» » Tarixdə bu gün - 19 yanvar

Tarixdə bu gün - 19 yanvar

Müəllif: Vüsal от 19-01-2017, 00:15
19 yanvar

Mühüm hadisələr

1728— Rus çarı II Pyotr başda özü olmaqla hakimiyyət orqanlarını Peterburqdan Moskvaya köçürüb.

1920— Fətəli xan Xoyski Rusiya Federasiyası xarici işlər naziri Çiçerinə verdiyi cavabda göstərib: "Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir".

1924 —
Azərbaycan SSR Xalq Komissarları Soveti ən zəruri mallar olan neftin, şəkərin, parçanın, şüşənin və s. ucuzlaşdırılması barədə qərar verib.
1931— Azərbaycan Kommunist (bolşevik) Partiyasının XI qurultayı başlayıb. Qurultay işini 25 yanvarda başa çatdırıb.

1990— Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan qohumlarını tapmaq üçün cənuba keçib.
Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib.
Həmin gün saat:
- 19.27 — də xalqa məlumat verilməsini əngəlləmək üçün Azərbaycan Televiziyasının enerji bloku partladılıb;
- saat 20.00—da isə SSRİ Ali Soveti 20 yanvar saat 00.00 dəqiqədən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib;
 
Tarixdə bu gün - 19 yanvar

- saat 23.00 — da Sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb.

1993— Azərbaycan Respublikası Qırğızıstan ilə diplomatik əlaqələr qurmuşdur.

2009— Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsi tələbi irəli sürüb.

Doğum günləri:

1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-
Tarixdə bu gün - 19 yanvarCavanşir  Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub.
Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

Tarixdə bu gün - 19 yanvar1965— Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu Çobanov Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur.
 
1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır.  Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. O, 1985-ci ildə ordudan tərxis olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə çilingər kimi işini davam etdirir.
O, 1989-cu ildə Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis, Ayrım kəndlərinə hücumları ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.
1990-cı il... Avqustun 19-u... Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı "Qanlı dərə” deyilən yerdə erməni silahlıları gözlənilmədən avtobusa hücum edirlər. Şamoy cəld avtobusdan yerə atılır. Qanlı döyüş başlayır. Düşmən geri oturdulsa da, sərnişinlərdən yaralanan və ölənlər var idi.
Həmin döyüşdə Qazax eli bir igidi də itirdi. Bu, kənd camaatının böyük hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Şamoy Çobanov idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra  Azərbaycanın  Milli Qəhrəmanı fəxri  adı verilmişdir.
Ağköynək kəndində dəfn edilmişdir.
 Ağköynək kənd məktəbi onun adını daşıyır.
 
 
Tarixdə bu gün - 19 yanvar1986— Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilmiş (ölümündən sonra) Fərid Gülağa oğlu Əhmədov Cəlilabad rayonunda anadan olub.
1992-cu ildə Nizami Gəncəvi adına Cəlilabad şəhər 1 saylı orta məktəbinin birinci sinifnə gedib və 2003-cü ildə həminməktəbin 11-ci sinfini bitirib. 
Elə həmin il Fərid Əhmədov H.Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub və2007-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 
O, Hərbi Akademiyada oxuduğu illərdə öz qabiliyyəti vəbacarığı ilə müdavimlər arasında fərqlənib. Müdavim Fərid Əhmədov akademiyanı bitirdikdən sonra rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. 
O, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır. Daha sonra leytenant Fərid Əhmədov Gəncə şəhərindəyerləşən "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilərək, xidmətə başlayır. 
2008-2009-cu illərdə həmin hərbi hissədə nümunəvi xidmət göstərir. 
2009-cu ildə Gəncədəki hərbi hissədə xidmətini başavuraraq, cəsur və mərd zabit kimi ön cəbhəyə - Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə təyinat alıb.
Qısa bir zaman kəsiyində gənc zabit hərbi hissə komandirinin ehtimadını qazanaraq, "N" saylı hərbi hissəninkəşfiyyat bölüyünün komandiri təyin edilib. 
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. 
Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da qaytarılıb.
7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Vəfat etmişdir:

Tarixdə bu gün - 19 yanvar1976 — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verən Şamil Ağasəf oğlu Ramazanov Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur.
1995-ci il məlum 13-17 mart hadisələri  zamanı  dövlət çevrilişinə cədh göstərən silahlı dəstənin mühasirə halqasını daraltmaq və tərksilah etmək əmri verilmişdi. Milli Ordu dərhal əməliyyata başladı. O faciəli günlərdə Şamil də Vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı bu yaradan da gözlərini əbəd yumdu.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə  Şamil Ağasəf oğlu Ramazanova  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.

Tarixdə bu gün - 19 yanvar1990 — İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev və Fərizə Çoban qızı Allahverdiyeva) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.
İlham Əjdər oğlu Allahverdiyev Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.
İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornçı işləmişdir. 
1989-cu ilin 30 iyununda İlham Fərizə xanımla  həyatı qurmuşdur.  
Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.
Ailə üzvlərinin sözlərinə görə, İham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi. Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər.
1990-cı il 20 yanvarda Azərbaycanın müstəqilliyinə qəsd ediləndə o da etiraz hərəkatına qoşulur. İlham və onun dostları gülləbaran edilmiş dostlarına kömək üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.
Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevı bir yerdə telefon budkasının yanında vurmuşdular. Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirmişdi.Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyibmiş. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:
"Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da… "
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir.
İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.
2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz