» » Tarixdə bu gün - 14 sentyabr

Tarixdə bu gün - 14 sentyabr

Müəllif: Vüsal от 14-09-2016, 00:00
 Tarixdə bu gün - 14  sentyabr

14 sentyabr

İlin 257-ci günü
İlin sonuna 108 gün qalır.
Mühüm hadisələr
1920 – Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetidilib.
Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda onun rəhbərliyi altında Milli Hökumət qurulmuşdu.
Bu arada Tehran (şah) rejimi bir tərəfdən Xiyabani ilə danışıqlar aparır, ona müxtəlif vədlər verir, digər tərəfdən, Təbrizə hücum planı hazırlayırdı.
1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün qəhrəmancasına müqavimət göstərdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu.
Cənubi Azərbaycan türkləriin istiqlal mübarizəsinin daha bir səhifəsi faciəli şəkildə sona çatdı.
1989 - Naxçıvan Dövlət Kukla Teatrı yaranmışdır.
1991 – Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib.
Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı mərkəzi və yerli hakimiyyət orqanlarına verilib.
"Avqust qiyamı”nın (19-22 avqust – Moskvada komminist-revanşist qüvvələrin "QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra Sovet İttifaqında kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Moskvada Sov.İKP-nin özünü buraxması barədə qərar qəbul etməsindən sonra müttəfiq respublikaların kommunist partiya təşkilatları da eynilə hərəkət etmək zorunda idilər.
Beləcə 1920-ci ilin yanvarında qurulan və 71 il respublikada hakim qüvvə olan Azərbaycan KP də tarixin arxivinə verildi.
1994 – Azərbaycan Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlər qurulub.
1998 – Bakıda Azərbaycan qadınlarının qurultayı başlayıb. Bu, müstəqillik dövründə Azərbaycan qadınlarının ilk belə forumu idi.
Doğum günləri:
1880 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri – Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.
Vəfat etmişdir:
1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6. 1924, Ağstafa - 1992) vəfat edib. "Azad", "Yolda" pyesləri, "Bahar gələndə”, "Sən mənimlə get”, "Söylə, yadındamı?”, "Qocalan deyiləm”, "Dilqəm” və s kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz