» » Tarixdə bu gün - 10 may

Tarixdə bu gün - 10 may

Müəllif: Vüsal от 10-05-2017, 00:15

10 may


İlin 130-cu (uzun illərdə 131-ci) günü

Mühüm hadisələr:

1920 — Azərbaycan İnqilab Komitəsi köhnə məktəblərin yeni sovet politexnik məktəbləri ilə əvəzlənməsi barədə dekret verib.

1923 — Qafqazda ilk aviaşirkət - Zakavia SC təsis edilib.
 
Doğum  günləri:

 

1879 —  Görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk  hərbi naziri  Xosrov bəy Paşa bəy Tarixdə bu gün - 10 mayoğlu Sultanov Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir.

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.


Tarixdə bu gün - 10 may1923— Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982), Azərbaycan Respublikasının Prezidenti (1993-2003) olmuş Heydər Əlirza oğlu Əliyev Naxçıvan şəhərində  dəmiryolçu ailəsində anadan olmuşdur.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyinedilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[20] Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.

Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), "Ulu öndər" və "Azərbaycan xalqının ümummilli lideri" titullarının rəsmi daşıyıcısıdır.

2003-cü il dekabrın 12-də müalicə olunduğu  Klivlend xəstəxanasında  (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycanda Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün aşağıdakılar onun şərəfinə adlandırılmışdır:

Heydər Əliyev Fondu

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeni

Azərbaycan Ali Hərbi Məktəbi

Bakı Beynəlxalq Aeroportu

Bakı Dərin Özüllər Zavodu

Bakı Neft Emalı Zavodu

Respublika Sarayı

Bakı şəhərində İdman-Konsert Kompleksi

Bakı şəhərində Heydər Əliyev prospekti

Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlar

Platin, qızıl və gümüş xatirə sikkələri


  1927 — Əməkdar İnşaatçı,   Sosialist Əməyi Qəhrəmanı Məhəmməd Səməd oğlu Hüseynov  Masallı rayonu Xırmandalı kəndində andan olmuşdur. O, 1954-cü ilden Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə kolxozda başlamışdır. 1949-cu ilden Baki Baş Tikinti İdarəsində işləmişdir. Onun briqadası kommunist əməyi kollektivi adlanırdı. SOV.İKP 25 və 26-cı qurultaylarının nümayəndəçisi olmuşdur.

AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A.Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C.Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu onun müəllifliyi ilə inşa olunmuşdur.

 

Tarixdə bu gün - 10 may1937 - Görkəmli  şair  Musa Səfiməmməd oğlu Yaqubov (Musa Yaqub)   İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur.

Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir.

ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır. (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş"qəzetinin redaktoru olmuşdur .

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur . İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

M.F.Axundov adına mükafata layiq görülmüşdür.


Tarixdə bu gün - 10 may1974 — Azərbaycanın Milli Qəhrəmanı  Namiq Vahid oğlu Abdullayev Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.

Namiq 1992-ci ilin dekabr ayında cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğlu  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Avşar kəndində dəfn edilib.

Avşar kənd orta məktəbi onun adını daşıyır.


Vəfat etmişdir:


Tarixdə bu gün - 10 may1992— Milli Qəhrəman   Mehman Qəzənfər oğlu Sayadov Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur. 

Mehman Cavadov 1972-ci il noyabrın 21-də Qərbi Azərbaycanın Vardenis rayonu Günəşli kəndində anadan olub. 

1988-ci ildə ailəsi ilə birlikdə qaçqın kimi Samux rayonu Sərkar kəndinə gəlir. O, 1991-ci ilin noyabrında "Azərbaycan Qarabağı” könüllü batalyonun tərkibində cəbhəyə yola düşür, Şuşa rayonunun kəndlərinin müdafiəsində əsl qəhrəmanlıq göstərir, Kosalar və Nəbilər kəndlərinin müdafiəsində yoldaşları ilə birlikdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv edir.
Bundan hiddətlənən erməni yaraqlıları xeyli canlı qüvvə toplayaraq yenidən Nəbilər kəndinə hücuma keçirlər. Batalyon böyük bir qüvvə ilə döyüşə girməli olur. Bir neçə istiqamətdən hücum dairəsini genişləndirən erməni faşistləri bizimkiləri mühasirəyə salırlar. Cəsur döyüşçülər özlərini itirmir, mühasirə halqasını bircə anda itki vermədən yarmağa müvəffəq olurlar.
1992-ci il mayın 9-da Nəbilər kəndi yaxınlığında sona qədər vuruşan Sayadov  10-dan artıq ermənini məhv edir və qəhrəmanlıqla həlak olur. 
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adı verilib.


 2002—Tanınmış  kamança ifaçısı,  Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov 51 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 10 mayƏdalət Vəzirov 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000-2002-ci illərdə direktor ) müəllim işləyib, bir çox tanınmış musiqiçilərlər yetişdirib.

O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə - ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.

Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.

Qardaşı Xalq artisti Kamil Vəzirov da  həmçinin musiqiçidir.  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.