Bu gün Asəf Zeynallının doğum günüdür
Müəllif: Akif Əhmədov от 5-04-2017, 00:15
Bu gün unudulmaz Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallının doğum günüdür.
Asəf Zeynallı 1909-cu ildə Dərbənddə anadan olmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
Asəf Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat etmişdir. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.
Mənbə: Vikipediya
Oxşar postlar:
- Oxunub: 559
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı münasibət
Apreldə havanın hərarəti bəzi günlərdə 30 dərəcəyə yüksələcək
Tarixdə bu gün - 21 aprel
Evimizdə şənlikdir : Cabirin 2 yaşı tamam olur
Beynəlxalq Uşaq Kitab Günündə Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən C.Cabbarlı adına Mərkəzi Kitabxana haqqında xoş sözlər
Mənalı ömür yolu
Yaş dövrləri. Akselerasiya nədir? Məktəblilərin yaş xüsusiyyətləri
Məşhurların atları
Kim Azərbaycanı sevirsə...
Sürüşmə taxtası ( "lazboard" )
Yazarlar