
Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də vəfat edib.

 

Tarixdə bu gün - 25 may

1950 - Məşhur tarzən, Xalq artistiZamiq Balarza oğlu Əliyev Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi Tarixdə bu gün - 25 maybitirdikdən sonra, 1968-72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. İnstitutu bitirdikdən və 1972-73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır.
1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Bu kollektivin tərkibində bir neçə xarici dövlətlərdə, Suriya, Livan, Əlcəzair və s. qastrol səfərlərində olmuşdur. Uzun illər SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında musiqi rəhbəri kimi çalışmışdır. Bu illər ərzində ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. 1991-ci ildən muğam üçlüyü tərkibində Fransa, Belçika, Hollandiya, ABŞ, Kanada, İran, Cənubi Koreya kimi ölkələrdə mötəbər musiqi festivallarında müvəffəqiyyətlə çıxış etmişdir.
Yetirməsi Simarə İmanova və kamança ifaçısı Ədalət Vəzirov ilə birlikdə 1997-ci ildə Səmərqənddə birinci "Şərq Təranələri" festivalında "Qran-Pri" mükafatına layiq görülmüşdür. O, 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasında pedaqoji fəaliyyət göstərir və bir çox gənclərin tarzən kimi püxtələşməsində öz əməyini əsirgəmir. 2000-ci ildən kafedranın baş müəllimi, daha sonra (2003) dosenti olmuşdur. Hal-hazırda isə həmin kafedranın professorudur. Zamiq Əliyev həm də bir çox tanınmış şairlərin şeirlərinə olan mahnıların müəllifidir.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzində Z.Əliyevin 60-illik yubileyi, yaradıcılığının isə 40-illiyi təntənəli şəkildə qeyd olunmuşdur.   
2011 ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1955– Xalq artisti, aktyor Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Puşkin rayonuunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.

O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. 

R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.
1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi
tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.
Beynəlxalq Teatr festifallarının mükafatçısıdır.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Tarixdə bu gün - 25 may

 

Vəfat etmişdir:

1983 - Məşhur  türk mütəfəkkiri, şair və yazıçı Nəcib Fazil Qısakürək İstanbulda vəfat etmişdir.
Nəcib Fazil Qısakürək 26 may   1904-cü  ildə İstanbulda anadan olmuşdur.
İlk şerlərini 1922-ci ildə "Yeni Məcmuə"də dərc etdirmişdir . "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
 "Hörümçək toru" (1925) , "Səkilər",  "Mən və ötəsi", "İman və İslam atlası"  kimi məşhur əsərlərin müəllifidir.
Nəcib Fazıl Kısakürək  1983-cü ilin 25 mayında vəfat etmişdir.

 
1991 - Görkəmli fırça ustası, Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli  kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. 1927-1932-ci illərdə Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur .

1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).

Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. O, "Qafqazın müdafiəsinə görə", «"1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunub.

Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli  kəndində çəkdiyi "Yəhər Təpə" və "Mahmud bulağı" tabloları özünəməxsus yer tutur.

Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.

Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib.

 

Tarixdə bu gün - 25 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz