» » Tarixdə bu gün - 25 mart

Tarixdə bu gün - 25 mart

Müəllif: Vüsal от 25-03-2017, 00:15
25 mart

Doğum günləri:


1611 -
Məşhur türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair Övliya Çələbi (tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillin)
Tarixdə bu gün - 25 marttürkiyədə doğulmuşdur. Mükəmmək təhsil alan Övliya Çələbi bir neçə il İstanbulda Osmanlı sultanı IV Muradın sarayında xidmət etmişdir. O, Səfirliyin üzvü, həmçinin xüsusi tapşırıqlar üzrə məmur kimi Yaxın və Orta Şərqin, həmçinin Şərqi Avropanın bir çox ölkələrində olmuşdur. Çələbi özünün zəngin təəssüratlarını 10 cildlik "Səyahətnamə" əsərində qeyd etmişdir. 1640-1641 və 1646-1648-ci illərdə Qafqazda olarkən Dərbənddə Dədə Qorqudun müqəddəs qəbri və "40-lar qəbri" barədə indi də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətlər qələmə almışdır. Səyahətnamənin II cildində Çələbi 1647-ci ildə olduğu Azərbaycanın və Gürcüstanın şəhər və kəndlərindən ətraflı bəhs etmişdir. Onun gəzdiyi yerlər barədə verdiyi məlumatlar orijinal olub, bir çox hallarda başqa tarixi mənbələrdə rast gəlinmir.
"Kitabi- Dədə Qorqud"un tarixini, boy təşkilatını, tarixi coğrafiyasını, onomastik sistemini öyrənməkdə ən mühüm qaynaqlardan biri Övliya Çələbinin "Səyahətnamə”sidir. Qorqudşünaslar dəfələrlə müxtəlif problemlərin işıqlandırılması üçün "Səyahətnamə”yə müraciət etmişlər.
Övliya Çələbi 1682-ci ildə Misirdə vəfat etmişdir.

1897 - Məşhur publisist, teatrşünas, salnaməçi, Azərbaycanın SSR Əməkdar Mədəniyyət işçisi, Əmakdar jurnalist , M.F.Axundov adına ədəbi mükafat laureatı Qulam Məmməd oğlu Məmmədli Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1924-1926-cə illərdə Bakı teatr exnikumunda oxumuşdur Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır. Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir. Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor , Dövlət mətbəəsində mürəttib olmuşdur.
1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor Tarixdə bu gün - 25 marttmüavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, Respublika Radio Komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur.
İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: 1941-46- cı illərdə Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır.
1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur.
Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. "İran Azərbaycanının müasir şairləri" (1946), "Səttarxan" şeirlər toplusu (1948), "Mirzə Əli Möcüz" (1948), "Xiyabani" (1949), "Cənubi Azərbaycan şairləri" antologiyası (1950), "Heyran xanım" (1951), "Atmacalar" (1958-1961), "Əlağa Vahid. Seçilmiş əsərləri" (1975) və s. kitablar onun əməyinin bəhrəsidir.
Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Qulam Məmmədli ömrü boyu yfəal ictimaiyyətçi olmuşdur: "Bilik" cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).
Ümumittifaq səviyyəli ədəbiyyat və teatr tədbirlərində iştirak etmişdir. Ona "50 il" partiya veteranı nişanı verilmişdir. Ədəbi və ictimai fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, "Əmək veteranı" medalı və digər on medal ilə təltif olunmuşdur.
1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişd və Fəxri Xiyabanda dəfn olunmuşdur.

1907 - Azərbaycanın mühacir şairi Almas İldırım Bakının Qala kəndində anadan olmuşdur.
AzəRbaycan ədəbiyyatı tarixinə "Almas İldırım" kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə - Almas adı ilə çağırrmışlar. Tarixdə bu gün - 25 martŞeirlərini "Almas İldırım" imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...". Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üçaylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Ona burada bolşevik casusu hesab edərək işgəncə verilir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.
Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.
1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.

Vəfat etmişdir:

2016 – Azərbaycanın Respublikasının Xalq artisti, görkəmli knorejissor, kinodramaturq, nasir , professor Tofiq Hüseyn oğlu İsmayılov vəfat etmişdir. 
T.İsmayılov 6 aprel 1939-cu ildə  Bakı şəhərində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir. 1958-1962-ci illərdə M.A. Əliyev adına Teatr İnstitutunun əvvəlcə Aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsili almışdır. Əmək fəaliyyətinə 1854-cü ildə - orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır . 1960-1961- ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi,1962-196-ci illərdə rejissor, 1967-1968-ci illərdə "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, bədii təlimlər rejissoru vəzifələrində çalışmışdır. 1968-1970-ci illərdə Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır . Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir.
Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.1971 kafedra müdiri Tarixdə bu gün - 25 martolmuşdur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən həyatının sonuna kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir.
Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.
Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

 

Bayramlar və xüsusi günlər:

25 mart Beynəlxalq Doğulmamış Uşaqlar Günüdür.
 25  mart  dünyanın bir çox ölkələrində - Argentinada, Çilidə, Qvatemalada, İspaniyada, Slovakiyada, Belarusda və daha bir çox ölkələrdə    Doğulmamış Uşaq və ya Doğulmamış Uşaqlar üçün Dua Günüdür. Təşəbbüs  humanizm və şəfqət prinsiplərinə əsaslanır:  insan hüquqlarının müdafiəsi  və dünyada  getdikcə  artmaqda olan abortların sayını azalmaq.

Tarixdə bu gün - 25 mart

 

Tarixdə bu gün - 25 mart

 

Tarixdə bu gün - 25 mart


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz