» » 14 Sentyabr Dünya İlk Yardım Günüdür

14 Sentyabr Dünya İlk Yardım Günüdür

Müəllif: Vüsal от 14-09-2016, 08:36

 

14 Sentyabr Dünya İlk Yardım Günüdür

İlk yardım  qəzalar, eləcə də  ani xəstəlik vəziyyətlərində tibbi yardımaqədər edilə biləcək ilkyardım tətbiqləridir. Dünya İlk Yardım  Günü  Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Dərnəkləri Federasiyasının təşəbbüsü ilə 2001-ci ildən bəri həril 100-dən çox ölkədə Milli Təşkilatlar tərəfindən sentyabr ayının ikinci şənbə günü qeyd edilir.
Aydındır ki, yaralı adamın həyatının qorunması və mövcud vəziyyətini yaxşılaşdırmaq prioritetli məqsəddir. Yəni, yaralı bir adamda onun həyatı üçün təhlükəli  bir vəziyyət varsa, hökmən  bu vəziyyətin aradan qaldırılmasına çalışılmalıdır. Məsələn: yaralı nəfəs alıb- verə bilmirsə, ilk növbədə, bunun təmin edilməsi lazımdır və sair.
İlk yardımın prioritetli məqsədləri bunlardır:

Həyatı təhlükəni aradan qaldırmaq;
həyati funksiyaların davam etdirilməsini təmin etmək;
yaralının vəziyyətinin pisləşməsini qarşısını almaq;
mövcud hal və vəziyyətinin yaxşılaşmasını asanlaşdırmaq;
 həyatını xilas etmək;
vəziyyətini qorumaq;
əlilliklərin qarşısını almaq.

 14 Sentyabr Dünya İlk Yardım Günüdür 
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Dərnəkləri Federasiyaı  insan   sağlamlığı və ləyaqətinin qorunması naminə  ayrı-seçkilik güdmədən bu   cür şəfqətli  tədbirləri həyata keçirir.
 Dünyada ilk yardım tətbiqləri köhnə Misir, Roma və Yunan dövrünə təsadüf edir. Ancaq uzun müddət bu xidmət fırıldaqçıların əlində öz maraqlrına uyğun vasitə olmuşdur. Əgər Daş dövründə yara ağızlarını bağlama texnikaları də nəzərə alınarsa, ilk yardımın tarixi insanlığın özünün tarixi qədər qədim olduğunu məlum olar.
Bütün tarixlərdə  hər zaman qəzalar, döyüşlər və fəlakətlər nəticəsində yaralanan və təcili səhiyyə problemi ilə qarşılaşan xəstə və yaralılar üçün müxtəlif tibbi cəhdlər edilmişdir. Günümüzdən 5000 il əvvəl Misirdə təcili tibbi yardım edildiyi və   qədim Yunan və Roma sivilizasiyalarının ilkyardım və döyüş meydanlarından yaralıların daşınması ilə əlaqədar tətbiqlər etdikləri xidmətlər haqqında məlumatlar mövcuddur. Tarixdə ilk təcili yardım vasitəsi -  atlı avtomobillərdən  1487-ci ildə İspan ordusu tərəfindən istifadə edilmişdir.
 Müasir mənada ilk yardımın qurucusu alman Esmarxdır. Xüsusilə döyüşlərdə yaralanan şəxslərə, həmçinin  və 1871-ci ildə Dr. Mayor tərəfindən tətbiq edilməyə başlayan  üçbucaq sargından  istifadə etməklə    Birinci və İkinci Dünya müharibələrində çoxlu sayda xəstə və yaralı qatarlar, gəmilər, təyyarə və vertolyotlar ilə xəstəxanalara daşınmış, xüsusilə Koreya və Vyetnam döyüşləri zamanı  hərbi vertolyotlar sıx bir şəkildə yaralıları daşıma məqsədi ilə istifadə edilmişdir.Daha sonrakı illərdə Almaniya və Skandinaviya ölkələrində bu məqsədlə  təşkilatları qurulmuş
və personal yetişdirilməyə başlanmışdır. 1960-ci ilin sonlarına doğru ABŞvə Fransada təcili yardımlarda həkimlərin  və  təcili xidmət zamanı  ilk yardım mütəxəssisləri, təcili yardım operatorluğu kimi xüsusiyyətlərə sahib səhiyyə işçisiləri vəzifə almağa başlaması ilə birlikdə daha sürətli və keyfiyyətli təcili səhiyyə xidməti təqdim edilməyə başlandı.
Amerika və Kanada kimi ölkələrdə artıq  xilasetmə, polis və təcili yardım çağırışları üçün(səhiyyə, təhlükəsizlik, yanğın, partlayış, hücum və s.) xüsusi təhsilli personallar tərəfindən və   tək bir mərkəzdən idarə  edilən   sistem hazırlanmışdır. 

14 Sentyabr Dünya İlk Yardım Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz