» » 23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günüdür

23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günüdür

23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günüdür

23 Aprel 1920 Türk millətinin iradəsini təmsil edən Birinci Böyük Millət Məclisinin açıldığı və Türk xalqının suverenliyini elan etdiyi tarixdir.  Milli Suverenlik və Uşaq Bayramı da  bu andan sonra ənənəvi olaraq qeyd edilməyə başlanmışdır. Vaxtilə "Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk  bu bayrama müstəsna əhəmiyyət vermişdir.
Atatürk  23 Aprel 1924-də 23 Aprel gününün bayram kimi qeyd olunmasına qərar vermişdir. Bu tarixdən 5 il sonra 23 Aprel 1929-da Atatürk bu bayramı uşaqlara hədiyyə etmişdir və 23 Aprel 1929-ci ildə ilk dəfə Uşaq Bayramı kimi qeyd olunmağa başlanmışdır. 1979-da, yenə ilk olaraq altı ölkənin iştirakı ilə beynəlxalq arenaya çıxarılan bu milli bayram, ortalama olaraq hər il qırxın üzərində ölkədən gələn və Türk uşaqlarının qonağı olan xarici ölkə uşaqları da iştirak edir. Dünyada uşaqlara bayram hədiyyə edən və bu bayramı bütün dünya ilə bölüşən ilk və yeganə ölkə Türkiyədir.
Türk millətinin könlündə, onun dövlət müstəqilliyinin sarsılmaz ifadəsi kimi ən əhəmiyyətli yeri işğal edən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı, hər il Türkiyədə və xaricdəki nümayəndəliklərdə, bütün müəssisələrdə, məktəblərdə və hər evdə müxtəlif tədbirlərlə qeyd edərək milli birliyin birləşmiş ifadəsini təmsil edir. Atatürkün düşüncəsində uşaqlar, millətin gələcəyidir. Onlara duyduğu sarsılmaz inamın və böyük sevginin ifadəsi olaraq, milli bayram olan 23 Apreli uşaqlara ərməğan etmişdir. Türkiyə tariximinin qürur dolu səhifələrinin yeni nəsillərlə öyrənilməsi və Türk Dövlətinin davamını əmanət edəcəyimiz yeni Cumhuriyyət gözətçilərinin bu şüurla yetişməsi məqsədilə 23 Aprellər, mühüm bir vasitədir.
Atatürk deyir ki: "Bütün dünya bilməlidir ki artıq bu dövlətin, bu millətin başında heç bir qüvvə yoxdur, heç bir məqam yoxdur. Yalnız bir qüvvə var. O da milli hakimiyyətdir. Yalnız bir məqam var. O da millətin ürəyi, vicdanı və mövcudluğudur".

23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günüdür
Mənbə: İnternet resursları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz