» » Tarixdə bu gün - 10 may

Tarixdə bu gün - 10 may

Müəllif: Vüsal от 10-05-2017, 00:15

10 may


İlin 130-cu (uzun illərdə 131-ci) günü

Mühüm hadisələr:

1920 — Azərbaycan İnqilab Komitəsi köhnə məktəblərin yeni sovet politexnik məktəbləri ilə əvəzlənməsi barədə dekret verib.

1923 — Qafqazda ilk aviaşirkət - Zakavia SC təsis edilib.
 
Doğum  günləri:

1879 —  Görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk  hərbi naziri Sultanov Xosrov bəy Paşa bəy oğlu Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.
Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.
Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir. [2]
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.
Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.
Tarixdə bu gün - 10 may1923 —Heydər Əliyev - Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982), Azərbaycan Respublikasının Prezidenti (1993-2003) olmuş Heydər Əlirza oğlu Əliyev Naxçıvan şəhərində  dəmiryolçu ailəsində anadan olmuşdur.
Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), "Ulu öndər" və "Azərbaycan xalqının ümummilli lideri" titullarının rəsmi daşıyıcısıdır.
2003-cü il dekabrın 12-də müalicə olunduğu  Klivlend xəstəxanasında  (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycanda Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün aşağıdakılar onun şərəfinə adlandırılmışdır:

Heydər Əliyev Fondu
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı
Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeni
Azərbaycan Ali Hərbi Məktəbi
Bakı Beynəlxalq Aeroportu
Bakı Dərin Özüllər Zavodu
Bakı Neft Emalı Zavodu
Respublika sarayı
Bakı şəhərində İdman-Konsert Kompleksi
Bakı şəhərində Heydər Əliyev prospekti
Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlar
Platin, qızıl və gümüş xatirə sikkələri
 
Vəfat etmişdir:

2001 — Azərbaycanın Əməkdar jurnalisti Sona Bağırova vəfat etmişdir.
Tarixdə bu gün - 10 maySona Bağırova 1929-cu mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatının 40 ilini «Azərbaycan gəncləri» qəzeti ilə bağlayıb. Burada o, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərində "Açıq söz", "Bakı post" qəzetlərinin əməkdaşı olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb. Həmçinin media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunub.

Sona Bağırova 1929-ci il mayın 1-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdu. 1952ci ildə Bakı Dövlet Universitetinin jurnalistika fakultəsini bitirmişdir. Həmin ildən 40 il Azerbayjan qəncləri qazetində işləmişdir. 90 ci illərdə "Açiq söz","Bakı post","Nəbz"qazertlərinin əməkdaşı olmuşdu. Azerbaijan Qadinlari Cəmiyətinin fəyal üzvlerindən biri olub, xususə Mustəqil Azərbayjanin ilk addıımları dövründə faydalı içtimai iş aparmışdir.

Sona Bağırovanın yazdığı məgalələr əsasən gənc nəslin təlim-tərbiyəsinə , xalqı narahat edən problemlərə, gənclərin vətənpərvərlik,xalqın torpağa bağlılıg ruhunda boyümələrinə həsr olunub. Sona Bağırova odlu alovlu dövrində, Qarabağ torpağını, garış garış gəzib, jurnalist borcunu, ilk novbəətə isə öz vətəndaşlığ borcunu yerinə yetirib. erməni yağıları tərəfindən torpağlarımızın zəbt edilməsinin qarşısının alınmasını , Azerbayjan ziyalısı kimi, güclü nizami ordusunun yaranmasında görürdü.Sona xanımın "Ordu nə vaxt yaradılacag?", "Oğullarımızı gırırlar, bes biz nəi və kimi gozləyirik?", "Dar günün ömrü" və s.məqalələri respublikaya səs salmiş, xalqı ayağa qaldırmışdır.

Moskvada "Krasnaya zvezda" qazetini hiddətlə yazırdı:"jurnalist Sona Bağirovanın məgalələri oxudukdan sonra, Rusiyada xidmət edən Azərbayjanlı əskərlər ve zabitlər hərbi hissələrdən yayinarag Qarabağa doyüşə gedirlər).

60 yaşın içində olanda Sona xanımın sorağı Şuşadan,Xankəndindən, Laçından, Qubadlıdan, Əskərandan gəlirdi. Həmin dovrdə, Respublika mətbuatında dərc etdiyi, siyasi publisistik yazıları boyük tə‘sir gücünə ve səfərbəredici güvvəyə malik idi. Doyüş bölgələrinə tez-tez ezamiyyətə getmək onun kişi geyrətindən irəli gəlirdi.

O, daim odlu noktələrə, cəbhə xəttinə, birdə yurdundan didərgin salınmış insanların yanına can atırdı. Özün üçün təhlükəli olan bu səfərləri nəticesi olarag, qazetə baş ucalığı gətirən məgalələr yazırdı.Və şanlı şərəfli tarixi olan "Azərbayjan gəncləri" salnaməsinə unudulmaz Azərbayjanlı əxlaqı-tərbiyəsi sehifələrin yaratdı. Geyd etmək lazımdır kı, 20-dən çox yaradıcı işçisi olan redaksiyada yeganə qadın müxbiri idi. Sona Bəhrəli qızı düzlük və prinsipiallık təcəssümü idi. Onun üzündə nur və danışığında məntiq var idi.

Haci Sona imanlı gadın idi. Həcc ziyarətinə gəlbinin hokmiyle gedmişdir. Məkkədən gayidandan sonra dərc olunmuş məqalələri çox maragla oxunulmuşdur. İran İslam Respublikasina səyahətindən sonra yazdığı silsilə yazilar da oxucuların boyuk marağına səbəb olmuşdur.Sona Bağırova gözəl jurnalist olduğu gədər də gözəl ana idi. Dolğun iş günündən sonra uç evladın gayğısının cəkməyə güc tapırdı.

Sona xanım Azərbaycanımızı, onun fədakər xalqını boyuk məhəbbətlə sevir, ona daim gulluq etməyə özü üçün borc sayırdı. Azərbayjan torpağını zəbt olınmasını özünə dərd sanırdı. Həyatın son illərində, səhhəti imkan verməsə də qələmnən ayrıla bilmirdi, yazıb-yaradırdı. Sona Bağirovanən işığlı ömrü günəşi xatırladır.

Sona Bağırovanın 2002-ci ildə "Elm və həyat" nəşriyyatında "Pozulmaz izlər"  kitabı çapdan çıxmışdır.


Bayramlar və xüsusi günlər:

10 may Gül bayramıdır.
 2000-ci ildən Azərbaycanın paytaxtı Bakı şəhərində Heydər Əliyevin xatirəsinə keçirilən illik bayram. Bayram Heydər Əliyevin ad günündə - 10 may tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq Heydər Əliyev adına parkda xaricdən gətirilən güllərdən ibarət kompozisiyalar sərgilənir
Əvvəlcə bayram Azərbaycan prezidentinin ad günündən sonra, 11 mayda keçirilirdi. 2004-cü ildən başlayaraq bayram Heydər Əliyevin doğum günündən keçirilir. 

 

Tarixdə bu gün - 10 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz