» » Tarixdə bu gün - 22 may

Tarixdə bu gün - 22 may

Müəllif: Vüsal от 22-05-2017, 00:15
22 may

İlin 142-ci (uzun illərdə 143-cü) günü.

Mühüm hadisələr:

1766 - İstanbulda güclü zəlzələ olub.
1856 - Moskvada Tretyakov qalereyasının açılışı olub.
1940 - Sosialist Əməyi Qəhrəmanı fəxri adı təsis edilib
1972 - Riçard Nikson SSRİ-yə səfərə gəlib və tarixə Sovet İttifaqına gələn ilk ABŞ prezidenti kimi düşüb
1990 - Prezident Ayaz Mütəllibovun fərmanı ilə 28 May "Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilib
1995 - Azərbaycan Respublikası Laos ilə diplomatik əlaqələr qurub
1996 - Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurub
2006 - Cənubi Azərbaycanın böyük şəhərlərində mətbuatda türkdilli əhalini təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib.

Doğum günləri:

1918 - Görkəmli teatr rejissoru, aktyor və pedaqoq; SSRİ Xalq artisti , sənətşünaslıq doktoru , professor  Mehdi Əsədulla oğlu Məmmədov Şuşada anadan olub.
Mehdi Məmmədov 1935-ci ildə Bakı Teatr Məktəbini bitirib , həmin il Moskvada ali rejissor təhsili almağa getmişdir.Tarixdə bu gün - 22 may
1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlmiş, burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlamışdır.
Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib.
"Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilmişdir. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.
Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar vermişdir.
Gəncə teatrında "Bahar" (Məmmədhüseyn Təhmasib), "Madrid" (Mirzə İbrahimov), "İntiqam" və "Qatır Məmməd" (Zeynal Xəlil), "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Od gəlini" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Vaqif" (Sə-məd Vurğun), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), "İntizar" (İlyas Əfəndiyev və Mehdi Hüseyn), "Nizami" (Mehdi Hüseyn), "Partizan kostya" (Nadejda Filippova), "Vasvası xəstə" (Jan Batist Molyer) dramlarının quruluşçu rejissoru olub.
Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Aleksandr Fadeyevin "Gənc qvardiya" (1948), Sabit Rəhmanın "Aydınlıq" (1949), "Əliqulu evlənir" (1961), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular" (1951), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Yuri Yanovskinin "Prokurorun qızı" (1954), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), İmran Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (1956), Viktor Rozovun "Şadlıq sorağında" (1961), Mehdi Hüseynin "Alov" (1961) Mirzə İbrahimovun "Kəndçi qızı" (1962), Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.
Opera və Balet Teatrında Fikrət Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" (1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub.
Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara quruluşlar verib. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü.
1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində işləmişdir. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdiı. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitabların müəllifidir.
Zəngin elmi təfəkKürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı il-lərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimlərı Ittifaqı) sədri seçilmişdi. Görkəmli alimin yazdığı və dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır.
Mehdi Məmmədovun rejissor üslubunun fərdi keyfiyyətlərini qısaca belə ifadə edərək, aşağıdakı şəkildə ümumiləşdirmək olar.
Mehdi Məmmədov aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü.
Mehdi Məmmədov pauzaların psixoloji nöqtəsini tamaşanın əsas akkordu ilə ustalıqla birləşdirirdi.
Mehdi Məmmədov tamaşalarında (hətta ailə-məişət mövzulu əsərlərin səhnə həllində də) ictimai motivləri fəlsəfi dərinliyin gur işığı ilə ziyalandırırdı.
Mehdi Məmmədov məzmun və forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirirdi. Bu məqsədlə tərtibatçı rəssamlarla yaradıcı tələbkarlıqla işləyirdi.
Mehdi Məmmədovun janrından asılı olmayaraq, hazırladığı səhnə əsərlərinin sürət-ritmində fəlsəfi daxili ləngər vardı.
Mehdi Məmmədovun tamaşalarında idrakın gücü zəriflik və emosiya ilə, psixoloji çalarlardan şirələnən lirizmlə ahəngdar cazibə yaradırdı.
Mehdi Məmmədov tamaşanın ali məqsədini psixoloji münasibətlərin, əqidə mübarizələrinin mahiyyətində, fərdin dünyanı dərkində axtarırdı.
Mehdi Məmmədov kəskin epizodlarda verdiyi ən mürəkkəb mizanlarda da müəyyən dinamik, musiqili, poetik və ifadəli ritmə əsaslanırdı.
Mehdi Məmmədov janr əlvanlığına az, ancaq cəsarətlə meyil edirdi. Mövzunu janrın qanunları çərçivəsində, cəmiyyətin ictimai-sosial, çağdaş mənəvi-əxlaqi problemləri ilə əlaqələndirirdi.
Mehdi Məmmədov cəmiyyətdə (həyatda) olduğu kimi, sənətdə də özünütəsdiq mövqeyində dayanırdı.
Mehdi Məmmədovun rejissurası bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyəvidir.

1928 - Azərbaycanın Xalq rəssamı Nadir Qasımov Bakıda anadan olub. 1941-46-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Tarixdə bu gün - 22 may1947-53-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında təhsil alıb. 1953-cü ildə Rəssamlıq Akademiyasını bitirib Bakıya qayıdır. Gənc yaşlarından etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin fəal iştirakçısı olaraq özünü bacarıqlı fırça ustası kimi təqdim edir. Tələbəlik vaxtlarında Bakıda bir neçə portret və mənzərələrlə çıxış etmişdir.
əssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə "Pambıq tarlasında”, "Çəltik zəmilərində”, "Lənkəran bazarında”, "Rəfiqələr”, "Lənkəran qızları” və başqa əsərlərini çəkir.
Nadir Qasımovun əsərləri dəfələrlə dünyanın 50-dən çox ölkəsində sərgilərdə nümayiş etdirilmiş, diplomlara layiq görülmüşdür.
Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.
Təsadüfi deyil ki, onun 1961 və 1977-ci ildə Bakıda keçirilən fərdi yaradıcılıq sərgiləri Azərbaycan tamaşaçıları üçün olduqca maraqlı bir sənət hadisəsinə çevrilib.

1937
- Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Aqşin Əlizadə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Tarixdə bu gün - 22 mayCövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.

1946 — Azərbaycanın Xalq artisti, tanınmış teatr və televiziya aktyoru, ikinci rejissor, "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi Tarixdə bu gün - 22 maytəqaüdüçüsü Yasin Mikayıl oğlu Qarayev Şəmkir rayonunun Qapanlı kəndində anadan olub.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır.
Doğma teatrın səhnəsində bir çox yadda qalan rollar ifa etmişdir.
Yasin Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə[3] və 6 may 2015-ci ildə  Prezident Mükafatına layiq görülmüşdür.
10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.
6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Tarixdə bu gün - 22 may 1948 - Tanınmış qarmon ifaçısı Aslan Mikayıl oğlu İlyasovSalyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-cı ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib.
1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.
2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.
Aslan İlyasov sənətindən başqa xalqı üçün bir çox xeyriyyə işləri də görüb. O , doğulub boya-başa çatdığı Salyan rayonunda geniş abadlıq işləri aparmış, park saldırmışdır. Aslan İlyasov rayon əhli üçün məscid inşa etdirmişdir.
Mahir qarmon ifaçısı, xalqın çox sevib dəyər verdiyi Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də qəlbləri fəth etmişdir. "Aslanı" kompozisiyası rəqs olsa belə çox incə və kövrək notlarla dolu bir əsərdir.
Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. 20-yə kimi özünün bəstələdiyi rəqslər bu gün də azərbaycan xalqının qəlbində yaşayır, daim el şənliklərində səslənir.
1994-cü ildə Tehran şəhərində bu ustad ifaçının kompakt-kasseti satışa buraxılıb.

Tarixdə bu gün - 22 may1968 —Azərbaycan Respublikasının Əməkdar artisti - xanəndə Zakir Əlisahib oğlu Əliyev Neftçala rayonunun Xolqarabucaq kəndində, qulluqçu ailəsində doğulmuşdur. 1975-ci ildə 1-ci sinifə öz kənd məktəbində daxil olmuş və 8-ci sinifə qədər həmin məktəbdə təhsilini davam etdirib.1983-cü ildə " Gənclərin və tələbələrin III respublika baxış” müsabiqəsinin qalibi olmuş və Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuşdur. Həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. 1986-cı ilə qədər həmin məktəbdə təhsilini davam etdimişdir. Və bu illər ərzində bütün dövlət tədbirlərində iştirak etmişdir.
Zakir Əliyevin ən böyük uğurlarından biri isə 1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı”-nın diplomantı olmağıdır. 1985-ci ildə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbirdə "Leyli və Məcnun” əsərini ifa etmişdir. Həmin dövr üçün böyük uğurlardan biri də Zakir Əliyevin "Leyli və Məcnun” əsərini Moskvada Bolşoy teatrda da ifa etməsi olmuşdur. 1986-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin, Mədəni maarif fakültəsinin, özfəaliyyət teatr kollektivi rejjisoru ixtisasında təhsil alıb, 1987-ci ildə hərbi xidmətə yollanıb ordu sıralarında qulluq etmişdir. 1989-cu ildə hərbi xidmətdən qayıdıb təhsilini davam etdirmiş və 1993-cü ildə Universteti bitirmişdir.
İlk dəfə olaraq Şirin Axundov adına trio ilə videolent formada 1990-cı ildə (22 yaşında) Azərbaycan Televizyasında çahargah muğam dəstgahını ifa etmişdir. 1993-cü ildə də Azərbaycan Televizyasında Mahur-Hindi muğam dəstgahını ifa etmişdir. Həmin illərdə Baba Salahovun ansamblı ilə "Xalq mahnıları və təsniflər” konserti olmuşdur.
1998-ci ildə Sumqayıt şəhərində Səid Rüstəmov adına 3 saylı musiqi məktəbində xanəndəlik fənnini tədris etmişdir.
Sonra isə 2005-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbində xanəndəlik fənnini tədris etmişdir.
2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində, Muğam kafedrasında müəllim kimi fəaliyyətinə davam edib. 2015-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin, Muğam kafedrasında baş müəllim vəzifəsində çalışır.


1972 — Azərbaycanın Milli Qəhrəmanı Mərifət Əhməd oğlu Nəsibov Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd Tarixdə bu gün - 22 mayməktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.O, Qazaxlıların fəxridir.
Ermənilər Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayanda Mərifət də döyüşən orduya yazılır. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı.
1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Mərifət Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qəhrəman döyüşçü Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Qazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq salınmışdır.
2013-cü ildə onunla yanaşı, Qazax rayonundan olan digər iki Milli Qəhrəmanın - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.
2015-ci ildə isə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "İZ Production” studiyası tərəfindən "Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir.

Vəfat etmişdir:

1885 - Böyük fransız yazıçısı, dramaturq, şair, publisist, utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri olan Tarixdə bu gün - 22 mayViktor Hüqo Paris şəhərində vəfat edib.
Hüqo 26 fevral 1802 ci ildə Fransanın Bezans şəhərində anadan olmuşdur.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.
Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. müdafiə etmişdir.
Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

1947– Dövlət xadimi, natiq və publisist, Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi Tarixdə bu gün - 22 may(Iran), 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin Qəni oğlu İbrahimi 29 yaşında "Gülüstan" bağı"nda dar ağacından asılmışdır.
Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.
O, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olmuşdur.
1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilmişdir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir. O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. "Ettelat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmamazlıqlarını ifşa edən publisistik məqalələr yazmışdı.
1946-cı ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra F.İbrahimini həbs etdilər. F.İbrahimini 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin asdılar.

Həkim Azəri Fərhadın və mühəndis Ələkbəri Ələddinin gördükləri və dediklərindən:

"1947-ci ilin may aynın 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali "Gülüstan bağı"na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökümətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar (digər inqibalçıların hamısını Təbriz şəhərinin "Saat qabağı" adlanan yerində dar ağaçından asırdılar). "Gülüstan bağı" şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin Ibrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum ctmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F.İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: "Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!" Cəlladlar qorxularından F.İbrahimini dərhal edam etdilər."
 
Xalq yazıçısı Mirzə İbrahimovun "Gələcək gün" romanında və şairə Mədinə Gülgünün "Firudin" poemasında Firudin İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı qeyd olunmuşdur.

1996 — Tanınmış şair Eldar Baxış oğlu Ağayev (Eldar Baxış) 49 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 22 mayEldar Baxış 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur.
1965-1969-cu illərdə ADU-nun tarix fakültəsində təhsil almışdır.
Bakı kəndlərində müəllimlik etmiş, sonra bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).
"Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir.
Kukla teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. "Azərbaycan" jurnalında çap etdirdiyi "Qaravun dərənin dükançası" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Özbəkistanın ürək dostları klubunun fəxri üzvü seçilmişdir (1992).
-cı il mayın 22-də Bakıda vəfat etmişdir. Burada Xırdalan qəbristanlığında dəfn olunmuşdur.

Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 22 mayBirləşmiş Millətlər Təşkilatı biomüxtəliflik anlayışı haqqında məlumatların daha geniş yayılması və ictimaiyyətə təqdim edilməsi üçün may ayının 22-ni Beynəlxalq Biomüxtəliflik Günü elan etmişdir. Həmin gün bir çox ölkələrdə məktəblilər arasında müxtəlif öyrədici oyunlar, yarışılar, növlərin müəyyən edilməsi məşğələləri və digər fəaliyyətlər şəklində qeyd olunmaqdadır. 22 may BMT-nin Biomüxtəliflik üzrə konvensiyası çərçivəsində həyata keçirilir. Bu konvensiya 29 dekabr 1993-cü ildə qüvvəyə minmişdir və 14 mart 2000-ci ildə Azərbaycan höküməti tərəfindən ratifikasiya olunmuşdur.
Biomüxtəliflik dünyəvi mühüm bir mövzu olsa da, məktəblilər də daxil olmaqla geniş əhali kütləsi bu haqda çox az məlumata sahibdir. Biomüxtəliflik gününün qeyd olunmasının əsas məqsədi məktəblilərin ölkəmizin biomüxtəlifliyi haqqında məlumatlara yiyələnməsidir. Onlar həmçinin biomüxtəlifliyin necə qiymətləndirilməsini də öyrənməlidirlər. Tədbir uğurla həyata keçirildiyi təqdirdə, məlumatlar 50-dən çox ölkənin iştirak etdiyi beynəlxalq platformaya təqdim olunacaqdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz