» » Tarixdə bu gün - 8 fevral

Tarixdə bu gün - 8 fevral

Müəllif: Dəyanət от 8-02-2017, 00:15
8 fevral

Əhəmiyyətli hadisələr:

1806 — Rusiyanın Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı.
1806- cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə (Gülüstan müqaviləsi) Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi
1828 — İranla növbəti müharibə (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər. İşğal nəticəsində şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılmışdır.
1907 — Təbrizdə şah rejiminə qarşı silahlı üsyan başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.
2013 — Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın ilk peyki "Azərspace" orbitə buraxılıb.

 

Tarixdə bu gün -  8 fevral

 

Doğum günləri:

1828 — Fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri olan Jül Qabriel Vern (fr. Jules Gabriel Verne) anadan olmuşdur.

Tarixdə bu gün -  8 fevralOna dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.

O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.

24 mart 1905 ci ildə vəfat etmişdir.

Məşhur əsərləri:"Yerdən Aya" , "Kapitan Qrantın uşaqları","Sirli ada" ,"On beş yaşlı kapitan" ,"İki il məktəb tətili"

 və s.

1834 —  Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin Tarixdə bu gün -  8 fevralyaradıcısı Dmitri Mendeleyev Тоbolskda anadan olmuşdur.

Məşhur kimyaçı M.Cua yazırdı: "O, XIX əsrin ən dahi kimyaçılarından biridir; birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri, genişlənmələr və s.). Donetsk daş kömür yataqlarını tədqiq etmiş, məhlulların hidrat nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları"nı yazmışdır (1868-1871) — Bu əsər qeyri-üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".

D.Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.

D. Меndeleyev 1854-1856-ci illərdə kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını kəşf etmişdir.

1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir.

20 yanvar 1907-ci ildə Sankt-Peterburqda vəfat etmişdir.

 

Vəfat etmişdir:

Tarixdə bu gün -  8 fevral1265 —  Elxanilər dövlətinin qurucusu Hülakü xan vəfat etmişdir. O, Çingiz xanın nəvəsi, Mengü xanın və Xubilay xanın qardaşıdır.
Hülakü xan 1217-ci ildə doğulmuşdur. O, beşinci monqol ulusu olan Elxanilər dövlətinin qurucusudur və bu, daha sonra Səfəvilər dövlətinin və müasir İranın yaranmasına zəmin yaratdı. Hülakü xanın işğalları İranı qərbdən Avropa təsirinə və şərqdən Çinin təsirinə açdı. Hülakü xanın hakimiyyəti dövründə fars tarixçiləri ərəb dilinin yerinə fars dilini istifadə etməyə başladılar.
1255-ci -ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir.
Hülakü xan 1265-ci ildə vəfat etmiş və Urmiya gölündə yerləşən Şahı adasında dəfn olunmuşdur. Hülakü xandan sonra onun yolundan gedən Abaqa xan hakimiyyətə gəldi.
Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir.
Hülakü xan Urmiya gölündə yerləşən Şahı adasında dəfn olunmuşdur. Onun dəfni insan qurban edilən tək Elxani dəfni olmuşdur. Hülakü xandan sonra onun yolundan gedən Abaqa xan hakimiyyətə gəldi.
Hülakü xan beşinci monqol ulusu olan Elxanilər dövlətinin qurucusudur və bu, daha sonra Səfəvilər dövlətinin və müasir İranın yaranmasına zəmin yaratdı. Hülakü xanın işğalları İranı qərbdən Avropa təsirinə və şərqdən Çinin təsirinə açdı. Hülakü xanın hakimiyyəti dövründə fars tarixçiləri ərəb dilinin yerinə fars dilini istifadə etməyə başladılar.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz