» » Tarixdə bu gün - 1 fevral

Tarixdə bu gün - 1 fevral

Müəllif: Vüsal от 1-02-2017, 00:15
1 fevral

Mühüm hadisələr:

1918 — Şah hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti Tehrana Fövqəladə Diplomatik Missiya göndərib. Missiyaya hüquqşünas İsmayıl xan Ziyadxan rəhbərlik edib.
2007 — Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul olunub.
2010 — Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.

Doğum günləri:

1561 — Məşhur ingilis yazıçısı, filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi Frensis Bekon Londonda anadan olmuşdur.
Bekon öz dövtündə iki hərfli şifr yaradır, o indi "Bekon şifri" adlanır.
Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur.
 
Tarixdə bu gün - 1 fevral1938 — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiriişləmiş , filologiya elmləri doktoru, professor İsrafil İsmayıl oğlu Abbaslı İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiridir. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır.
İ.Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə Azərbaycan folklorşünaslığını təmsil etmişdir. O, altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik "Azərbaycan dastanları"nın, iyirmi cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası"nın I kitabı, əlli cildlik «Dünya uşaq ədəbiyyatı» seriyasının III kitabı, "Azərbaycan ədəbiyyatı inciləri" seriyasının «Dastanlar» cildinin, "Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasının və s. nəşrə hazırlanmasında yaxından iştirak etmiş, əksəriyyətinin redaktoru, tərtibçisi, ön sözün, lüğət və şərhlərin müəllifi olmuşdur. Çoxcildli "Azərbaycan folkloru antologiyası"nın I (Naxçıvan folkloru ), II (Borçalı folkloru) və "Qarabağ folkloru"nun tərtibçisi, ikicildlik "Dədə Qorqud Ensiklopediyası"nın redaktorlarından biri, "Koroğlu" eposunun (rus və Azərbaycan dillərində) tərtibçilərindəndir. Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması problemlərinə həsr olunan Səki, Quba, Bakı və Lənkəran regional folklor müşavirələrinin hazırlanıb keçirilməsində də yaxından iştirak etmiş, həmçinin onun redaktəsi ilə müşavirələrin ilk kitabı elmi ictimaiyyətə çatdırılmışdır.
İ.Abbaslı folklorşünaslığın nəzəri məsələləri, Azərbaycan folklorunun qarşılıqlı təsir və əlaqə problemləri; Azərbaycan folklor örnəklərinin toplanması və nəşri problemləri ilə bağlı elmi axtarışlarını davam etdirir.
 

1963  Xəzər Ağaəli oğlu İsayev Ağdaş rayonunda anadan olub. O, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
Milli Olimpiya  komitəsinin "Ədalətli Ouynlar" komissiyasının sədridir.
1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüşdür.
"Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.

1967— Aşıq Ədalət Dəlidağlı (Ədalət Hacıbaba oğlu QaraşovKəlbəcər rayonunun Yellicə kəndində anadan olub.
Tarixdə bu gün - 1 fevral1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar "Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, "Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdır.
Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən "Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən "Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur. Bu Ədalət Dəlidağlının Azərbaycandan kənarda qazandığı ilk uğuru olmuşdur.
2006-cı ildə "Azərsun”un keçirdiyi "Ozan” müsabiqəsində birinci yerə layiq görülmüşdür. Onun sənətdə qazandığı bu uğurlar rəsmi dövlət qurumları tərəfindən də diqqətə alınaraq, 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülür.
Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır. Onun səsləndirdiyi saz havalarında Murov dağlarının əzəməti, nigarançılığı, nisgili və bir də bizlərə ünvanlanan qınağı gizlənib sanki. Qol-boyun olduğu sazında Kəlbəcərin ruhunu, itirilmiş torpaqlarımızın xiffətini və bir də canımızı ruhumuzdan ayıran "Ruhani”sində həm də o torpaqlara dönmək ümidini yaşadır bizə Ədalət Dəlidağlı. Tanrı Kəlbəcər yaylalarını "Ruhani”siz qoymasın. Allah "Bala Ədalət”ə Dədə Şəmşirin ruhunu şad etməyi nəsib etsin, Ulu sazımızın Kəlbəcərdən hicrətinə son qoysun!
 
1972 — Siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Məhərrəm oğlu Orucov Zahid Oruc Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan Tarixdə bu gün - 1 fevralolub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub.
1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.
1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.
2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi"nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.
10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib, çoxlu məruzələrin və təqdimatların müəllifi kimi tanınıb
.
Vəfat etmişdir:

1999 — Türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço vəfat edib (1943-1999). B.Manço bəstələdiyi 200-dən çox mahnı, müəllifi olduğu müxtəlif televiziya proqramları ilə bir çox ölkədə, o cümlədən Azərbaycanda da sevilən sənətçilərdən olub.

Tarixdə bu gün - 1 fevral2004 — Azərbaycan rejissoru və aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov Bakıda vəfat etmişdir.
Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub.
Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb.
1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.
1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.
Respublikada ilk çoxseriyalı televiziya filminin (Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin") rejissoru da Lütfi Məmmədbəyov olub .

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz