» » Tarixdə bu gün - 6 aprel

Tarixdə bu gün - 6 aprel

Müəllif: Vüsal от 6-04-2017, 00:15
 

6 aprel

Mühüm hadisələr:

1995 — Azərbaycan Respublikası Panama ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1483 -  Məşhur İtalyan rəssamı. Raffaello (Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi də tanınmışdır) anadan Tarixdə bu gün - 6 aprelolmuşdur. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi.
Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. 1508-ci ilə qədər Florensiyada "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair" və "Entombmeut" kimi rəsm əəsrlərini işləmişdir. Rafael bir müddət  Romada Papa II. Julius üçün işləyib. Romaya gəldiyi zaman  Mikelancelo, Julius'un etdirdiyi Sikst kilsəsinin bəzəyini çəkmişdir. Rafael  burada ilk olaraq Papanın kitabxanasını dekorasiyaya etdi. Çəkdiyi teolojik, fəlsəfi, lirik hesabatlarında sükunət, rənglərdə ahəng,  aydınlıq və bütöv ifadə hakimdir. Rafaelin gördüyü işlərdən biri də parça üzərinə qoyduğu bəzəklərlə, divar örtükləri hazırlamasıdır. 1513-1521 illəri arasında hazırladığı on ədəd böyük divar bəzəmə örtülərindən Sikst kilsəsində istifadə edilmişdir. 1514-ci ildə, Papa Leo Xin əmri altında da Saint Peter Bazilikasının baş memarı olmuşdur. 6 aprel 1520-ci ildə, 37 yaşında  Romada vəfat etmişdir.
Rafael, Avropada klassik rəssamlığın əsasını qoymuşdur. Mikelangjelodan fərqli olaraq görünən hər şeyi bütün zənginliyi tabloya köçürmüş, tarixi və xristianlığa aid dini mövzulara sadiq qalmışdır.

1928 -   Məşhur elm adamı, bioloq, DNA testi ixtiraçısı Ceyms Uotson anadan olmuşdur. 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almışdır.
Amma Nobel mükafatını satışa çıxardaraq 4,8 milyon dollara satmışdır. Beləcə, tarixdə ilk dəfə Nobel laureatı mükafatı sahibi tərəfindən satılmışdır. BBC-nin xəbərinə görə, Nyu-Yorkdakı Christie's hərrac evində satışa təqdim edilən qızıl medalın 2,5 -3,5 milyon dollara satılması gözlənilirdi. 86 yaşındakı Uotsonun mükafatını maddi çətinliklər səbəbiylə satışa çıxardığı bildirilib.

Tarixdə bu gün - 6 aprel  

1939 – Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor, professor Tofiq İsmayılov  Bakı şəhərində anadan olmuşdur. 1958-1962-ci illərdə M.A. Əliyev adına Tarixdə bu gün - 6 aprelTeatr İnstitutunun Aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın Respublikasının Xalq artisti, görkəmli knorejissor, kinodramaturq, nasir , professor Tofiq Hüseyn oğlu İsmayılov vəfat etmişdir. 
T.İsmayılov 6 aprel 1939-cu ildə  Bakı şəhərində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir. 1958-1962-ci illərdə M.A. Əliyev adına Teatr İnstitutunun əvvəlcə Aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsili almışdır. Əmək fəaliyyətinə 1854-cü ildə - orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır . 1960-1961- ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi,1962-196-ci illərdə rejissor, 1967-1968-ci illərdə "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, bədii təlimlər rejissoru vəzifələrində çalışmışdır. 1968-1970-ci illərdə Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır . Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir.
Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur. 1971-ci ildən  kafedra müdiri olmuşdur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən həyatının sonuna kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir.
Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.
Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Tarixdə bu gün - 6 aprel1953 –  Tanınmış  teatr və kino aktyoru Kazım Abdullayev Bakıda anadan olmuşdur. Kazım Abdullayev 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir.

1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-ci ilin yanvar ayına qədər orada çalışmışdır.

1996-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 
 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs"), Sultanəli (Mir Cəlal, "Dirilən adam"), Əkbər (Abdulla Şaiq, "Eloğlu"), İbrahim xan (İlyas Əfəndiyev, "Hökmdar və qızı"), Murtuza Muxtarov (Əli Əmirli, "Mesenat"), şair Kirmani ("Əmir Teymur", Hüseyn Cavid), Aqostino ("Silindr", Eduardo de Filippo), Hacı Həsən ("Ölülər").

Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə…

2002-ci ildə K.Abdullayev Əməkdar artist fəxri adına layiq görülmüşdür.

6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

 

Vəfat etmişdir:

E.ə 2831 - İlk insan - Adəm peyğəmbər 960 yaşında vəfat ediAdəm (ivr. אָדָם‏‎‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎‎‎) "Tövrat"da və "Quran"da Tanrının yaratdığı ilk insan və insan nəslinin ulu babası. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Allaha itaət etməyərk xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu.
Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər.
Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir. O, mütləq salehlik və şəxsi ölümsüzlük sahibi idi, amma o, yoldan çıxdığı üçün, bunların hamısını əldən verdi. Onun bu qüsuru öz gələcək nəsilinə, yəni insanlara təsir etdi. İlkin günah yalnız "ikinci Adəm" olan İsa tərəfindən yuyula bilindi. Adəmin Bibliyada olan hekayəsi Xristian dininin arvadın kişiyə tabeliyi (Yaradılış. 3:16) və İlk günah haqqında ehkam kimi müddəaların əsasını qoydu.
İslamda, Bəhailikdə peyğəmbər kimi anılır.
Adəmin Bibliyada olan hekayəsi dünya mədəniyyətinə və incəsənətinə Ədən bağı, Xeyirlə şəri bilmə ağacı, Həyat ağacı və başqa böyük sayda simvollar verdi.

1520 - Məşhur İtalyan rəssamı və memar Rafael doğulduğu gündə də vəfat etmişdir.

1992 - Məşhur fantast yazıçı Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Qomel quberniyasında doğulmuşdur. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifidir. Elmin kütləviləşməsi üçün çalışmışdır, ixtisasca biokimyaçı olmuşdur.
"Kimyanın qısa tarixi" əsərinin müəllifidir.
Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.

Tarixdə bu gün - 6 aprel

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz