» » Tarixdə bu gün - 17 may

Tarixdə bu gün - 17 may

Müəllif: Vüsal от 17-05-2017, 00:15
 

17 may

İlin 137-ci (uzun illərdə 138-ci) günü

Mühüm hadisələr:

2000 — Qalatasaray UEFA Kubokunun qalibi olub.

Tarixdə bu gün -  17 may
Doğum günləri:

1870 — Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev
Tarixdə bu gün -  17 may1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir.
Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.
Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).
Bunlardan başqa ədib Şеkspirin "Hamlеt”, Şillеrin "Qaçaqlar”,Vоltеrin "Sоltan Оsman”, Zоlyanın "Qazmaçılar”, Andеrsеnin "Bülbül”,"Şahın təzə libası”, Lanskоyun "Qəzəvat”, Çirikоvun "Yəhudilər”,Kоrоlеnkоnun "Qоca zəng çalan” əsərlərini də tərcümə еtmişdir.
Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.
Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.
17 dekabr 1933 -cü ildə 63 yaşında vəfat etmişdir.

  1938 — Rejissor Arif Lətif oğlu Qazıyev İrəvan şəhərində anadan olmuşdur, .

Tarixdə bu gün -  17 mayƏ.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir. Bakı Rəssamlıq Universitetində müəllim işləyir. Müxtəlif janrlarda və mövzularda yaradılmış "Babək”, "Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev - muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, "Canlı gala”, "Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957 ildən respublika, ümu- mittifaq və beynəlxalg sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə ("Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərg Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

Arif Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Arif Qazıyevin həyat yoldaşı Firəngiz xanım Abbas qızı 1944 -ci ildə Bakıda anadan olub. Uşaqları Emin bəy və Samir bəy heykəltəraşdırlar, İlahə xanım isə rəssam -dizaynerdir, evlidilər

1973 — İstedadlı aktyor Rza RzayevRza Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. Beynəlxalq İdarəetmə və Biznes 
Tarixdə bu gün -  17 mayİnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilikAkademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı "Bəsdir, ağlama!” filmində çəkilib. Ondan sonra "Ünvansız qız” teleserialında Rəşad obrazını canlandırıb. "Ünvansız qız” serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra "Cavad xan” filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunur. Ancaq bəzi səbəblərə görə bu filmdə oynamaq istəmir. Rejissor Aqil M. Quliyev "Sarı gəlin” klipini çəkəndə türk komandiri rolunu oynamağa dəvət olunur və bu klipdə çəkilir. Ondan sonra "Niyyət” filminə[3] dəvət alan Rza Rzayev bu filmdə qumarbaz obrazını canlandırır. Rejissor Elxan Cəfərovun dəvətilə 2012-ci ildə "Dolu" filminə dəvət alan aktyor yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır. 2015-ci ildə Rejissorun digər filmi "Yarımçıq xatirələr"ə çəkilmişdir.
2016-cı ildən rejissorluq fəaliyyətinə başlayan Rza Rzayev ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin - "Geyilməmiş ayaqqabılar" filminin çəkilişlərinə başlayır. Film 2016-cı ilin Aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuşdur.
Filmdə əsas rolları - ana obrazını tanınmış aktrisa Gülzar Qurbanova, Həsrət rolunun uşaqlığını məktəbli Dəniz Həsənov, yetkinlik dövrünü isə aktyor Bəhruz Vaqifoğlu canlandırmışdır.
Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Dinib-danışmır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: "Qarabağ alınanda atam və bacımı da götürüb kəndimizə gedərik...”. Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində "Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.
Filmin musiqisini tanınmış rus bəstəkarı Vyaçeslav Şulin yazmışdır.
2017-ci il mart ayının 15-də filmə sənət və media nümayəndələri tərəfindən ilkin baxış keçirilmiş və o, yüksək qiymətləndirilmişdir.

 Vəfat etmişdir:
 

2013— Azərbaycanın Milli Qəhrəmanı  Eldar Əsgər oğlu Ağayev 57 yaşında vəfat etmişdir.

Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa Tarixdə bu gün -  17 mayçatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür. 1962-ci ildə Eldar burada 20 saylı orta məktəbə getmiş, sonra təhsilini 134 saylı məktəbdə davam etdirmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vurub motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O,1978-ci ildə Kamçatka yarımadasında, 1981-1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfiyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə Qvardiya kəşfiyyat taborunun komandiri təyin edilmişdir.

Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi.

Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, 1997-ci ilədək həmin vəzifədə qalmışdır. Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Texniki Universitetində hərbi kafedranın rəisi olmuş, 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.

Sovetlər birliyi zamanı "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğlu   Azərbaycanın Milli Qəhrəmanı   fəxri  adına layiq görülmüşdür.


Bayramlar və xüsusi günlər:

17 may Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin Ümumdünya İnformasiya Həmrəyliyi Günüdür. Beynəlxalq Telekommunikasiya və Rabitə günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. "Ümumdünya İnformasiya Cəmiyyəti günü” isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar. Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və yayılması böyük zərurətə çevrilir. Bu, bəşəriyyətin inkişafı üçün geniş imkanlar deməkdir. Azərbaycanda bu sahənin əsasını ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Onun 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” isə 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Həmin siyasətin davamı olaraq Prezident İlham Əliyev 21 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nı imzaladı. Buna uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətidə ardıcıl tədbirlər həyata keçirildi. İndi də bu sahədə uğurlu işlər görülməkdədir.

Tarixdə bu gün -  17 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz