» » ADNA qurbanlarını ehtiramla andıq

ADNA qurbanlarını ehtiramla andıq

Müəllif: Dəyanət от 30-04-2017, 00:40

ADNA qurbanlarını ehtiramla andıq

30 aprel 2009-cu il tarixində ADNA-da baş verən terror hadisəsindən 8 il keçir.

2009-cu il aprelin 30-da ADNA-nın ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisəni törədən şəxs sonda özünü vurub. Bu şəxs Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olmuşdur.

Qanlı hadisə nəticəsində:

- Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu,
- Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı,
- Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu,
- Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı;

Tələbələr:

- Məmmədov Taleh Tariyel oğlu,
- Bəndəliyev Yusif Telman oğlu,
- Bağırov Ayaz Cavanşir oğlu,
- Cabbarov Savalan Allahverdi oğlu,
- Abdullayev Emin İmaməli oğlu,
- Babaşov Ruslan Cəfər oğlu,
- Aslanov Ceyhun Sakit oğlu,
və Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı həyatlarını itirmişlər.

Faciə qurbanlarını ehtiramla anır və onlara Allahdan rəhmət diləyirik.
 

ADNA qurbanlarını ehtiramla andıq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz