» » Tarixdə bu gün - 24 yanvar

Tarixdə bu gün - 24 yanvar

Müəllif: Dəyanət от 24-01-2017, 00:15
24 yanvar

Mühüm hadisələr:

1940— Azərbaycan Rus Dram teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub.
1946 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.
1984— "Apple" şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.
1990 — Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib.
1992— Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.
1992 — Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana "xüsusi dəvət edilmiş qonaq” statusu verdi.
2002 — Prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı Qəbələ radiolokasiya stansiyasının (RLS) statusuna dair saziş imzalanıb..
2005 - Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib.
Səfər çərçivəsində Azərbaycan prezidenti ilk dəfə Cənubi Azərbaycanın mərkəzinə - Təbrizə gedərək burada yenicə açılmış Azərbaycan konsulluğuna baş çəkib.

Doğum günləri:

1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub.
ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub.
"Yeni əlifba və orfoqrafiya", "Azərbaycan ədəbiyyatı" və s. kitabların müəllifidir.
1938-ci ildə repressiya edilərək güllələnib.

Tarixdə bu gün - 24 yanvar

 

1941— Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.

Tarixdə bu gün - 24 yanvar


1970 —"Snayper Abbas" ləqəbli döyüşçü Abbas Talıb оğlu Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dоğulmuşdur.
Abbas Qasımov erməni təcavüzü başlayand könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi.
Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir.
5 iyul 1992-ci ildə Ağdərə rayоnunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq, geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuş, Nəbiağalı qəsəbəsində dəfn еdilmişdir.

 

Tarixdə bu gün - 24 yanvar

Vəfat etmişdir:

1945- İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub, Bakı və Leninqradda hərbi məktəblərdə oxuyub.
1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri polkovnik Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib.
1991-ci ildə Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Tarixdə bu gün - 24 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz