» » Tarixdə bu gün - 28 yanvar

Tarixdə bu gün - 28 yanvar

Müəllif: Dəyanət от 28-01-2017, 00:15

28 yanvar

 

Mühüm hadisələr:

 

1887 — Eyfel qülləsinin tikintisinə başlanıb.
1921 — Türk kommunist Mustafa Sübhi qətlə yetirilib.
1940 — Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS "Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında” qərar qəbul edib.
1958 — Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub.
1982 — Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan "ASALA” erməni terror təşkilatı tərəfindən qətlə yetirilib.
1992 — "Ağdam-Şuşa” marşrutu ilə uçan "Mİ-8” mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub
1998 — Prezident Heydər Əliyev Davos sammitində iştirak edib.

Doğum günləri:

1848 —   Görkəmli Azərbaycan maarifçisi Həsənəli xan Qaradaği Şuşa şəhərində anadan olmuşdur. 2 dekabr 1929-cu ildə 81 yaşında Şuşada  vəfat etmişdir.

 Həsənəli xan  dövrünün  məşhur şairi, pedaqoqu, ədəbiyyatşünası, tərcüməçisi, filoloqu, tarixçisi , xəttatı və  teatr xadimi olmuşdur. 

Tarixdə bu gün - 28  yanvar 

1854 —  Böyük demokrat yazıçı Mirzə Fətəli Axundovun oğlu, mühəndis, poliqlot və tərcüməçi Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə Tiflis şəhərində anadan olmuşdu. 18 yaşındaykən "Şarl Mismerin Ali paşaya məktubu" fəlsəfi əsərini fransızcadan ruscaya çevirib; Alfred dö Breanın "Bir balaca parijlinin həyatı" romanını  fransızcadan dilimizə çevirib; atasının irsini o qoruyaraq saxlayıb.

1874-də ali təhsil almaqçün Brüsselə gedib.  1878-ci ildə atasının  vəfatı onu sarsıdır, xəstələnir və maddi durumu pisləşib.

1882-də kursu bitirmədən Tiflisə qayıdır, az sonra təhsilini bitirməkçün Peterburqa gedir və yol mühəndisi olur.

1883-1884 cü illərdə  Tiflisə dönərək Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayır.

1905-də həm də quberniya katibi seçilir.

1906-1908-ci illərdə Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub. 1909-cu ildə  ruhi sarsıntı içində özünü tapança ilə  öldürüb.

Tarixdə bu gün - 28  yanvar

1962 — Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qzaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır.
Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri fəxri adı verilmişdir.
Ailəli idi, iki övladı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.

Tarixdə bu gün - 28  yanvar

Vəfat etmişdir:

 

1944 - Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev) vəfat etmişdir (Cizak, Orta Asiya).

Qantəmir 1888-ci ildə Göyçay qəzası, Potu kəndində dünyaya göz açmışdır. 

Tarixdə bu gün - 28  yanvar

1980 — Azərbaycan SSRin əməkdar atisti ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi, diktor Aydın Qaradağlı bak şəhərində vəfat etmişdir.
Aydın Çingiz oğlu Qaradağlı 20 avqust 1929, Qubada anadan olmuşdur. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı.
1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir.

Tarixdə bu gün - 28  yanvar

1992 — Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin Qəhrəmancasına həlak olmuşdur.
Viktor Seryogin 23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olmuşdur. Dəfələrlə ordenlərlə təltif olunmuşdu.
Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Dəfələrlə atəşə tutulmasına baxmayaraq vertolyotu təmir etmiş yeni uçuşlar həyata keçirmişdi. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoymuşdu. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. O, 28 yanvar 1992-ci il dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfil olaraq vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü izə heyətlə birlikdə qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası Prezidetninin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Tarixdə bu gün - 28  yanvar 

1992 - Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Mərifət Nəsibov 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.O, Qazaxlıların fəxridir.
İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.Allah ona rəhmət eləsin!

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Tarixdə bu gün - 28  yanvar


 

Tarixdə bu gün - 28  yanvar

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz