» » Tarixdə bu gün - 31 yanvar

Tarixdə bu gün - 31 yanvar

Müəllif: Vüsal от 31-01-2017, 00:15
31 yanvar

Mühüm hadisələr:

1902 –Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat (yüzlərlə insan) törədib, əhalinin əksəriyyəti şəhəri tərk etməli olub.

Doğum günləri:

Tarixdə bu gün - 31 yanvar1879 - Məşhur satirik şair Səməd Mənsur Bakının Əmircan kəndində doğulub.
İlk təhsilini Bakıda rus-müsəlman məktəbində almışdır. Ədəbiyyata olan marağı onu Bakıda fəaliyyət göstərən "Məcməəüs-Şüəra” adlı ədəbi məclisə gətirmişdir. O, burada Əliağa Vahid, Cümrü, Əliabbas, Müznib, Mirzə Əbdül Xaliq Yusif, Azər Buzovnalı kimi sənətkarlarla tanış olmuşdur. Bakı şairləri ilə şeir deyişmələri ona böyük şöhrət gətirmişdir. Elə "Mənsur” təxəllüsünə də burada qazandığı müvəffəqiyyətlərinə görə layiq görülmüşdür. Səməd Mənsurun milli teatr tariximizin inkişafında da böyük xidmətləri olmuşdur. O, 1907-ci ildə Bakıda təsis edilən "Səfa” cəmiyyətinin yaradıcılarından biri, iki il sonra cəmiyyətin teatr bölməsi təşkil edildikdə rəhbərlərindən biri də Səməd Mənsur olmuşdur. O, truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksessuarların toplanmasında son dərəcə səmərəli işlər görmüşdür. Səməd Mənsur opera və operetta tamaşalarında da aktyorluq etmişdir. Hətta bir müddət dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operasında Məcnunun atasını oynamışdır. 1918-ci ilədək fəaliyyət göstərən "Səfa”da Səməd Mənsur özü pyes yazmış, tərcümələr, tədbirlər etmişdir. Cəmiyyətdə orijinal və tərcümə əsərlərinin tamaşaları hazırlanmış, kollektivə təzə həvəskarlar cəlb olunmuşdur. "Səfa” cəmiyyəti Azərbaycanda ilk dəfə yaradıcı şəxslərin yubileylərini keçirmişdir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Səməd Mənsur müxtəlif təsərrüfat işlərində çalışmış, Xalq Komissarları Sovetində, Respublika Plan Komitəsində işləmişdir. 1921-ci il noyabr ayının 13-də fəaliyyətə başlayan Azərbaycan "Tənqid və təbliğ” teatrının yaradıcılarından biri də S.Mənsur olmuşdur. Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. "İçkilər, oflar”, "Ey həkim”, "Qarabağlı”, "Qələmim” belə şeirlərdəndir. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində Səməd Mənsurun bir şair və publisist kimi özünəməxsus yeri olmuşdur. O, dövrün müxtəlif mətbuat orqanlarında ictimaisiyasi məzmunlu məqalələrlə, bədii publisistik yazılarla, satirik şeirlərlə və felyetonlarla çıxış etmişdir. Səməd Mənsur 1937-ci il yanvar ayının 3-də Bakıda vəfat etmişdir.
   1937-ci ildə M.C.Bağırov əmr verir ki, Səməd Mənsur güllələnməlidir. NKVD işçiləri axtarış əməliyyatından sonra Bağırova məlumat verirlər ki, Səməd Mənsur çoxdan vəfat edib. 


1884 – Azərbaycanın dövlət və ictimai xadimi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Tarixdə bu gün - 31 yanvar M.R.Rəsulzadə 135 il bundan əvvəl  1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada "İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Qeyd edək ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam oldu. Dövlət başçısı bu münasibətlə 2018-ci ili isə "Cümhuriyyət ili" elan etmişdi.


1915 – Tanınmış aktrisa, Xalq artisti Vera Karlovna Şirye anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
2003-cü ildə vəfat etmişdir.


1924 - Cavadzadə Əli Əliqulu oğlu (Əli Tudə) 1924-cü il yanvar ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 150 saylı orta məktəbin yeddinci sinfini bitirdikdən Tarixdə bu gün - 31 yanvarsonra ailəliklə Cənubi Azərbaycana köçdüklərindən təhsil ala bilməmişdir. İlk şeirlərini 1944-cü ildə "Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə çap etdirmişdir. 1944-1946-cı illərdə şeirləri Ərdəbildə çıxan "Ziddi-faşist”, "Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə dərc edilən "Vətən yolunda”, "Azərbaycan” qəzetlərində, "Şəfəq”, "Azərbaycan” məcmuələrində, "Şairlər məclisi” almanaxlarında müntəzəm çap olunmuşdur. 1944-cü ildə o, "Hizbitudeyi İran” partiyasının üzvü olmuş, bir ildən sonra, 1945-ci il sentyabr ayının 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olmuşdur. 1944-1945-ci ildə İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, 1945-1946-cı ildə Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyi Tədris şöbəsinin müdiri, 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasının direktoru kimi çalışmışdır. O, Cənubi Azərbaycanın şəhər və kəndlərini mahal-mahal, kəndbəkənd gəzərək istedadlı gəncləri bu mədəniyyət ocağına cəlb etmişdir. Yaradıcılığını, yüksək əqidəsini və mütərəqqi fikirlərini mübarizə yolunda məşələ çevirmişdir. Onun bu zəhməti hədər getməmişdir. Təbrizin şairlər məclisində ona "Tudə” - yəni "Xalq” təxəllüsü verilmişdir.
Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləmışdir. 1947-1952-ci illərdə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1952-1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, "Azərbaycan” qəzetində (Azərbaycan demokratik fırqəsinin orqanı) ədəbişöbə müdiri olmuşdur. Sonra bütün qüvvəsini yaradıcılığa həsr etmişdir. Əli Tudənin çoxşaxəli yaradıcılığında Cənub mövzusu parlaq şəkildə əksini tapmışdır. "Arazın o tayında”, "Yaralanmış nəğmələr”, "Mehabadlı tələbə”, "Hicran yolu”, "Çanaxbulaq dastanı”, "Əbədi nisgil”, "Gecikmiş vüsal”, "Ayrılmış sahillər” və başqa poemaları bu qəbildəndir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin demokratik ruhlu azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir. Canlı həyat, sadə danışıq tərzi, təmiz dil və anlaşıqlı üslub Əli Tudə yaradıcılığının gözəl məziyyətləridir. Əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı və milli-mənəvi dəyərlər olub. Şair "21 Azər” (1946), "Əməkdə fərqlənməyə görə” (1959) medalları ilə təltif edilmişdir. Əli Tudə 1996-cı il fevral ayının 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.


Tarixdə bu gün - 31 yanvar1948 - Azərbaycanın Xalq artisti Mübariz Tağıyev İrəvan şəhərində anadan olub.
İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub.
Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.
Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb.
1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
16 may 2006-cı il Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.

 

Vəfat etmişdir:

1963 -
 Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Tarixdə bu gün - 31 yanvarTürk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
31 yanvar 1963-cü ildə vəfat edib.

 

 

Tarixdə bu gün - 31 yanvar1986 – Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət mükafatı laureatı İsrafil Sami oğlu Vasif Hüseynov Bakı şəhərində vəfat etmişdir.
İsrafil Hüseynov dekabr 1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə "Gürgan-neft»" Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. "Azərbaycan neft ustas", "SSRİ fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. 
İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazmada Avropa rekordu idi.
Görkəmli qazma ustasının adı ilə Xəzərdə yeni neft rayonunun mənimsənilməsi bağlıdır. Məhz burada Neft Daşlarının bir neçə kilometrliyində, Xəzərin dərinliyində tikilmiş stasionar platformalarda İsrafil Hüseynovun briqadası uğurla ilk quyuları qazmışdır. Hazırda fəaliyyətdə olan 28 May adına yatağın işlənməsinin əsasını İ.Hüseynovun briqadası qoymuşdur.


Tarixdə bu gün - 31 yanvar1992 - Azərbaycanın Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlu vəfat etmişdir.
 
Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirir. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.
Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşdü.
Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdi. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin "Boz qurd” mükafatına layiq görülmüşdü.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlılbəyli Təbriz Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.


2016 — Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, AMEA-nın akademiki olmuş Cəlal Əlirza oğlu Əliyev Bakı şəhərində Tarixdə bu gün - 31 yanvarvəfat etmişdir.
Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi idi.
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvü idi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2010-cu il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilmişdir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz