» » Tarixdə bu gün - 20 yanvar

Tarixdə bu gün - 20 yanvar

Müəllif: Vüsal от 20-01-2017, 00:05

20 yanvar

Mühüm hadisələr:

1880 —Azərbaycanda ilk dəmir yolu istismara verildi.
1990 — SSRİ-nin ilk və sonuncu  prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum edib. Nəticədə, 150-dən artıq silahsız insanın qətlə yetirilib və 100-lərlə insanın yaralanaraq  bu və ya digər dərəcədə  xəsarət alıb.
2010 —Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.

Tarixdə bu gün - 20 yanvar

Doğum günləri :

1928 - Tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü. YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olmuş Teymur Əmiraslan oğlu Bünyadov anadan olmuşdur.
Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

1940 -Azərbaycan teatr rejissoru, Azərbaycanda Kamera teatrının yaradıcısı Cənnət Əlibəy qızı Səlimova anadan olmuşdur.
1967-ci ildən 1991-ci ilədək C.Səlimova S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor vəzifəsində işləmişdir. Bu teatrda işlədiyi müddətdə C.Səlimova bir çox əsərlərə quruluş vermişdir. Onlardan F.M.Dostoyevskinin "Cinayət və cəza", "Əbləh", A.P.Çexovun "Vanya dayı", İvanov", C.Cabbarlının "Aydın" və s. göstərmək olar. 1982-ci ildən 1991-ci ilədək o, həmin teatrda baş rejissor vəzifəsində işləmişdir. 1991-ci ildən bu günədək C.Səlimova Bakı Kamera Teatrına bədii rəhbər işləmişdir.
"Şərəf nişanı" və "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tarixdə bu gün - 20 yanvar

1946 - Azərbaycanlı bəstəkar Tahir Əkbər anadan olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi" və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

Tarixdə bu gün - 20 yanvar

1964- Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənov Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi o Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olur.
1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi ki güclü atəş səsləri eşidildi erməni tankı lap yaxında idi Səyavuş qumbaraatanla tankı vurur və ermənilərin tankını döyüş meydanında alov bürüyür, döyüşün gedişində onun silahı və mərmisi tükənir döyüşün qızğın bir vaxtında silahsız qalan Səyavuş qəfildən yerə sərilir vətənimizin cəsur övladı sonuncu dəfə doğma Qarabağın səmasına baxdı.
Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Səyavuş Həsən oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1907 - Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı Dmitri Mendeleyev vəfat etmişdir. Mendeleyev 27 yanvar 1834 cü ildə Rusiya imperiyasının Тоbolsk şəhərində anadan olmuşdur. Ən məşhur elmi kəşfi — kimyəvi elementlərin dövri cədvəlidir.
1977 —Şair, publisist Zeynal Cabbarzadə vəfat etmişdir.
Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur.. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır. 1937-1941-ci illərdə APİ-nin ədəbiyyat fakültəsində təhsil almışdır.
Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.

Tarixdə bu gün - 20 yanvar

2003 — Məşhur azərbaycanlı hakim, FİFA arbitri (1979) Eldar Əzimzadə vəfat etmişdir. E. Əzimzadə 1934-cü ildə Şuşada anadan olmuşdur. 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur.

1990  Svetlana Məmmədova - 20 Yanvar şəhidi
1939-ci ildə Naxçıvan şəhərində anadan olmuş Svetlana Məmmədova yüksək molekullu birləşmələr kimyası üzrə görkəmli alim idi. Ölümündən iki il əvvəl doktorluq işi müdafiə etmişdi. Svetlana xanımdan doğmalarına bir qız övladı, 130-dan çox elmi əsər və unudulmaz xoş xatirələr yadigar qalmışdır. Yanvarın 24-də Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank yolun kənarında dayanmış minik maşınını əzmiş, iki nəfər - Svetlana Məmmədova və İbrahim İbrahimov oradaca həlak olmuşdur. Onlar Sumqayıtdakı iş yerlərinə iclasa çağırılmışdılar. Svetlana Məmmədova Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

Tarixdə bu gün - 20 yanvar

1990  İbrahim İsmayılov - 20 Yanvar şəhidi
1928-ci ildə Naxçıvan şəhərində anadan olmuş İbrahim İsmayılov 1952-ci ildə Moskva Dövlət Universitetini bitirmişdi. 1963-cü ildə namizədlik, 1984-cü ildə doktorluq elmi işini müdafiə etmiş, kimya elmləri doktoru, professor adı almışdı. Sumqayıt Polimer Materialları İnstitutunda şöbə müdiri işləyirdi. 140-dan çox elmi əsərin, 50 ixtiranın müəllifi idi.

Tarixdə bu gün - 20 yanvar

1990 - Professor İsmayıl Həsən oğlu Mursaqulov - 20 yanvar şəhidi
İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur.
Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri idi.
20 yanvar 1990-cı ildə şəhid olmuşdur. "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Adına küçə var. Yaşadığı binaya xatirə lövhəsi vurulub.
Yaşadığı binaya xatirə lövhəsi vurulub. Adına küçə var.

Tarixdə bu gün - 20 yanvar

 2006  Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə vəfat etmişdir.

Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakı şəhərində anadan olmuşdur.

Tarixdə bu gün - 20 yanvar

1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K. Talıbzadə 1972-ci ildə professor seçilmiş, 1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş və elə həmin ildən 1987-ci ilə qədər Nizami adına Ədəbiyyat İnstitutunda "Tənqid tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik etmişdir. 1986-cı ildə ona elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilmişdir.

20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜDÜR 

Tarixdə bu gün - 20 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz