» » Tarixdə bu gün - 24 may

Tarixdə bu gün - 24 may

Müəllif: Vüsal от 24-05-2017, 00:15
24 may

İlin 144-cü (uzun illərdə 145-ci) günü

 
Mühüm hadisələr:

1844 - İlk teleqram göndərilmişdir.
1992 – Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:
 
1863 — XIX-XX əsrlər Azərbaycan müəllimi, maarifçisi və yazıçısı Rəşid bəy İsmayıl oglu Əfəndiyev və ya Rəşid bəy Əfəndizadə Şəkidə abadan olmuşdur.
Tarixdə bu gün - 24 mayR. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan "Rüstəm və Söhrab" əhvalatını (Firdovsidən), "Cam" adlı mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubu və yolu ilə genişdir. Hətta Şilleri də Firdovsinin işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir. Rəşid bəy Əfəndiyevin ədəbi və bədii əhəmiyyəti olan əsərləri, demək olar ki, ən çox pyesləridir, xüsusilə əsrimizin əvvəllərində yazılan komediyalarıdır.
Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə dünya, köhnə məişət, köhnə zehniyyət təsvir olunur. Əgər "Qan ocağı"nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və ailəyə dəhşətli bir ad: "Qan ocağı" adı verilirsə, "Qonşu-qonşu olsa, kor qız ərə gedər" adlı komediyasında qadın alqı-satqısı, qadınların hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.
31 avqust 1942 -ci ildə vəfat etmişdir.
Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.
 
1880 - Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və Tarixdə bu gün - 24 mayjurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla çıxış edən
Əliqulu Nəcəfov Qəmküsar Naxçıvanda doğulmuşdur.
Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?
Hər gündə münacat olunur məscidimizdə.
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.ında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir.
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir.
 
1893 — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri olmuş Xədicə Osman qızı Qayıbova Tiflisdə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tiflisin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa Tarixdə bu gün - 24 mayxanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı. Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçdü. Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edildi. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazandı. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1933-cü ildə Xədicə xanım həbs edildi və əks-inqilabçılıqda ittiham olundu. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam etdi. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil oldu və Azərbaycanın musiqi mirasının araşdırılması ilə vəzifələndirildi. 16 mart 1938 tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış tərtib edib: "Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir". Məhz bu arayışa əsasən 17 mart 1938 tarixində, ikinci həyat yoldaşı Rəşad Qayıbovun həbs olunmasından qısa müddət sonra Xədicə xanım da həbs edildi. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilmişdi. 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edlib. Bu ittihamnaməyə əsasən Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68 maddəsi ilə müqəssir hesab edilir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir. Cəza 1 həftə sonra Bakıda icra olunmuşdur. 1954-cü ildə Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəmişdir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A. Sultanovanın ərizəsi ilə bağlı bildirmişdir: Xədicə xanım Qayıbova: "Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır." Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmiş və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilmişdir.
1893 — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi və publisisti. Azərbaycan SSR Xalq Maarif Komissarı (1922-1928) Mustafa Zəkəriyyə oğlu Quluyev Azərbaycanın Tarixdə bu gün - 24 mayŞəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. RK(b) Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilmişdir. 1919-cu ildə Bakıya qayıtmış, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq Maarifi Komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir.
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.
Kitabları:
"Azərbaycanda Oktyabr düşmənləri" (1927)
"Mədəni inqilab və islam" (1928)
"Türk qadınının yolu" (1930)
"Oktyabr və türk ədəbiyyatı" (1930)
"Cinayət nədir və hardan baş verir" (1935)

1925 — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Tarixdə bu gün - 24 mayParis Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi Cavad Mirzəli oğlu Heyət Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından imiş. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınmışdır. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynamışdır.
Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.
Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir.
O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirmişdir. Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.
Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır.
Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi "Varlıq” jurnalında əksini tapmışdır. O, 12 il ərzində "Daneşe pezeşki"(Tibb Elmi) adlı jurnal dərc etdirmiş və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid uç kitabın müəllifi olmuşdur. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli ilə birlikdə Tehranda Varlıq (jurnal)ını təsisçi kimi nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildl kitabın müəllifidir. Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur (həm tibb, həm də türkologiya sahəsi üzrə).
Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi.

Tarixdə bu gün - 24 may1948 — Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq artisti Fuad Poladov ( Poladov Fuad Ağarəhim oğlu) Bakıda anadan olmuşdur.
132 saylı orta məktəbi bitirib.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. 2015-ci ildə "Aktrisa” filminə görə "Ən yaxşı kişi rolunun ifası” nominasiyasında "Qızıl Pəri” mükafatına layiq görülüb.
Akademik Milli Dram Teatrının səhnəsində onlarla gözəl rollar ifa edib.
Azərbaycanın Xalq artisti F. Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir.
5 may 2018-ci ildə vəfat etmişdir.
Məzarı "Qurd qapısı" qəbiristanlığındadır
Yaşasa idi bu gün 70 yaşını qeyd edəcəkdik.

Tarixdə bu gün - 24 may1905 - Məşhur rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxov Donda anadan olmuşdur.
Təhsilini Voronej gimnaziyasında almış, cəmisi 4 sinif bitirə bilmişdi.
1926-1940-cı illərdə Şoloхov ən məşhur əsəri – "Sakit Don" roman-epopeyası üzərində işləmişdi. Romanının I-II cildləri 1928, III cildi 1932, IV – sonuncu cildi isə 1940-cı ildə nəşr olunmuşdu. Qərbdə isə əsərin ilk iki cildi 1934, sonrakı cildləri 1940-cı ildə tərcümə və çap edilmişdi.
"Sakit Don" Birinci Dünya müharibəsi, rus inqilabı, vətəndaş müharibəsi və kazakların bütün bu tariхi proseslərdə iştirakından bəhs edirdi. Müəllif yüz minlərlə insanın həmin tariхi kataklizmlərlə üzləşməsini və bu zaman məruz qaldığı ciddi intibaları əsas qəhrəmanı Qriqori Meleхovun simasında ümumiləşdirmişdir. Sovet tənqidi əsəri əvvəlcə soyuq qarşılamışdı. Yalnız Maksim Qorkinin və digər tanınmış ziyalılarının Miхail Şoloхovu müdafiə etmələri nəticəsində onun adı "хalq düşmənləri"nin siyahısını zənginləşdirməmişdi.
İkicildlik "Oyanmış torpaq" romanı üzərində iş otuz ilə yaхın çəkmişdi. Müəllif əsərin birinci cildini 1932, ikinci cildini isə 1959-cu ildə çap etdirmişdi. "Sakit Don" kimi "Oyanmış torpaq" da tənqidin müqaviməti ilə qarşılanmış, yalnız Mərkəzi Komitə romanda kollektivləşmə ilə bağlı fikirləri təqdir edəndən sonra münasibət dəyişmişdi. Şoloхov sonralar özünün hər iki böyük əsərinin ilk redaksiyaları üzərində ciddi şəkildə yenidən işləmişdi. Nəticədə meydana çıхan variantlar sovet ideoloqlarının tələblərinə daha çoх cavab vermiş, yazıçının Qərbdəki tədqiqatçılarını isə müəyyən dərəcədə narazı salmışdı.
İkinci Dünya müharibəsi illərində Miхali Şoloхov "Pravda" qəzetinin hərbi müхbiri kimi ön cəbhədə olmuşdu. Bu dövrdə "Onlar vətən uğrunda döyüşürdülər" adlı üçüncü roman-trilogiya üzərində işə başlasa da, əsəri tamamlaya bilməmişdi. Yazıçının müharibə dövrü yaradıcılığının daha populyar nümunəsi sovet hərbi əsirləri probleminin ilk dəfə toхunulduğu "İnsanın taleyi" (1956) povesti idi.
Miхail Şoloхov "Rusiya tariхi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" ( "Sakit Don") 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdu. Onun Nobel nominantlığının tariхi isə 1954-cü ildən başlanmışdı. Yazıçı öz Nobel nitqində qarşısında dayanan əsas vəzifənin "əməkçilər, qurucular və qəhrəmanlar yetirən хalqı tərənnüm etmək olduğunu" bildirmişdi.
21 fevral 1984-cü ildə 78 yaşında vəfat etmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 24 may1967 – Yazıçı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı laureatı Şıxəli Qurbanov vəfat etmişdir.
 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur.

1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Tonqaldan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə təminatlı inam, perspektivli ümid yaratdı. Üstəlik Odlar yurdunda qalanan tonqallar, qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verildi. 2 Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə ədəbiyyat, illah da ki, onun çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılmalıdır.

Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi. Millətin belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.

Az sonra o, bəzən gizli, bəzən açıq şəkildə təqib olunmağa başladı. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər Onu nəzarətə götürür, izləyir, əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib edirdilər. Onu balaları və ömür-gün yoldaşı ilə sevincini-dərdini bölüşdüyü, birgə nəfəs aldığı bu dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə - son mənzilə yola salmağa hazırlaşırdılar.


Tarixdə bu gün - 24 may2012 – Azərbaycanın görkəmli pianoçusu, Xalq artisti , professo Zöhrab Adıgözəlzadə Bakıda anadan olmuşdur.
1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.
Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın Əməkdar artisti, 1981-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə səhər saat 08:30-da vəfat edib.
Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz