» » Tarixdə bu gün - 12 may

Tarixdə bu gün - 12 may

Müəllif: Vüsal от 12-05-2017, 00:10

12 may


İlin 132-ci (uzun illərdə 133-cü) günü

Mühüm hadisələr:

1920 — XI qızıl ordu hissələri Şuşaya daxil olub.
1920 — Azərbaycan İnqilab Komitəsi xalq məhkəmələrinin təşkili haqqında dekret verib.
1995 — Azərbaycan Respublikası Venesuela ilə diplomatik əlaqələr qurub.

Doğum günləri:

1089 —Məhsəti Gəncəvi –  XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi  Əxi təriqətinin üzvü

1915—İbrəhim Əli oğlu Quliyev—heykəltəraş, Xalq rəssamı

1921 — Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari müəllifi; Əməkdar mədəniyyət işçisi

1922 — Leyla Hüseynağa qızı Məmmədbəyova   — Azərbaycanın məşhur patomorfoloq alimi, Azərbaycanın Əməkdar elm xadimi, Tibb emləri doktoru, professor

1935 — Valid Möhsün oğlu  Sənani — Televiziya işçisi. Ssenari müəllifi

1938 — Ayaz Niyaz oölu Mütəllibov — Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu - 14-cü birinci katibi, Azərbaycan Respublikasının ilk prezidenti

1940 — Abdulla Abbas Hacaloğlu — şair, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi , Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı

1950 — Zamiq Əliyev —  Xalq artisti, tarzən

  

Vəfat etmişdir:


1994— Eldar İsfəndiyar oğlu  Həsənov — Azərbaycanın Milli Qəhrəmanı

1995 — İsi Abbas oğlu Məlikzadə— Azərbaycan yazıçısı

2005 — Xalq artisti Sara Qədimova Bakı şəhərində 82 yaşında vəfat etmişdir.

Sara Qədimova 31- may 1922-ci ildə Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Tarixdə bu gün - 12 mayAzərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Səsi lirik-koloratur sopranodur.

2011 — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu 61 yaşında Bakıda vəfat etmişdir.

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur.


Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 12 may

 

12 may Ümumdünya Tibb Bacıları Günüdür.
12 May Ümumdünya Tibb Bacıları Günüdür. Dünyada müasir tibb bacılığı təhsilinin yaradıcısı Florens Naiytingel olub, o, ilk tibb bacısı məktəbini 1962-ci ildə Londonda açmışdır. Türkiyədə ilk olaraq Qızıl Aypara Cəmiyyəti tərəfindən 1911-ci ildə açılmışdır. Bu kursları bitirən bacılar 1912-1914 cü illərdə Balkan müharibələri və 1914-1918-ci illərdə Birinci Dünya müharibəsində xəstə və yaralı əsgərlərə baxmışlar.
Daha sona digər illərdə tip məktəbləri açıldı. Bu məktəblər orta məktəb səviyyəsində 3 il, lisey səviyyəsində 4 il təhsil verirdi.Bu məktəblər sonra 4 illik Tibb Kolleclərinə çevirilmişlər. Kollec və lisey məzunlarına təhsil verən 4 illik Ali Tibb Bacısı Məktəbləri da hələ də fəaliyyətdədir. Bu məktəblərdən ən məşhuru İstanbuldakı Florens Naiytingel Ali Tibb bacısı məktəbidir.
12 May tibb bacısının banisi Florence Nightingalein ad günü olduğu üçün Bacılar Günü kimi qeyd olunur və bu günü təqib edən həftə də Bacılar Həftəsidir. Bu həftə qiymətləndirilərkən, tibb bacısı peşənin problemləri ortaya qoyulur və həll edilir.
Peşənin önəmini cəmiyyətin diqqəti çəkilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz