» » Tarixdə bu gün - 23 may

Tarixdə bu gün - 23 may

Müəllif: Vüsal от 23-05-2017, 00:15

23 may

İlin 143-cü (uzun illərdə 144-cü) günü.

Mühüm hadisələr:

1040 - Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında böyük savaş
baş vermişdir.
2003 — Azərbaycan Respublikası Sent-Vinsent və Qrenadin ilə diplomatik əlaqələr qurmuşdur.
 
Doğum günləri:
 
1951 — Tanınmış dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Şərif oğlu Tahirzadə Qutqaşen rayonunun (indiki Qəbələ rayonu) Xırxatala kəndində anadan olub.
Tarixdə bu gün - 23 may1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974-1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində ana dili və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində bir il dörd ay (sentyabr 1977-dekabr 1978) Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.
1977-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib.
1981-ci ildə aspiranturanı bitirərək Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981-oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan EA-nın "Elm" qəzetinin ilk redaktoru olub.
1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib.
"Azadlıq" qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim Nəcəf bəy Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən "Azadlığ"a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub.
1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universiteti) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015).
2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının 2-ci prezidenti, mərhum Əbülfəz Elçibəy (1938-2000) Kələkidən Bakıya dönəndən sonra onun özəl mətbuat katibi işləyib (1998-ci ilin fevralından 2000-ci ilin mayınadək).
Yuxarıda göstərilənlərdən başqa, "Ay-Ulduz” nəşriyyatının direktoru (1996-1999), "Məşvərət” bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999), elmi-pedaqoji "Düşüncə” dərgisinin baş redaktoru (2000) işləyib. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur (2012-dən). 22 kitabın, 470-dən artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.
Hacı İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndizadə, Mirabbas Mirbağırzadə, Məhəmmədəmin Darğazadə... kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə şıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib. "Uşaq ensiklopediyası”nda (III cild, Bakı: "Azərbaycan Ensiklopediyası”, 1999) 16, "Diplomatiya: ensiklopedik lüğət”də (Bakı: "Diplomatiya”, 2005) 35 məqaləsi dərc edilib. 1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş çoxlu Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamenti (1918-1920) üzvlərini, Cümhuriyyətin xarıcə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.
 
 
Tarixdə bu gün - 23 may
1958 — Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyev Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur
1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir zamanda taborun ən cəsur döyüşçülərindən birinə çevirilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Naxçıvan şəhərində büstü qoyulmuşdur.
Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.

Vəfat etmişdir:


1524 - Səfəvi imperiyasının banisi, görkəmli dövlət xadimi, sərkərdə, şair Şah İsmayıl Xətai vəfat etmişdir.
Tarixdə bu gün - 23 may
17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. XIII əsrdə Azərbaycanın Ərdəbil şəhərində Səfəviyyə sufi təriqətinin əsasını qoyan Şeyx Səfinin nəslindəndir. Atası Ərdəbil hakimi Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi.
Atası Şeyx Heydər 9 iyul 1488-ci ildə Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən iki yaşlı İsmayıl anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olunur və 5 il burada saxlanılır. Bir müddətdən sonra Həsən Padşahın nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultan Əlini Ərdəbilə qaytarır.
Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində, qismən də fars və ərəbcə yazmışdır.
ah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.
Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."
Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.
Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, Çaldıran döyüşündən sonra şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri Sultan Səlimə çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmin qılıncdır, vuran əl isə həminki olmayıb.
 
1987  — Görkəmli  Azərbaycan aktyoru və rejissoru, Xalq artisti Şəmsi Bədəl bəy oğlu 76 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 23 mayOrta məktəbi bitirdikdən sonra atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olan gənc Şəmsi sonradan başqa bir istiqamətə üz tutub. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. Özündən yaşca böyük sənətkarlarla dostluq etməyi çox sevən Şəmsi sonralar C.Cabbarlı, rejissorlardan İsmayıl Hidayətzadə, Aleksandr Tuqanovla həmfikir olub. 1932-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malı Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. Bu qədim teatrın yaradıcı heyəti ilə ünsiyyət qurub. Sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib.

Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyası oldu. İlk yaradıcılıq işi ona uğur gətirdi. Tamaşa yüksək qiymətləndirildi. Sonrakı işlərindən biri də 1939-cu ildə quruluş verdiyi "Ölülər" komediyası oldu. Bu tamaşa haqqında mətbuatda müxtəlif yazılar dərc edildi. Bəyənənlər də oldu, tənqid edənlər də. Sabit Rəhmanın "Xoşbəxtlər" əsərinə verdiyi quruluş da uğurlu alındı. O, bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir etmişdi. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin "Kral Lir" pyesi oldu. Ikinci dünya müharibəsinin başlanması bir çox məsələləri yarımçıq qoydu. Ş.Bədəlbəyli hərbi müxbir kimi Irana ezam edildi. O, burada öz həmkarları ilə birlikdə "Vətən uğrunda" qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan", "Evli ikən subay" əsərlərini tamaşaya qoyub. 1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Komediya Teatrının yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır. Ş.Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində bu teatrın yaradıcısı kimi silinməz izlər qoyub.

Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.O, hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında "Koroğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri" kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada "Koroğlu" operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında o həqiqətən çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar yüksək fikirlər söyləyirdilər.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə ("O qızı tapın", "Axırıncı aşırım", "Xatirələr sahili" və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.Onun unudulmaz irsi

Ş.Bədəlbəylinin tamaşaları əlvanÿcazibədarlığı, koloritliÿ forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. AzərbaycanÿDövlət Musiqili Komediya Teatrının formalaşmasında, aktyor truppasının təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri böyükdür. Istedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Ş.Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı. Amma istər teatrda çalışan aktyorların, istərsə də recissorların qəribə taleyi var. Çünki kinoya nisbətən tamaşaların səhnə ömrü daha qısa olur. Bu mənada, kino tamam fərqlidir. Hər nümayiş olunanda istər rejissorun, istər aktyorun, istərsə də ssenari müəllifinin əməyi, istedadı bir daha yada düşür. Bu gün biz ancaq xatirələrdən oxuyuruq ki, Şəmsi Bədəlbəyli necə qüdrətli rejissor və mədəniyyət xadimi olub. Onun həyat verdiyi tamaşalar isə uzaq yaddaşlarda qalıb.

Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 23 may

Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür.
Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi Nazirliyin qarşısında duran başlıca məsələlərdir.
...Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. "...ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planına əsasən də genişmiqyaslı işlər həyata keçirilib. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
Prezident İlham Əliyevin 2010-cu ili Ekologiya elan etməsi bu sahəyə diqqəti daha da artırılıb. Ekologiya ili çərçivəsində bütün ölkə ərazisində böyük yaşıllaşdırma işləri aparılıb. İndiyədək 6 milyona yaxın ağac əkilib.
...Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də böyük razılıqla qarşılanır və hər kəsi səfərbər edir. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Hərəmiz bir ağac əkək” devizinə bütün ölkə vətəndaşları qoşulub.
Bu gün Azərbaycan ekoloqları öz peşə bayramlarını uğurları ilə qeyd edirlər. Bayram ərəfəsində Dövlət başçısının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşını təltif etməsi isə onların əməyinə verilən yüksək dəyərin nümunəsidir.
Mənbə:http://www.aztv.az/readnews.php?lang=az&id=1689
Tarixdə bu gün - 23 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
  • Нравится
  • 0