» » Tarixdə bu gün - 30 yanvar

Tarixdə bu gün - 30 yanvar

Müəllif: Dəyanət от 30-01-2017, 00:15
30 yanvar

Mühüm hadisələr:

1933 —Adolf Hitler Almaniyanın kansleri seçilib.

1992 – Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci il yanvarın 1-dən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
Toplantıda Azərbaycan ATƏM üzvlüyünə qəbul olunub. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar qəbul edib.
ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

Tarixdə bu gün - 30 yanvar
1992 –Azərbaycan və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) arasında diplomatik əlaqələr qurulub.

1998 — Azərbaycan Respublikası Pezidenti Heydər Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında" sərəncam verilmişdir

2002 - Prezident Heydər Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Nyu-Yorka gedib.
1960-cı ildən etibarən hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun Nyu-Yorkda təşkil edilməsi 2001-ci ilin 11 sentyabr terrorundan sonra beynəlxalq birliyin Amerika ilə həmrəylik jesti idi.
Azərbaycan Prezidenti 11 sentyabr terroru qurbanlarının xatirə memorialını ziyarət edib.

2003 –Bakıda Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlıq sazişi imzalanıb.
Ukraynanın müdafiə naziri Vladimir Şkidçenko ölkəsinin Ermənistanla hərbi əlaqələr qurarkən Dağlıq Qarabağ münaqişəsin diqqətə aldığını bildirib.

2006 –Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanı ilə Mədəniyyət, Gənclər, İdman və Turizm nazirlikləri əğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb.

Doğum günləri:

1920 - Kinooperator Teyyub Axundov anadan olub. 1952-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirmişdir. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. "Onu bağışlamaq olarmı?”, "Sehrli xalat”, "Dağlarda döyüş”, "Tütək səsi” və s. filmlərin operatorudur.
1991-ci ildə vəfat etmişdir.
Tarixdə bu gün - 30 yanvar
1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə anadan olub. 
Tarixdə bu gün - 30 yanvarAraz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləmişdir.
1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur.
Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir.
A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.
A.Dadaşzadə ədəbi fəaliyyətə 1956-cı ildə "Azərbaycan gəncləri” qəzetində çıxan "Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlamış, müxtəlif vaxtlarda "Kral Lir”, "Dədə Qorqud”, "Dərviş Parisi dağıdır” və s. filmlərə həsr edilmiş məqalələrin müəllifi olmuşdur.
Tədqiqatçı alim dövri və xüsusi nəşrlərdə onlarala tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirmişdir. O, ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. A.Dadaşzadə gənclik illərində hekayələr də yazmış və onların bir qismi "Azərbaycan”, "Kirpi” və bir sıra digər nəşrlərdə çap olunmuşdur.
Araz Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin və elmi-redaksiya şurasının (1976-1990), Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-1990), "Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin (1977-1982) üzvü olmuşdur.
1989-cu ildə Araz Dadaşzadəyə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Araz Dadaşzadə 1990-cı il noyabrın 2-də vəfat etmiş və Bakıda, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.

1948 — Xalq artisti Elxan Yahya oğlu Əhədzadə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına Kinostudiyanın Tarixdə bu gün - 30 yanvar"kino aktyoru" kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R.İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaratmışdır. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. Bu müddət ərzində R.Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilmişdir. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C.Bizenin "Karmen" operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C.Verdinin "Riqoletto" operasında Riqoletto, C.Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynamışdır.
Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaratmışdır. İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q.Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa etmişdir.
E.Əhədzadə respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak etmişdir. 2006-cı ildə Respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
E.Əhədzadə 8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat etmişdir
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
[hide][/hide]
1949 - Aktrisa Emma Qələndər qızı Məlikova anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakultəsini bitirmişdir.1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
"Qəzəlxan”, "Şirbalanın məhəbbəti” filmlərində çəkilib.

Tarixdə bu gün - 30 yanvar
Vəfat etmişdir:
 
2012 - Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Yusif oğlu Şıxəliyev Bakıda vəfat etmişdir.
Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur.
Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdır, Respublika Gənclər festivalının qalibiolur. Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir.
O.Şıxəliyevin yaradıçılığı, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmış və o 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2002-ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adları verilmişdir. Bunlardan "Uşaq aləmi" univermağı, uşaq kafesi, "Ceyran" kafesi, "Turist" mehmanxanasının bədii tərtibatında, Dövlət sirkinin və digər binaların interyerlərini bəzəyən təsvirlər maraqlıdır. Həmin əsərlər kompazisiya müxtəlifliyi və bitkinliyi, işlənmə texnikası ilə diqqəti cəlb edir.

 

 

 

Tarixdə bu gün - 30 yanvar 

 

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz