» » Tarixdə bu gün - 26 yanvar

Tarixdə bu gün - 26 yanvar

 

26 yanvar
Mühüm hadisələr:

1992 – Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağdakı ilk böyük əməliyyatı uğursuzluğa düçar olub.
Müdafiə naziri Tacəddin Mehdiyevin rəhbərlik etdiyi batalyonun Şuşanın Daşaltı kəndində pusquya düşməsi nəticəsində 70-ə yaxın hərbçimiz həlak olmuşdu.

1995 —
Azərbaycan Respublikası Xorvatiya ilə diplomatik əlaqələr qurdu.

2002 – ABŞ prezidenti Corc Buş 1992-ci ildən Azərbaycana qarşı tətbiq edilən qadağının - "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə sənədi imzalayıb.
1992-ci ilin oktyabrında Konqresdəki erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana Amerika yardımlarını qadağan edirdi.
Azərbaycan uzun müddət bu qadağanın ləğvinə çalışsa da, ABŞ administrasiyası yalnız 2001-ci sonunda, Əfqanıstandakı antiterror kampaniyasında Azərbaycanı özünə müttəfiq görəndən sonra 907-nin qüvvəsinin dayandırılması üçün praktik addımlar atdı.

Doğum günləri:


1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli Şuşada anadan olub.
 Tarixdə bu gün - 26 yanvarFirudin bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuçdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o burada təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə qısa müddət Firidun bəy Erivan gimnaziyasında da dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz yaşında güllələnərək dünyasını dəyişir. "Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyiş dirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır. Qeyd etmək lazımdır ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi.
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli, 1895-ci ildə İrəvanı tərk etmişdir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1945-ci ilə kimi – düz 50 il bu vəzifəni daşıyan Yunis Nurinin də xidmətləri teatrın unudulmaz səhifələrindəndir.
Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy haqqında saxta hökm yazdı:
4 iyun 1920-ci il, Gəncə: "Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər". Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov

 

Tarixdə bu gün - 26 yanvar1932 —Yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Əzizə Yəhya qızı Əhmədova (Əzizə Türkan) Bakıda dünyaya göz açdı.

 İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi. Amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı.

Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi. Bir müəllif kimi onlarla kitabı dərc olunmuşdu.Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi bunlardan "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və digərlərinin adlarını sadalamaq olar.ərcümə kitabları daha çoxdur.

Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görmüşdür V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C.Barri, M.Prilejayeva, A.Rıbakov, A.Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycan dilinə tərcümə etmişdir.

1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurdu. Əzizə Əhmədovanın mətbuatda dərc edilmiş son hekayələrindən biri "Ümid yaşadır bizi" adlanırdı. Ötən əsrin sonlarında baş verən ziddiyyətli məqamlar, quruluşun dəyişməsi, bədnam qonşularımızın torpaq iddiaları yazıçının da ovqatında bir kədər və bədbinlik yaratmışdı.

 

Tarixdə bu gün - 26 yanvar1933 — Xalq artisti,  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru işləmiş   ."Şöhrət" və "Şərəf" ordenli bəstəkar   Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur.

 1947-1951 -ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda  oxuduğu illərdə professor Boris Zeydman ilk bəstəkarlıq dərsləri almışdır. 1952-1958-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində təhsil almış və peşəkarlığını daha üst səviyyəyə inkişaf etdirməyə başlamışdır.

Onun monumental "I simfoniya”, "Simfoniyetta”, simli orkestr üçün "II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən "Sədini oxuyarkən”, "Bayram poeması”, truba ilə orkestr üçün "Poema-noktürn”, "Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, "Gənclik üçün albom”, "Lənkəran əfsanəsi” fantaziyası, "Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri - o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir. Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur.

Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin "Qız qalası” baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulmuşdur.

Bəstəkar uzun illərdir pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf edir. O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Akademiyanın dirijorluq kafedrasında "Simfonik alətləşdirmə” və "Xor aranjimanı” fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədir.

Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışaraq təcrübəli musiqi təbliğatçısı və gözəl təşkilatçı kimi respublikanın musiqi həyatında böyük xidmətlər göstərmişdir. 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Musa müəllim ittifaqın 2012-ci ilin dekabrında keçirilmiş IX qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. Bəstəkar həmçinin "Simfonik musiqi” bölməsinin sədri və Bəstəkarlar İttifaqının Lənkəran bölgə təşkilatının sədri kimi fəal ictimai iş aparır. O, dəyərli məsləhətləri və zəngin təcrübəsi ilə həmişə həmkarlarına yaxından kömək göstərir.

Musa Mirzəyev 83-cü ad günündən 3 gün sonra- 29 yanvar 2016-cı  ildə Bakıda insultdan vəfat etmişdir.


Vəfat etmişdir:

Tarixdə bu gün - 26 yanvar1945 - Sovet İttifaqı Qəhrəmanı Məmiş  Şahbaz oğlu Abdullayev faşizminə qarşı döyüşlərdə qəhrəmancaına həlak olmuşdur.
Məmiş Abdullayev 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi xidmətə səfərbər edilmişdir.  Döyüş yolu I Belarus cəbhəsində  başlamış,  48-ci ordu tərkibində 339-cu atıcı alayda pulemyotçu olmuşdur.
Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fəallıq nümayiş etdirmişdir.  Qəhrəman  həmyerlimiz 1945-ci ildə döyüş meydanında şəhid olmuşdur.. 
1945-ci ilin 24 martında ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.
 

Tarixdə bu gün - 26 yanvar1948 — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanıkimi tanınan  Musa Kazım Qarabəkir (türk. Musa Kâzım Karabekir  65 yaşında vəfat etmişdir.

İclal xanımla toyu, 1924-cü il

Kazım 1882-ci ildə Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. İlk dəfə, 1924-cü ildə, 42 yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanım (1900-1954) ilə evləndi. Bu evlilikdən 1927-ci ildə Həyat (1927-) və Əməl (1927-1984) adında əkiz və Timsal (26 yanvar 1941) adlarında 3 qız övladı olmuşdur.

İlk illəri və təhsili

Jandarm Alaybəyi Mehmed Emin bəyin oğlu olaraq, 23 avqust, 1882-ci il tarixində, İstanbulda anadan olmuşdur.[3] 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ldə Məktəb-i Erkan-i Hərbiyyədən məzun olub.

I Dünya Müharibəsi illəri

Avropanın ümumi bir savaşa sürükləndiyi bu dövrdə Parisdə çalışmaqda idi. Lakin bu vəziyyəti hiss edərək, 14 avqust, 1914-cü il tarixində İstanbula geri döndü. Burada Ümumqoşun Rəhbərliyində II Kəşfiyyat şöbəsi müdiri təyin olundu. Müharibə mövzusundakı düşüncələri İstanbul və Çanaqqala boğazlarını qüvvətləndirmək, boğazlardakı qüvvələri dəstəkləmək, müharibəyə girməkdən maksimum yayınmaq idi.

XV Ordu Korpusu komandanı Kazım Qarabəkir Ərzurumda qərərgah rəisləriylə birlikdə

Rəhbərlikdəki vəzifəsini davam etdirirkən, Konyaya bir araşdırmaya görə göndərilmişdi. 29 noyabr, 1914-cü il tarixində, "3 il xidmət artırması"na görə 9 dekabr, 1914-cü ildə polkovnik-leytenant rütbəsinə qaldırıldı. 6 yanvar, 1915-ci ildə, Qüvvə-i Səfəriyyə komandiri olaraq İran əməliyyatına göndərildi. Hələbə gəldiyi zaman, III Ordunun Sarıqamışda böyük bir fəlakətə uğradığını, komandirliyinə verildiyi qüvvələrin Şərq Cəbhəsinə, özünün də Süleyman Əsgəri bəyin yerinə İraq Qoşunları komandanlığına və Bəsrə valiliyinə təyin olunduğunu öyrəndi. Beləliklə, Süleyman Əsgəri bəyin yerinə keçmək üçün İstanbula geri döndü.

XV Ordu Komandanı Kazım Qarabəkir Paşa Trabzonda, 19 aprel.1919-cu il 6 mart, 1915-ci ildə, İstanbula gələrkən, V Orduya bağlı İstanbul, Qartalda olan 14-cü Tümən komandanlığı təyin olundu. Bu vəzifədə olduğu vaxtda, Mərmərə dənizi və Qara dəniz sahillərinin gücləndirilməsi ilə məşğul oldu. Komandanı olduğu qoşunun Geliboluya göndərilməsi ilə bu bölgədə Səddülbahir və Kərəvizdərə savaşlarında iştirak etdi. Fransızların hücumu qarşısında durdu. Fransızların məqsədi, Türk ordusunun diqqətini cənub bölgəsinə çəkmək idi. Beləcə avqust ayında, Anafartalara ediləcək hücumun uğurunu qarant altına almaq fikrində idilər. Bu plan sayəsində, Türk qoşunlarının çoxu cənuba sürüşdürüldü. İngilislərin də hücumundan sonra, heç bir tərəf qəti qələbə qazana bilmədi, hər iki tərəfdən xeyli insan tələf oldu, türk itkisi 9700 nəfər idi.

Kərəvizdərə savaşları əsnasında V Ordu komandanlığına bağlı XIV Tümən komandanı olaraq iştirak etməkdə idi. Bu vəzifəsi sırasında 6-13 avqust, 1915-ci il savaşlarında da döyüşdü. Kirt bölgəsinə edilən hücumlar sonrasında müttəfiq qoşunları geri çəkilməyə məcbur oldu. Bundan sonra da bu cəbhədə düşmənin təxliyəsinə qədər mövqe müharibələri davam etdi. Beləcə İttifaq dövlətləri ilk gün almağı planladıqları Alçıtəpəni ala bilmədi. Hər baxımdan üstün olan müttəfiq qoşunları cəmi 5 km irəliləyə bildi. Bu toqquşmalar zamanı düşmənə qarşı 3.5 ay uğurla savaşdı. Hərbi şəxsiyyəti baxımından təqdir alaraq Müharibə Gümüş Ləyaqət Medalı ilə təltif edildi. Polkovnik rütbəsinə qaldırıldı. Bundan əlavə Almaniyadan II rütbədən Kron Dö Braş Qılıncı Nişanı ilə təltif edildi. Osmanlıdan da Gelibolu Şərəf Nişanı medalını aldı. Sentyabr, 1915-ci ildən, 1916-cl il, 9 yanvar, mövqe toqquşmalarında II Bölgə Komandanlığında XIV Tümən komandanı olaraq təyinat aldı. Toqquşmalar davam edərkən, rəhbərlik etdiyi tümən, 1916-cı ilin, 11 yanvarında bölgədən ayrıldı.

Çanaqqala cəbhəsi sonrası

Çanaqqala cəbhəsindəki hücum toqquşmalarının, səngər döyüşünə çevrilməsi ilə birlikdə, Geliboludan alınaraq, 29 oktyabr, 1915-ci i l tarixində, İstanbuldakı I Ordu Qərərgah Rəisliyinə təyin edildi. Daha sonra VI Ordu Qərərəgah Rəisi olaraq İraq Cəbhəsinə göndərildi. Bu arada Geliboludakı uğurları səbəbiylə "3 il xidmət artırması" alaraq, 14 dekabr, 1916-ci il tarixində General-mayor rütbəsinə qaldırıldı və Paşa oldu. Almaniyadan ikinci dəfə "Alman Dəmir Xaç Nişanı" medalı aldı. 24 aprel, 1916-ci ildə, Kutul Amarayı mühasirəyə almış XVIII Ordu Komandanı olaraq təyinat aldı. Bu cəbhədəki uğurları səbəbiylə 8 fevral, 1917-ci il tarixindən "Qızıl Müharibə Ləyaqət Medalı" ilə təltif edilərək, "iki illik xidmət artırması" verildi.

Qafqaz cəbhəsi

Cəfər Təyyar Paşa ilə o illərdə edilə bilən qarşılıqlı yer dəyişdirmə (bəcayiş) üsulu ilə Qafqaz Cəbhəsindəki II Ordu komandanı olaraq təyinat aldı. Bu ordu Van gölünün cənub sahili, Bitlis, Muş, Murad çayı və Palunun şərqinə doğru geniş bir ərazini müdafiə etməkdə idi. Bu dövrdə Osmanlı dövləti ümumi 4 korpusu olan, iki ordusunu Van gölü ilə Qara dəniz arasında saxlamaqda idi. Bu orduların ən cənubda olanı Kazım Qarabəkir Paşanın ordusu idi. Bu korpusda 10 aya qədər çalışdı. Bölgədəki uğurlarından sonra 23 sentyabr, 1917-ci il tarixində, sultan əmrilə "Qılınclı İkinci Məcidiyyə Nişanı" ilə təltif edildi. 2 mart, 1919-cu ildə, Ərzurumdakı XV Korpus komandanlığına təyin edildi.

Qurtuluş savaşı illəri

Tarixdə bu gün - 26 yanvarTürk Qurtuluş Savaşını başladan komandanlar arasında Anadoluya ilk keçən komandir oldu. 19 aprel, 1919-cu ildə, Trabzona gəldi. 19 may, 1919-cu ildə, Samsuna çıxaraq, Qurtuluş Savaşını başlatmış olan IX Ordu müfəttişi, general-mayor Mustafa Kamal Paşanın İstanbuldakı osmanlı sultanı Mehmed Vəhdəddin ilə xəbərləşməsi nəticəsində vəzifəsindən istefa verməsindən sonra, İstanbuldan bilavasitə göndərilən və Mustafa Kamal Atatürkü tutmasını əmr edən telegrafa rəğmən, "Mən və ordum əmrinizdədir, Paşam" demişdir. Ardınca Ərzurum konqresini təşkil edilməsində çox çalışmış və hərbi təhlükəsizliyi təmin etmişdir.

Fəxrəddin Altay, Fevzi Çaxmaq, Mustafa Kamal Atatürk və Kazım Qarabəkir 1877-1878 Rus-Türk müharibəsi zamanı itirilən Sarıqamış, Qars, Ərdəhan, Artvin və Batumu 1920-ci il, sentyabrda azad etmiş, Türkiyənin şərq sərhədlərində Misak-i Milli reallaşdırdıqdan sonra, 31 oktyabr, 1920-ci ildə TBMM tərəfindən General-leytenant rütbəsinə qaldırıldı.

Mustafa Kamal Paşa, Nutukda, "Kazım Qarabəkir Paşa və adamları Qurtuluş Savaşında canları hesabına savaşaraq qalib gəldilər. Bu qalibiyyət sadəcə onların deyil, bütün Türk millətinin qalibiyyətidir." deyərək onun uğurlarını təqdir etmişdir.

Müharibədən sonra Şərq Cəbhəsində göstərdiyi uğurlara görə TBMM tərəfidnən Qırmızı-Yaşıl İstiqlal Medalı ilə təltif edildi.

Sovet Rusiyası - TBMM əlaqələri baxımından Kazım Qarabəkir Paşa

Qarabəkirin zəfərdən sonra çıxarılan bir posteri: Ermənistan fatehi və yetimlər atası, müzəffər Şərq ordularımızın komandanı Kazım Qarabəkir Paşa Sovet Rusiyası ilə imzalanacaq dostluq müqaviləsi üçün Bəkir Sami bəy başqanlığında bir nümayəndə heyyəti, 11 may, 1920-ci ildə, Ankaradan yola çıxaraq, 1920-ci il, 19 avqustda Moskvaya çatdı. Dostluq müqaviləsinin əsasları 24 avqust, 1920-ci ildə hazır olmaqla bərabər, Bəkir Sami bəyin bu müqaviləni imzalaması münkün olmadı, çünki Rusiya Bitlis, Van və Muş bölgələrini Ermənistana verilməsini  istədi.

Lakin, Kazım Qarabəkir Paşa komandanlığındakı Türk qüvvələri, 1920-ci il, sentyabr tarixində hücuma keçib, Brest-Litovsk müqaviləsi ilə Türkiyəyə verilən və Misak-i Milli hüdudları daxilində olan Sariqamış, Qars, Ərdahan, Artvin və Batumu aldıqdan sonra Gümrünü də elə keçirincə, menşevik iqtidarı altındakı erməni hökuməti sülhə meyl etməyə məcbur oldu. 34 dekabr, 1920-ci ildə, Ermənistan ilə Gümrü müqaviləsi imzalandı. Bu arada, bolşeviklər də Ermənistanda iqtidarı ələ keçirdilər. Bu formada Ermənistan məsələsi özlüyündən həll edilmiş oldu. Qazanılan bu zəfərlərə görə Sovet Rusiyası, Milli Mübarizəyə daha çox əhəmiyyət verməyə başladı.

15 oktyabr, 1922-ci il tarixində Ankaraya gəldi, Ədirnə Millətvəkili kimi 30 oktyabrdan etibarən məclisdə işləməyə başladı. 17 Fevral, 1923-cü il tarixində, Türkiyədə ilk dəfə toplanan İzmir İqtisad konqresinə sədrlik etdi. 29 iyun, 1923-cü il tarixində, TBMM-nin İkinci Dövr mərhələsində İstanbul Millətvəkili seçildiyi dövrdə, Şərq cəbhəsi komandanlığını da rəsmi olaraq davam etdirməkdə idi. 21 noyabr, 1923-cü ildə, "Milli Mübarizəmizdə siyasi və savaş yararlılığı" adı ilə qırmızı və yaşıl zolaqlı İstiqlal Medalı ilə mükafatlandırıldı. 21 oktyabr, 1923-cü ildə, General-polkovnik rütbəsinə yüksəldildi və son hərbi vəzifəsi olan I Ordu Müfəttişliyinə göndərildi. 1924-cü il, 26 oktyabrda bu vəzifəsindən istefa verərək, yalnız siyasi sahədə fəaliyyətini davam etdirdi.

9 noyabr, 1924-cü ildə, CXP-dən istefa verdi. 17 noyabr, 1924-cü ildə Tərəqqipərvər Cumhuriyyət Firqəsi qurucuları arasında yer aldı və bir müddət sonra da bu partiyanın rəhbəri oldu. İsmət Paşa hökumətinin Takrir-i Sükün Qanunu çıxarmasından sonra şərqdə Şeyx Səid üsyanı çıxdı və bu üsanda TCF-nin də rolunun olduğu iddia edildi. İsmət İnönü rəhbərliyindəki hökumət tərəfindən bu hadisə bəhanə edilərək, 5 iyun, 1925-ci ildə Nazirlər Kabineti qərarı ilə bütün müxalif qəzetlər və partiyalarla birlikdə TCF də qapadıldı. Ayrıca Kazım Qarabəkir Paşa, 1926-ci ilin, iyununda Mustafa Kamal Atatürkə qarşı təşkil edilən İzmir sui-qəsd cəhdi ilə əlaqəli olaraq həbs edildi və İstiqlal Məhkəməsində edam hökmünə məhkum edilsə də, sonda bəraət aldı.                                           

1927-ci ildə, TBMM-də millətvəkilliyi dönəmi sona yetdi. Orduda 5 dekabr, 1927-ci il tarixində artıq Ordu Generalı rütbəsinə hazir ikən, pensiyaya göndərildi. Bu dövrdən sonra uzun bir dövr siyasətdən uzaqlaşdırılaraq, təklikdə qaldı. Xüsusi nəzarətdə qalması istənilən "84 müxalif" siyahısına əlavə edildi.[10] 10 il təqib və gözaltında yaşadı və xatirələrini yazdığı "İstiqlal Savaşımız" kitabnı "Takrir-i Sükun" qanunu tələbi kimi toplandı. Bəlkə də, ən çətin günlərini bu dövrdə yaşamışdır. Mustafa Kamal Atatürkün vəfatından sonra, 26 yanvar, 1939-cü ildə, İstanbul Millətvəkili seçildi. 1943-cü ildə, təkrar millətvəkili seçildi və 5 avqust, 1946-ci ildə edilən TBMM sədrlik seçimlərində Məclis Sədri seçildi.

I Ordu komandanı Kazım Qarabəkir qərərgah rəisləri ilə birlikdə, İstanbul, 1924-cü il.

Bolqarca, Fransızca, Almanca və Rusca bilirdi.

Ölümü

26 yanvar, 1948-ci ildə, 66 yaşında ikən infarkt nəticəsində, Ankarada vəfat etdi. Mərasimlə Cəbəçi Hərbi Şəhidliyində dəfn edilən cənazəsi, sonrakı illərdə Dövlət Məzarlığına köçürüldü.

Xatirəsi

2010-cu ilin əvvəlində, dövrün Ümumqoşun Komandanı İlkər Başbuğ, Kazım Qarabəkir Paşanın ölüm il dönümü ilk dəfə anıldı.

1968-ci ildə, Ərzurumda inşa edilən Camal Gürsəl stadionunun adı, 10 avqust, 2012-ci ildə verilən qərarla Kazım Qarabəkir Stadionu olaraq dəyişdirildi.

İstanbul, Ərənköydəki evinin əsasında, Kazım Qarabəkir Vəqfi tərəfindən, 2005-ci ildə Kazım Qarabəkir Muzeyi yaradılmışdır. 4 mərtəbəli muzeydə, 3500-ə qədər, sağlığında Kazım Qarabəkir Paşaya məxsus olmuş kitablar, Kazım Qarabəkir portreti, özünün kamanı, medalları, cəbhədə geydiyi qar ayaqqabıları, silahları, fotoları, çadırına düşən mərmi qəlpəsi, hərbi forması sərgilənir.

Naxçıvanda gördüyü işlərə hörmət əlaməti olaraq, 1999-cu ildə, Naxçıvanda adına məscid istifadəyə verilmiş, açılışında qızı da iştirak etmişdir.

Kazım Qarabəkir Paşa və Azərbaycan

Brest-Litovsk danışıqlarınnı getməsi və nəticənin əldə edilməməsi Azərbaycanın tarixi qərb torpaqlarında yaşayan soydaşlarımızın vəziyyətini günü-gündən ağırlaşdırırdı. Ərzincan barışığından sonra Şərqi Anadoludan geri çəkilən rus qoşunlarının öz silahlarının və idarələrində olan torpaqların bir qismini erməni və gürcü hərbi birləşmələrinə verdikləri aydın oldu.

Ermənilərin müsəlman Türklərə qarşı qırğınlar törətməsinə cavab olaraq, 1918-ci ilin, fevral ayında, Polkovnik Kazım Qarabəkir Paşanın I Qafqaz ordusu hücuma keçdi: 13 fevralda Ərzincan və Tərcan, 13 martda Həsənqala, 5 apreldə Sarıqamış və 25 apreldə Qars geri alındı. Zaqafqaziya hökuməti ilə danışıqlar nəticəsində, Axalkələk, Gümrü, Sürməli, Naxçıvan, Culfa boşaldılmalı və bütün Qafqaz dəmir yolları Osmanlının ixtiyarına verilməli idi. Ermənilərin bu müqaviləyə tabe olmamasından sonra, Kazım Qarabəkir Paşanın ordusu, 15 may, 1918-ci ildə, Gümrüyə girdilər. May ayının sonlarında Qafqaz dövlətləri öz müstəqilliklərini elan etdilər. Osmanlı dövləti yeni yaranmış dövlətlərin hər biri ilə, ayr-ayrı müqavilələr imzaladı. Azərbaycan və Dağlılar Respublikasını qoruma altına aldığını elan edən Osmanlı imperiyası, həmçinin də Batum, Axiska, Axalkələk, Sürməli, Şərur və Naxçıvanın türk idarəsinə girdiyini bir daha təstiqlətdi. Bu ərazilər 655 minlik əhalisi olan torpaqlar idi. Belə vəziyyətdə Ermənistan Respublikası iki qəzadan- İrəvan və Üçmüədzindən ibarət olurdu.

14 iyul, 1918-ci ildə, IV Ordu korpusu komandanlığına, erməni Andronikin Naxçıvana gələrək hücum hazırlığına başladığı və bölgədəki müsəlman kəndlərinin bəzilərinin toplu qətliama məruz qaldığı bildirildi. 3 min piyada və 500-600 erməni süvarinin işğalında olan Naxçıvanın azad edilməsi vəzifəsi XI Qafqaz Tüməninə verildi. Türk qüvvələri 20 iyulda Naxçıvanı azad etdi. Kazım Qarabəkir Paşa qərərgahını bura köçürdü.[14]

Osmanlı ordu sistemində edilən dəyişikliklər nəticəsində, Naxçıvan və İran məsələləri, Kazım Qarabəkir Paşanın I Qafqaz Ordusuna verildi. Paşanın, şərqə hücum edərək, Naxçıvan-Ordubad-Zəngəzur-Bakı xəttini yaradmaq planı rəhbərlik tərəfindən qəbul edilmədi və Təbrizə göndərilən Kazım Qarabəkir Paşa, burada Qacarların vəliəhd-şahzadəsi tərəfindən qəbul edildi. Kazım Qarabəkir Paşa ingilislərlə döyüşdə uğur qazanaraq, Kaplan dağlarına qədər çatdı.

Lakin Mudros andlaşması imzalandıqdan sonra 31 oktyabr, 1918-ci ildə. Kazım Qarabəkir Paşaya, omum ordu korpusunun ləğv olunduğunu və IX VƏ XI Qafqaz tümənlərinin birbaşa IX Ordu komandanlığına verildiyinivə özünü isə İstanbula getməsinin əmr olunduğunu öyrənir. Türk ordusunun geri çəkilməsi ilə, bu regiondakı türklər yenidən erməni hücumlarına məruz qalmağa başlayırlar.

Geri çəkilməyə məcbur olan Kazım Qarabəkir Paşa, Naxçıvan və ətrafında yaşayan türklərin təhlükəsizliyini təmin etmək üçün Araz Türk Cümhuriyyətini yaradılmasına nail olur. Yeni yaradılmış cümhuriyyətə xeyli sayda silah-sursat və özünümüdafiə dəstələrinin formalaşdırılmasına lazım olacaq qədər zabit buraxaraq, qoşunların buranı tərk etməsi əmrini verir. Onun gördüyü bu tədbirlər nəticəsində, buradakı türklərin qırğınının bir daha qarşısı alınır.

Naxçıvan Kazım Qarabəkir Paşanın idarəsi altında

Kazım Qarabəkir Paşa Naxçıvana girdiyi zamanorada olan məktəbləri təftiş edir. Özünü yazdığı şeri gündəlik məktəblərdə oxunması əmrini verir:


Ya istiqlal ya ölüm,

Ya istiqlal, ya ölüm !

Vətənim, millətim, bayrağım, evim,

İstiqlalsız yoxdur yerim !

Zəncir vurdurur mu Türklər boynuna,

Varlığı fədadır vətən yoluna.

Biz tarixin Türk dediyi millətiz,

Hür yaşar, hür ölür, nurlu ümmətiz !


Naxçıvan orta məktəbini ziyarət edən, Kazım Qarabəkir Paşa, məktəbin adını Rüşdiyyə olaraq dəyişdirir, sonradan isə yürli əhali tərəfindən məktəbin adı Naxçıvan Kazım Qarabəkir Paşa Rüşdiyyə Məktəbi olaraq dəyişdirilir. Kazım Qarabəkir Paşa özü isə, məktəbin fəxri müəllimi olaraq qəbul edilir. Bu məktəbdə müəllim olan Hüseyn Cavid, Kazım Qarabəkir Paşanın ünvanına bir şeri də bu hadisələr zamanı yazmışdır:

 

İkimiz də 1882-də doğulmuşuz,

İkimiz də şair olduq,

Qələm ilə qılınc, müəllim ilə əsgər,

Sən həm qələm, həm xəncər,

Vətən üçün qanlı bir əsgər !


Erməni dəstələrindən qorunmaq üçün, yerli əhalidən dəstələr hazırlanır və onların təliminə başladılır. Osmanlı ordusu geri çəkilən zaman artıq demək olar ki, yerli əhalidən 20 tabur əsgər təşkil edilmişdi. Vergi sistemi Osmanlı vergi sistemi əsasında qaydaya salındı. Gömrük rüsumları müəyyən edildi.

Naxçıvanda xatirəsi

Naxçıvanlı şair Vəli Qaraxanın sözlərinə, konservatoriya üzvü dos. Əqidə Əkbərli tərəfindən "Kazım Qarabəkir Paşa - Qəhrəman Paşa" adlı mahnı yazılmışdır.

Naxçıvan qarşısnda böyük xidmətləri olmuş Kazım Qarabəkir Paşaya minnətdarlıq əlaməti olaraq tikilən məscidin açılışı 1999-cu ilin, 13 oktyabrında olmuşdur. Məscidin açılışında dövrün prezidenti Heydər Əliyev, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir iştirak etmişdir. Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olmuşlar.

Məscidin memarlıq xüsusiyyətləri

Qoşaminarəli məscid binasının giriş qapısı (portal) şimal tərəfdəndir. Bina üç mərtəbəli qurularaq, özülü, divarları, kümbəzlə minarələri dəmir betondan tökülmüşdür. Divarlara xaricdən Qaradağ mişar daşından üzlük pilitələri hörülmüşdür.

Məscid binasının sahəsi 550, həyəti ilə birlikdə 13 min kvadrat metrdir. Minarələrin hündürlüyü 38 m, əsas gümbəz 19 m, yanlarındakı gümbəzlər isə 4 metr ucalığındadır. Binanın birinci mərtəbəsində böyük dəhlizlə yardımçı otaqlar, ikinci mərtəbəsində isə kişilərin ibadət salonu, cənub divarda da mehrab vardır.

Mehrabın ətrafında mərmər üzərində ərəbcə Quranın "Bəqərə" surəsindən "Ayətəl-kürsü" ayələri həkk edilmişdir. Məscidin üçüncü mərtəbəsinə minarələrdən pillələrlə yol gedərək yan divarlardakı eyvanı xatırladan qadınların ibadəti üçündür.

 

Məscidin pəncərələri rəngli şüşələrlə vitraj işlənmiş, daxili divarlar naxışlarla bəzədilərək, minarə ilə künbəzlərin üst örtüklərinə qurğuşun təbəqəsi çəkilmişdir. Məsciddə eyni vaxtda 1000 nəfərin ibadəti nəzərdə tutulmuşdur. Salonun içərisində günbəzdən çilçıraq asılmış, əzan vermək üçün müasir avadanlıqlar quraşdırılmışdır.

Tarixdə bu gün - 26 yanvar1976 — Sovet İttifaqı Qəhrəmanı Mehdi Nadir oğlu Quliyev vəfat etmişdir.
Mehdi Quliyev 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub.
M. Quliyev 1942-ci ildə İkinci Dünya müharibəsi başlayanda orduya səfərbər edilib..
Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir.
2-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.
 
 
Tarixdə bu gün - 26 yanvar2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev vəfat edib.
İslam Tapdıq oğlu Rzayev 11.11.1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur.
Dünyanın bir çox ölkələrində qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi.
Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.
Müğam Teatrının yaradıcılarından biri və 20 ilə yaxın bədii rəhbəri olub. 100-dən çox ifaçı yetişdirib.
Musiqimizin inkişafındakı xidmətlərinə görə, "Şöhrət” ordeni ilə təltif olunub.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.