» » Tarixdə bu gün - 21 yanvar

Tarixdə bu gün - 21 yanvar

Müəllif: Vüsal от 21-01-2017, 00:15
21 yanvar

Mühüm hadisələr:

1990 —Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu "qeyri-qanuni yığıncaq” adlandırıblar. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.
1990 —Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar qətliamını pisləyib və hadisədə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu ittiham edib.
1992 —Azərbaycan Respublikası İsveçrə ilə diplomatik əlaqə qurmuşdur.
1992 —Azərbaycan Respublikası Lixtenşteyn ilə diplomatik əlaqə qurmuşdur.

Doğum günləri:

1924 - Şərqdə ilk opera yazan bəstəkar qadın - Azərbaycanın Xalq artisti Şəfiqə Axundova Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib.
26 iyul 2013-cü ildə vəfat etmişdir. 

Tarixdə bu gün - 21 yanvar

1950 - Azərbaycanın Xalq şairi Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
Məmməd Araz ədəbi mükafatı ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla , "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.
9 yanvar 2016 –cı ildə 65 yaşında vəfat etmişdir. 

Tarixdə bu gün - 21 yanvar

1951 - İsmayıl Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü İsmayıl Hacıyev Naxçıvan MSSR Culfa rayonunun Xanəgah kəndində anadan olmuşdur.
Naxçıvanın 1918-1920-ci illəri əhatə edən həqiqi tarixinin bərpası, tarixin arxivində yatıb qalan nadir faktların üzə çıxarılması onun tədqiqatının əsas motividir.

Tarixdə bu gün - 21 yanvar

Vəfat etmişdir:
1921 - Məşhur türk kommunisti Mustafa Sübhini süngü ilə öldürüb Qara dənizə atmışlar.
Mustafa Sübhi 1888-ci ildə Samsun şəhərində anadan olmuşdur.
1924 —Sovet lideri - SSRİ-nin qurucusu Vladimir Lenin vəfat etmişdir.
Lenin 22 aprel 1870-ci ildə Simbirskdə anadan olmuşdur.
1999 —Məşhur Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti , Üzeyir Hacıbəyоv adına respublika mükafatı laureatı  Süleyman Ələsgərоv vəfat etmişdir.
Süleyman ələsgərov 22 fevral 1924-cü ildə Şuşada dоğulub. Konservatoriyanı bitirib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında оperetta janrı əsas yer tutur. "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaylıq", "Sevindik qız axtarır", "Həmişəxanım", "Məhəbbət gülü","Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır. Bundan başqa, оnun "Bahadır və Sоna", "Sоlğun çiçəklər" оperaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfоnik muğamı, simfоnik pоema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

Tarixdə bu gün - 21 yanvar

2008 —Azərbaycan opera müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Lütfiyar İmanov vəfat etmişdir.
Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub. Lütfiyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradır. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu – Koroğlu rolunu oynayır. 1968-ci ildə İncəsənət Universitetini bitirir və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olur. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçir. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verir. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Tarixdə bu gün - 21 yanvar 

2011 -Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyev vəfat etmişdir.
Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.
Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Elçin və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.
Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı müasir ədəbiyyat nümunələrinə dair bir sıra dəyərli tənqidi əsərləri var.
Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.
2006- cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Tarixdə bu gün - 21 yanvar

Bayramlar və xüsusi günlər:
Beynəlxalq Qucaqlaşma Günüdür.
Bu bayram da qeyri-adi bayramlardan hesab olunur. 1986-cı ildə ABŞ-da yaranıb. Daha sonralar Avropaya və getdikcə dünyaya yayılıb.
Bayramın ənənəsinə görə bu gündə istənilən kəs istənilən yerdə tanımadığı şəxsləri belə, qucaqlaya bilər.

Tarixdə bu gün - 21 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz