» » Tarixdə bu gün - 15 fevral

Tarixdə bu gün - 15 fevral

Müəllif: Dəyanət от 15-02-2017, 00:15

15 fevral



Mühüm hadisələr:

1922 — Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılmış, II Dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlamışdır.
1933 — Terrorçu Cüzeppe Zinqara ABŞ-ın yeni seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi etmişdir.
1974 — Yaxın Şərqdə növbəti müharibə başlamış, müharibənin gedişində İsrail qüvvələri Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini işğal etmişdir.
1989 — SSRİ-nin məhdud hərbi kontingentinin Əfqanıstandan çıxarılması prosesi başa çatmışdır.
 

Tarixdə bu gün - 15 fevral


1999 - PKK terror təşkilatının lideri Abdullah Öcalan həbs olunub.

Doğum günləri:
 
Tarixdə bu gün - 15 fevral 1912 - Sovet İttifaqı Qəhrəmanı  Məhərrəm Əkbər oğlu Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuş və Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.
 

1914— Görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Muxtar Həsən oğlu Avşarov İrəvan şəhərində anadan olmuşdur.
1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri

 Tarixdə bu gün - 15 fevralTürkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirmişlər.

1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oхumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaхtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraхmadığından boş vaхtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıхır. Çoх keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.
1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir. O, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları ifa etmişdir. 1936-cı ildə yeni yaranmış siyasi şöbə tərəfindən Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilmiş və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilmişdir. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət etmişlər. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M. Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır. Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs etmişlər. Guya ki, M.Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz etmişdir. Beş il həbsdə yatan M. Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılmışdır. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoymuş və əsas rolu oynamaq ona tapşırılmışdır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad etmişlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan M.Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə M. Avşarov respublikanın əməkdar artisti fəxri adına layiq görülür.
Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın gözlərində görmə qabiliyyəti zəifləyir. Belə ağır vaхtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir. Bu hadisənin özü də sənətkarın nəyə qadir olmasına bir sübut idi desəm, heç də yanılmaram. 2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülmüşdür
2004-cü ilin dekabr ayında sənət dünyasının korifeyi, xalq artisti Muxtar Həsən oğlu Avşarov əbədi olaraq dünyasını dəyişir. Sevindirici haldır ki, qanlı tariхin keşməkeşlərini, ölkə və millətimizin başına gətirilən əzab, əziyyət, işgəncələrini qan yaddaşına həkk edərək böyük bir zaman kəsiyində müstəqil ölkəmizin azad vətəndaşlarına çatdıran aktyor bu gün də tamaşaçıların qəlbində əbədi yaşamaqdadır.
1 dekabr 2014-cü ildə 80 yaşında dünyadan köşmüşdür.

1934 — Fizika-riyaziyyat elmləri doktoru, akademik, "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektoruArif Mircəlal oğlu Paşayev Tarixdə bu gün - 15 fevralBakıda anadan olmuşdur.
Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır.
Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.
Görkəmli alim 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.
O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.
Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. "VEKTOR" - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuş və Tarixdə bu gün - 15 fevral"XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir.
Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına - "Şöhrət ordeni"nə layiq görülmüşdür.
Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Arif Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır.
Akademik Arif Paşayevin rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.
Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir.
1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir. Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilmişdir.
Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.
Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, Akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.
Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir.

Tarixdə bu gün - 15 fevral

1896 -  Məşhur neftçi Ağa Nematulla Cənubi Azərbaycanda - Sərab şəhərində doğulmuşdur.

SSRİ dövlət mükafatı laureatıdır (1947 – 1951).

1927–ci ildən sovet İKP üzvü olub.

1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır.

1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdir;

1956-58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli GÜRGAN qazma kontorunda buruq ustası işləmişdir.

1942-43-cü illərdə Özbəkistan SSRdə neft quyularında qazılmasında iştirak etmişdir.

A.Nemətulla turbinlə maili və ikilüləli qazmanın yaradıcısı hesab edilir.

1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazmışdır.

SSRİ Ali Sovetinin (1-ci çağırış) Azərbaycan  SSR  Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur.

2 dəfə Lenin ordeni və 2 başqa ordenlə təltif edilmişdir.

Ağa Nemətulla 1958–ci ildə Bakıda vəfat etmişdir.

Bakıda mərkəzi küçələrdən biri Ağa Nemətullanın adını daşıyır.


1906 — Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı  Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur.
Musa Cəlil 1944-cü ildə faşizmə mübarizə apararkən əsir düşmüş və həbsxanada öldürülmüşdür.

Tarixdə bu gün - 15 fevral

 Vəfat etmişdir:


2016 — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova 88 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 15 fevralGülrux Əlibəyli 12 yanvar 1928-ci ildə müəllim ailəsində dünyaya gəlib. Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.
1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1959—1971, fasilə ilə), Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1962—1965) olmuşdur.
1974-cü ildən Azərbaycan Xalq Təsərrüfatı İntstitutunda (indiki Azərbaycan İqtisadiyyat Unversiteti) dərs demişdir.
Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.
Gülrux Əlibəyli "Axtarışlar, tapıntılar”, "Daim yolda”, "Düşünən dünyamız”, " Cırpınan dünyamız”, " Dəyiş dünyamız”, " Dağılan dünyamız” kimi 20 kitabın müəllifidir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz