» » Tarixdə bu gün - 13 may

Tarixdə bu gün - 13 may

Müəllif: Vüsal от 13-05-2017, 00:15
13 may

İlin 133-cü (uzun illərdə 134-cü) günü

Mühüm hadisələr:

1981 — Roma Papası II İohann Pavelə sui-qəsd edilib.

2014 — Türkiyənin Manisa şəhərindəki Soma bölgəsində kömür mədənində transformator partlayışı nəticəsində yüzlərlə insan həyatını itirib.
Soma kömür mədəni faciəsi (13 may 2014-cü il saat 15:10) Manisanın Soma kəndində "Soma Holding" tərəfindən idarə edilən kömür ocağında baş verən və Türkiyə tarixində 1992 Kozlu kömür mədəni faciəsindən sonra ən çox insan itkisinə səbəb olan mədən qəzasıdır. Partlamanın təsiri ilə mədəndə yanğın hadisəsi baş vermiş və çox sayıda mədən işçisi içəridə qalmışdır. Belə ki, kömür mədənində ümumilikdə 787 işçi olmuşdur. 400 metr dərinlikdə qurulmuş şaxtanın elektrik şəbəkəsindən başlanan yanğının çıxış yoluna yaxın olan 2 kilometrlik ərazisində işçilər çölə çıxa bildilər. Ancaq təxminən 300 işçi baş verən yanğın səbəbilə 800 metr dərinlikdə qaldı
Hadisənin səhərisi günü indiki prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 232 mədən işçisinin vəfat etdiyini açıqlanmışdır. Mayın 14-nə olan açıqlamaya əsasən ölü sayının 301 nəfərdən çox olduğu açıqlanmışdı.Hadisə nəticəsində 301 mədənçi ölmüş, 80-dən çox şaxtaçı isə müxtəlif dərəcəli yara almışdır.

Tarixdə bu gün - 13 may

Doğum günləri:

Tarixdə bu gün - 13 may1903 — Ustad şair, aşıq, el l nəğməkarı Növrəs İman Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.
İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.
Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o ,xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.
Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.

Tarixdə bu gün - 13 may1929 — Azərbaycan SSR Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. 1952-1969-cu illərdə "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri , 1969-1984-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləmişdir.
Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qeqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" , "Bahar gözəldir, ya qış?" , "Milçək ürəyi" kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
Əfəndiyev Hikmət Ziya oğlu 1995-ci il avqustun 2-də Azərbaycanın Bakı şəhərində dünyasını dəyişmişdir.

Tarixdə bu gün - 13 may1943 — Azərbaycanın xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım..." İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. 1965 -ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsin, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;
Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.
Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.
2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz