» » Tarixdə bu gün - 13 fevral

Tarixdə bu gün - 13 fevral

Müəllif: Dəyanət от 13-02-2017, 00:15
13 fevral

Mühüm hadisələr:

1745-ci ildə Nadir şah Şəkiyə ikinci dəfə hücum edib.
1905-ci ildə Bakıda müvəqqəti general-qubernatorluq yaradılıb.
1975-ci ldə Şimali Kipr Federativ dövləti təşkil edilib.
1988-ci ldə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb.
1990 - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib. Bu, erməni tərəfin Qarabağla bağlı tarixi təftiş etmək cəhdlərinin bir nümunəsi idi.
1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb.Çexoslovakiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Bu missiyanın nəticəsi olaraq ATƏT-in Minsk Qrupu yarandı (24 mart 1992).
1993 — Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurmuşdur.

Tarixdə bu gün - 13  fevral

Doğum günləri:

1946 — Azərbaycanın Xalq artisti Əliabbas Qədirov Bakıda anadan olmuşdur.
Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü Tarixdə bu gün - 13  fevralolub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.
O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.
Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın” (Surxay), Hüseyn Cavidin "Azər”, Afanasi Salinskinin "Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub.
 Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda "gizli” görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi.
Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dahilərin poetik nümunələri lentə alınıb.
Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.
2006-ci ildə mart 8-də 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.


1954 - Azərbaycan Respublikasının xalq artisti Nisə Fətulla qızı Qasımova Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan geniş səs diapazonu, musiqiyə Tarixdə bu gün - 13  fevralmarağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük olaraq səhnəyə bağlayır.
1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görür. Hər çıxışında dinləyicilər tərəfindən nəhəng sevgi və izdahamlı alqışlarla qarşılanan sarışın müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnisını ifa edir. 1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və. s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur.
Yaradıcılığında Alla Puqacova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur.
Şöhrətin zirvəsində olan gənc müğənni çox qısa müddətdə xalqın sevgisini qazanır.
2008-ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma "Birliyə doğru" beynəlxalq humanitar təşkilatı tərəfindən " Əlimi tut, səninləyəm" xeyriyyə layihəsinə görə Azərbaycanın "ən xeyirxah müğənnisi" diplomu verilmişdir. Azərbaycanın əfsanəvi səsi dəyərləndirilən Nisə Qasımova bu gün də sənət fəaliyyətini davam etdirməkdədir.
1956 - Gülbacı Əliəkbər qızı İmanova 1956-cı ildə fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Tarixdə bu gün - 13  fevralKonservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.

1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.

1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.

1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.

1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.
2000-ci ilin oktyabr ayında «Azərbaycanın əməkdar incəsənət xadimi» fəxri adına layıq görülmüşdür
1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.
1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.
1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.
Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.

 

1975 Milli Qəhrəman Xanoğlan Sadıq oğlu Məmmədov Neftçala rayonunun Beşdəli kəndində dünyaya göz açıb. 1981-ci ildə Neftçala rayon Cəngən kənd Tarixdə bu gün - 13  fevralməktəbinin I sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin IX sinfini bitirmişdir. O, təhsilini Salyan rayon texniki peşə məktəbində davam etdirmişdir. Xanoğlan Məmmədov 1993-cü ildə Neftçala rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Sanqaçalda 960 saylı hərbi hissədə başlamış, hərbi təlim keçdikdən sonra Pirişküldə 877 saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Xanoğlan Məmmədovdaha sonra  çavuş rütbəsi ilə  hərbi xidmətini 172 saylı hərbi hissədə döyüş bölgəsində davam etdirmişdir. Göy göl rayonunun Tuqana kəndi ərazisində, Kəlbəcər istiqamətində Murovdağ ərazilərində döyüşlərində olmuşdur.

1995-ci il mart hadisələri zamanı dövlətçiliyimizin müdafiəsi  zamanı həlak olmuşdur.

1995-ci il aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Xanoğlan Məmmədov Sadıq oğlu ölmündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.  

Xatirəsi əbədiləşdirilmək məqsədi ilə adı Neftçala rayon mədəniyyət sarayına verilmişdir.
Anadan olduğu Beşdəli kəndində büstü qoyulmuşdur.

Beşdəli kənd qəbrstanlığında dəfn edilmişdir.

201614 aylıq körpə  ikən erməni gülləsinə tuş gəlmiş Zəhra Quliyeva Füzuli rayonunun Alxanlı qəsəbəsində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.

2017-ci il, iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi.

Tarixdə bu gün - 13  fevral

 

Tarixdə bu gün - 13  fevral

 

 

Vəfat etmişdir:

2009
— Azərbaycanın Xalq şairi, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Vahabzadə Bakıda vəfat etmişdir.
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər . Bakıda orta məktəbi Tarixdə bu gün - 13  fevralbitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır.
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, 0 cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş respublikalarında yaşayan xalqlarının dillərinə tərcümə edilmişdir.


2012 — Görkəmli ədəbiyyatşünas, folklorşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüAzad Mövlud oğlu Nəbiyev 66 yaşında Bakıda vəfat etmişdir.Tarixdə bu gün - 13  fevral
Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır.
 Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır . 1974-1976-cı illərdə "Gənclik" nəşriyyatında redaksiya müdiri , 1976-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır .
1992-2000-ci illərdə "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olmuşdur . Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir.
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir .

"Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İtalyan ("Bertoltonun sərgüzəştləri" və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr etmişdir. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir . "Azərbaycan dastanları", "Nəğmələr, inanclar, alqışlar, adətlər" , "Alqışlar, adətlər, nəğmələr" , "Koroğlu dastanı" kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir. 

 

Bayramlar və xüsusi günlər:

Fevralın 13-ü Ümumdünya Radio Günü qeyd edilir. UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb. Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədi ilə keçirilir.

Tarixdə bu gün - 13  fevral 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz