» » Tarixdə bu gün - 14 fevral

Tarixdə bu gün - 14 fevral

Müəllif: Dəyanət от 14-02-2017, 00:15
14 fevral

Mühüm hadisələr:

1598 — Rusiya çarı Boris Qodunov taxta çıxmışdır.
1956 - Moskvada Sov.İKP-nin XX qurultayı işə başlamışdır. Qurultayda Nikita Xruşşov İosif Stalinin "şəxsiyyətə pərəstiş siyasəti" haqda cıxış etmişdir.
1956 — Azərbaycan SSR-də ilk dəfə televiziya (Bakı televiziya studiyası) fəaliyyətə başlamışdır. Bu, Şərqdə ilk televiziya idi. İndiki AzTV kanalıdır
1989 — İranın ali dini rəhbəri Ayətullah Xomeyni bədii əsərlərində İslam dinini təhqir etmiş hindistanlı yazıçı Salman Rüşdinin ölümünə fərman vermişdir.
1992 — MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanmışdır.
2005 — YouTube servisi yaradılmışdır.
2011 — saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" kanalı fəaliyyətə başlamışdır.

Tarixdə bu gün - 14  fevral


Doğum günləri:

Tarixdə bu gün - 14  fevral1925 — Görkəmli dirijor, Xalq artisti, SSRİ və Azərbaycan  Dövlət Mükafatı laureatı, professor  Nazim Rzayev   anadan olmuşdur.
 Nazim Rzayev AOBT-nın dirijoru (1958-1960) olmuş, Moskvada Böyuk Teatrda təcrübə keçmişdir (1960-1963).
1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 
1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. 
Üzeyir Hacıbəyovun bir neçə əsərinə dirijorluq etmişdir.

Azərbaycan Dövlət Filarmoniyasının tərkibində olan musiqi kollektivlərindən biri də Dövlət Kamera Orkestridir. Bu musiqi kollektivi məşhur Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə 1964-cü ildə yaradılıb. 1964-cü ildən 1992-ci ilə qədər orkestrin bədii rəhbəri Dövlət Mükafatı laureatı, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Nazim Rzayev, 1995-ci ildən 1997-ci ilədək Əməkdar incəsənət xadimi Yaşar İmanov olmuşdur. 1998-ci ildən bu günə qədər isə kollektivə Xalq artisti Teymur Göyçayev rəhbərlik edir.

Nazim Rzayev ömrünün son illərində Türkiyədə işləmişdir. 

 1992-ci ildə vəfat etmişdir.

 
Tarixdə bu gün - 14  fevral1939 — "Dədə Süleyman" kimi ad qazanmış xanəndə, Xalq artisti Süleyman Cümşüd oğlu Abdullayev Füzuli rayonunun Sərdərli kəndində anadan olmuşdur.
1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, professional təhsil almaq üçün Bakıya dəvət edilmişdir.
1960-1964-cü illər ərzində S.Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir.
1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır.
1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur.
Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır.
Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır.
Süleyman Abdullayevin ifasında "Segah”, "Dəşti”, "Çahargah”, "Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olmuşdur.
Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verir.
Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyə-tinin "Qızıl səs” medalına layiq görülmüşdür.

Tarixdə bu gün - 14  fevral1975 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədov Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir.
Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.
Daşkəsən yolu üstündə büstü qoyulub.
 
Vəfat etmişdir:

1980 — Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoqu Rza Abbasqulu oğlu Təhmasib 85 yaşında Bakıda vəfat etmişdir.
Erkən dövrlər və teatr fəaliyyəti
Rza Təhmasib 1894-cü ildə Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın Tarixdə bu gün - 14  fevralteatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır.
Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.
Kino fəaliyyəti
Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə Tarixdə bu gün - 14  fevralkinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında "Ordenli Azərbaycan" sənədli filmini çəkmişdi.
Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.
"Arşın mal alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 60 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar. R. Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı.
Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynamışdır.
Diplomatik fəaliyyəti
Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsi ilə bağlı olmuşdur. 1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə”də dərs almağa başlamışdır. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilmişdir. Beş il sonra "Məktəbi-tərbiyə”ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olmuşdur. 1909-cu ildə oranı da başa vurmuşdur. Tarixçi Musa Quliyev deyir ki, Rza Təhmasibin bu fəaliyyətə cəlb olunmasında Rzaqulu Nəcəfovun xüsusi rolu olmuşdur.
Rza Təhmasibin ictimai-siyasi fəaliyyətinin maraqlı dövrlərindən birini 1917-1918-ci illər təşkil edir. Naxçıvanın Tarixdə bu gün - 14  fevralimperialist dövlətlərinin "didişmə mövqeyi”nə çevrildiyi, ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı qanlı qırğınların törədildiyi bir dövrdə – 1917-ci ilin qışında Rza Təhmasib Naxçıvana qayıdır. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Naxçıvanda keçirilən izdihamlı mitinqlərin əsas təşkilatçılarından və natiqlərindən birinə çevrilir. 1918-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Nehrəmdə, Şahtaxtı və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün o, özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparır, şəhərin müdafiəsində fəal iştirak edir, erməni quldur dəstələrinə qarşı döyüşür.
1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndə-likdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sentyabr ayının əvvəllərində Tiflisdən Batuma yola düşən, buradan isə İtaliyanın "Reno” gəmisi ilə Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan SSR nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan "Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyinin tərkibi və onların aylıq əməkhaqqı cədvəli” adlı sənəddə göstərilir ki, Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olmuşdur.
Rza Təhmasib burada nümayəndəliyin ən fəal əməkdaşlarından, Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətindəki ilk səfiri olmuş İbrahim Əbilovun yaxın köməkçilərindən birinə çevrilir. Eyni zamanda Türkiyənin mədəni həyatı ilə də yaxından tanış olur. Bu dövrdə Azərbaycan diplomatik nümayəndəliyinin təşkil etdiyi xeyriyyə tədbirlərinin, demək olar ki, böyük əksəriyyətinin ideya müəllifi və təşkilatçısı rolunda Rza Təhmasib çıxış edir. "Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət)” kitabında tədqiqatçı Fərqanə Hüseynova arxiv sənədləri əsasında nümayəndəliyin təşkil etdiyi bəzi tədbir və teatr tamaşaları haqqında məlumat vermişdir. Belə sənədlərdən biri olan "Azərbaycan Gecəsi Proqramı” ilə tanış olduğumuz zaman görürük ki, Rza Təhmasib həmin tədbirdə nümayiş etdirilən tamaşanın rejissorluğunu etməklə yanaşı, həm də burada iki rolun ifaçısı olmuşdur.
"Respublika” qəzetinin 17 fevral 2013-cü il tarixli nömrəsində "Diplomatiya tariximizdən” adlı məqaləsində müəllif Təranə Cəbiyeva da bu barədə məlumat verərkən yazır: "İbrahim Əbilovun rəhbərliyi ilə Azərbaycan səfirliyinin işçiləri xeyriyyə tədbirləri də keçirərdi. Belə tədbirlərin keçirilməsində məqsəd Türkiyədəki yetim uşaqlara maddi yardım göstərmək, qardaş ölkədə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək idi. O illərdə səfirliyin əməkdaşları tərəfindən "Aşıq Qərib” operası nümayiş olunur. Nadir İbrahimov, Əsgər Topçubaşov, İsmayıl İsmayılov, Mirzə Davud Rəsulzadə ifa etdikləri rolların öhdəsindən məharətlə gəlirlər. İ.Əbilov konsertdə tarın, kamançanın, tütəyin səsləndirilməsinə də diqqət yetirirdi. Xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin "Bəxtsiz cavan” pyesi də tamaşaya qoyulur”. Araşdırmalar göstərir ki, Rza Təhmasib nümayəndəliyin rəhbəri İbrahim Əbilovun vəfatından əvvəl, 1922-ci ilin avqustunda Vətənə geri dönmüş və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr etmişdir.

2015— Azərbaycan rəssamı, Azərbaycan Respublikasının Xalq Rəssamı Davud Mehdi oğlu Kazımov 88 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 14  fevralDavud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısıdır. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub.
Fırça ustasının yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub.
Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azrbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri inandırıcı təsir bağışlayır.
Davud Kazımov Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır.
Əfsanəvi "Neft daşları"nda Xəzər neftçilərinin həyatı rəssamın sevimli mövzularından biridir. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib.
Davud Kazımov bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb.

Bayramlar və xüsusi günlər:

Çaylar, sular və həyatın mühafizəsi Günü

Tarixdə bu gün - 14  fevral


Azərbaycan Hərbi Hava Qüvvələri Günü

Tarixdə bu gün - 14  fevral
Ümumdünya Sevgililər Günü
 

Tarixdə bu gün - 14  fevral

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz