» » Tarixdə bu gün - 27 yanvar

Tarixdə bu gün - 27 yanvar

1299— Osmanlı İmperiyasının əsası qoyulmuşdur.
1944 — Böyük Vətən Müharibəsi: Leninqradın 900 günlük mühasirəsi başa çatıb.
1993 — Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə Dünya İqtisdi Forumunda (Davos) iştrak etmək üçün İsveçrəyə gedib.

Doğum günləri:

1806 - Qutqaşınlı bəy İsmayıl Sultan Nəsrullah oğlu keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) rayonunda anadan olub.

Tarixdə bu gün - 27 yanvarAtası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı.Nəsrulla sultan Çar Rusiyasın etibar etmirdi. Bu inamsızlıq qarşılıqlı idi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. Qutqaşınşünaslığın banisi Salman Mümtaz "Rəşid bəy və Səadət xanım" hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı" məqləsində yazırdı: "Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çarnaçaq əl-çəkməyə məcbur oldu.Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki,əqill və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar"

O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır.Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.

İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür.Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir[1]. 1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləmişdir.

İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır. Elə him ildə general-mayor rütbəsinə yüksəlmişdir. O, 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. Belə ehtima olunur ki, 1854-cü ildə o Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M.T.Loris-Məlikovun əlinə düşdü. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında düşdü. İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

 

 1834— Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin Tarixdə bu gün - 27 yanvaryaradıcısı Dmitri İvanoviç Mendeleyev anadan olmuşdur.

 

Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı: "Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi”.

Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.

Uşaqlar, bunlar böyük kimyaçı alim haqqında demək istədiklərimizin heç də hamısı deyildir. Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin yalnız 9 faizi kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur. D.Mendeleyev fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur, neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: "Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm”.

D.Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi. Fotoaparatla elmi təcrübələrin müxtəlif məqamlarını çəkirdi. Sonralar incəsənəti təbliğ etmək üçün rəssamların əsərlərinin fotoreproduksiyalarını toplamağa başladı. O, hətta "Qolos” qəzetində mənzərə əsərinin insanın psixikasına, özünü təbiətin bir parçası kimi dərk etməsinə necə təsir göstərdiyi barədə məqalə dərc etdirmişdi.

Elmi fəaliyyəti

Məşhur kimyaçı M.Cua yazırdı: "O, XIX əsrin ən dahi kimyaçılarından biridir; birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri, genişlənmələr və s.). Donetsk daş kömür yataqlarını tədqiq etmiş, məhlulların hidrat nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları"nı yazmışdır (1868-1871) — Bu əsər qeyri-üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".

D.Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.

D. Меndeleyev 1854-1856-ci illərdə kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını kəşf etmişdir.

1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir.

16 dekabr 1860-cı ildə o yazırdı: "...mənim fəaliyyətimin əsas predmeti fiziki kimyadır" .

D.İ. Меndeleyev Rusiyada ilk "Üzvi kimya" (1861) dərsliyinin müəllifidir.

1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsilə mayenin qatılığını müəyyənləşdirmək mümkün olur. 1865-1887-ci illərdə məhlulların hidrat nəzəriyyəsini işləyib hazırlayır. Həmçinin dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli sürür.

Qaz mühütünü tədqiq edərək, Mendeleyev 1874-ci ildə ideal qazın ümumi tənliyini tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin temperaturdan asıllılığı barədə qanuna ciddi əlavə idi. Sonradan bu bərəbərlik Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı.

1877-ci ildə Mendeleyev neftin ağır led zeppelin yaranması nəzəriyyəsini irəli sürür. Ancaq bu ideya hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə ötürülməsi təklifini irəli sürür. O, Rusiyanın Sankt-Peterburq şəhərində 20 yanvar 1907-ci ildə 72 yaşında vəfat etmişdir.

Vəfatından sonra da dövri cədvəl dəyişməz halda bu dövrə gəlib çatmışdır.

 

 

1906 — Azərbaycan alimi, tarixçisi və şərqşünası Sara Balabəy qızı Aşurbəyli Bakıda anadan olmuşdur.

Tarixdə bu gün - 27 yanvar1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.

Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.

O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı  Laureatı, "Şöhrət" ordeni və  Əməkdar Elm Xadimi adı ilə mükafatlandırılmışdır.

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat etmişdir.


 Tarixdə bu gün - 27 yanvar1939— Əməkdar incəsənət xadimi, Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov) Qazax rauonunda anadan olub.
Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

Ə.Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Fransa, İtaliya və Avropanın digər  ölkələrində bənzərsiz ifaları ilə sazımızı sevdirib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

 Hələ sağlığında ikən hər sənətkara nəsib olmayan bir zirvəyə ucalan Ədalət Nəsibov təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Gürcüstanda, Orta Asiya respublikalarında – bir sözlə sazın ruhu duyulan hər yerdə yaxşı tanınıb, sevilib, ona hər yerdə "Dədə Ədalət" deyə müraciət ediblər.

14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.
15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

 

1939 - Aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan) Bakıda anadan olub.

Tarixdə bu gün - 27 yanvarOfeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub.Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova,sonra isə Aslan soyadları ilə çıxış edirdi.

Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956-1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı(1958-1961) işləyib.1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub.1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib.1968-ci ildən ömrünün sonuna Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub.

Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb(1977-1983).Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi

Ofeliya Aslan Musiqili Komediya Teatrında xeyli tamaşalarda çıxış edib. Bir sıra səhnə əsərlərində diqqətçəkən rollar oynayıb.

Ofeliya Aslan Azərbaycan televizyasının bir sıra teletamaşalarında yaddaqalan rollar oynayıb.Mozalan Satirik Kinojurnalının bir neçə nömrəsində çəkilib.

Aktrisa 54 il teatrda çalışsa da heç bir fəxri ad verilməyib.

18 may 2010-cu ildə 71 yaşında ürəktutmasından vəfat edib.

Yasamal qəbiristanlığında dəfn olunub.


Vəfat etmişdir:

2014 - Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımov vəfat etmişdir.

Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə diqqəti cəlb etmişdir. Qohum-əqrabanın təkidi ilə musiqi təhsili almaq üçün 1974-cü ildə Bakı şəhərinə getmiş və Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur.

İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonra Ağaxan Abdullayevin sinifində oxumuşdur.

1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir.

Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov ,əsasən , Azərbaycan milli musiqisi janrında  mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır.

14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.

 

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.dur. 1976-cı ildən professional səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. 27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tarixdə bu gün - 27 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz