» » Tarixdə bu gün - 6 fevral

Tarixdə bu gün - 6 fevral

6 fevral

Mühüm hadisələr:

1905 — Bakıda erməni-daşnak silahlı dəstələrinin müsəlman əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetiriblər. Bakıda bir müddət hərbi vəziyyət elan edilib, lakin erməni silahlı qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları fasilələrlə sonrakı dövrdə də (1907-ci ilədək) davam edib.

 

Tarixdə bu gün - 6 fevral  

 

1992 — Azərbaycan Respublikası Ukrayna ilə diplomatik əlaqələr qurmuşdur.

2006 — Azərbaycan Prezidentinin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Tarixdə bu gün - 6 fevral
Doğum günləri:
1924 —SSRİ Xalq artisti Firəngiz Abbasmirzə qızı Şərifova Bakıda doğulub. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən Tarixdə bu gün - 6 fevralrus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.
1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin pe-şəkarlıq yönündə formalaşmasma nail olub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb.
Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.
Firəngiz Şərifova Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna ("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz ("Ulduz", dramaturq Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze), Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış nağılı", Vilyam Şekspir), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə Rəhimli ("Alov", Mehdi Hüseyn), Ket ("Gözəllik və sevgi adası" ("Afrodita adası", Aleksis Parnis), Erfila ("Dəlilər", Lope de Veqa), Gülgün ("Od gəlini", Cəfər Cabbarlı) kimi maraqlı rollar oynayıb.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər ölkəsində (TükəZ), "Qətl günü" (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib. "Qum üzərindəki bağ evi" filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır.
Firəngiz Şərifovanın yaradıcılığının ifadə çalarları çoxdur və hərəsmin də öz təravəti, öz hlığı əməl bakirəliyi ilə qoruyan qəhrəman obrazlarını xüsusi məharətlə oynayır. Həmin səpkili rolların hərəsi ayrılıqda fərdi keyfiyyətlərə məxsus olsa da, üslub baxımından fəciromantik məziyyətləri ilə doğmadırlar.
Daxili ehtiraslarla oynamaq, plastikanı idarə etmək, incə mətləbləri belə gözlə tamaşaçıya çatdırmaq baxımından Gənc Tamaşaçılar Teatrında Firəngiz Şərifovaya ilə eyni səviyyədə ikinci aktrisa yox idi.
20 fevral 2014-cü il tarixdə Bakıda vəfat etmişdir.

 

1927- Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri,Xalq artisti Lütfü Məmmədbəyov  Ağdaş  rayonunda anadan olub.

Tarixdə bu gün - 6 fevralTeatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib,40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib. L.Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) yaradıcısı olub Lütfi Məmmədbəyov olub - Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" filmi çəkib.

Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. "O olmasın, bu olsun”, "Bəxtiyar”, "Qızmar günəş altında”, "Göz həkimi”, "Leyli və Məcnun”, "Sehrli xalat” və başqa filmlərdə rol alıb.

Görkəmli sənətkar 2004-cü il fevralın 1-də Bakıda vəfat edib.

 

1938 — Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub.
Tarixdə bu gün - 6 fevralRafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.
Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb.
Prezident təqaüdçüsüdür.
2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş "Sənət sevgisi” filmi çəkilmişdir.

Adlar və mükafatlar

Azərbaycan Respublikasının Əməkdar artisti (1982)
Azərbaycan Respublikasının Xalq artisti (2000)
Cəfər Cabbarlı mükafatı (2010)
Sənətkar ordeni
"Şöhrət" ordeni (2 fevral 2018)

 

1950 — Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Ağaxan Abdullayev anadan olub (1950-2016). Özünəməxsus ifa tərzi ilə seçilən, Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr verən Ağaxan Abdullayevin sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Muğamın klassik ifa üslubunun və bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddətdə fəaliyyətinin qayəsini təşkil edib. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olub. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası olub.

Tarixdə bu gün - 6 fevral

1970 — Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər SeyidovBabək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta Tarixdə bu gün - 6 fevralməktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.
"Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərdə, erməni yaraqlılarına ciddi zərbələr endirmişdir.
Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 39 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Hal-hazırda Mirəsgır Seyidov adına 15 nömrəli məktəb kimi tanınır. 
 
Vəfat etmişdir:
 
1955 — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Tarixdə bu gün - 6 fevralAzərbaycan Yazıçılar İttifaqının üzvü Həmidə Məmmədquluzadə Vəfat etmişdir.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmiş, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
 
Tarixdə bu gün - 6 fevral2011 - SSRİ Maarif əlaçısı, Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyev vəfat etmişdirf
1924-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya-bialogiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1941-1945 Böyük Vətən Müharibəsinin iştirakçısı olub. İlk pedaqoji fəaliyyətinə Xatınlı kənd 7 illik orta məktəbində başlayıb. Daha sonra A.S.Puşkin, Y.Sadıqov və N.Tusi adına orta məktəbdə ixtisası üzrə dərs deyib. Fəaliyyəti dövründə Tovuz rayonunda kimya olimpiyadaları təşkil edərək gəncləri elmə cəlb edib.

Azərbaycan SSR üzrə "respublika kimya olimpiyadası"nın Y.Sadıqov adına orta məktəbdə keçirilməsinə nail olub. Həmin dövrdə ən böyük və zəngin kimya laboratoriyasını yaradıb. (İndi həmin laboratoriyadan əsər-əlamət qalmayıb.) Yetirmələri ən yüksək vəzifələrdə çalışır.

SSRİ Maarif əlaçısı, metodist müəllim, Qabaqcıl maaarif xadimi,Böyük Vətən Müharibəsi Veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar müəllimi fəxri adlarına və prezident təqaüdünə layiq görülüb.

 Dünyaya göz açdığı Tovuz rayon Bozalqanlı kəndində- kənd qəbristanlığında dəfn olunub. 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz