» » 2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

 

2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür


Bu gün dünyada kimi qeyd olunur. Gün.Az xəbər verir ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.

Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. 1953-cü ildə Yella Lepman uşaq ədəbiyyatı üzrə nobel mükafatı olan "Hans Xristian Andersen” mükafatının təsis edilməsini təklif edib.Həmin ildə təsis olunan mükafat uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı - rəssama təqdim olunub. Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib.

 

2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür


XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayıb. D.Defo və C.Sviftin "böyüklər” üçün yazılmış "Robinzon Krunzo” (1719) və "Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub.

Sonralar yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunub. Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. Hər il İçərişəhərdə bununla bağlı müxtəlif rəsm və kitab sərgiləri keçirilir.

2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

 

Mənbə:
http://meneviservetimiz.az/az/item/556-2-aprel-beyn%C9%99lxalq-u%C5%9Faq-kitab

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz