» » Tarixdə bu gün - 13 yanvar

Tarixdə bu gün - 13 yanvar

Müəllif: Vüsal от 13-01-2017, 00:10

13 yanvar


Mühülm hadisələr:

1991 — Vilnüsdə Sovet İttifaqının güc qüvvələri müstəqillik istəyən Liitva vətəndaşlarına hücum edir.

Doğum günləri:

Tarixdə bu gün - 13 yanvar1929 - Məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru Rüstəm Musa oğlu Əliyev  Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.
1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, burada bir il oxuduqdan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olunmuşdur. Daha sonra həmin universitetin aspiranturasını bitirmiş, 1954-cü ildə Leninqradda "Sədi Şirazinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik, 1968-ci ildə Moskvada "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yevgeni Bertelsin dəvəti ilə Leninqraddan Moskvaya gələn Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdir.
1972-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi və Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi (1989-1994), AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri (1991-1994), Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri (1992-1994), "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru (1992-1994) olmuşdur.
1994-cü ilin aprel ayında Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Tarixdə bu gün - 13 yanvar1951 - Azərbaycan kinorejissoru, aktyor, ssenari müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub.
M.A.Əiyev adına ADİİ-nun dram teatrı və televiziya rejissorluğu fakültəsində (Mehdi Məmmədovun sinfi, 1968-1973), Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində (Georgi Daneliyanın emalatxanasında, 1974-1979) təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Əməkdar incəsənət xadimi, həm də əməkdar məşqçidir. "Mozalan" studiyasının direktoru və bədii rəhbəri olub (1998-2007).
Hazırda Azərbaycan Televiziyasında çalışır.

Filmoqrafiya
Qısametrajlı və sənədli film
 
"Diplom işi” 1979
"Vah!..” 1980
"Böyüyəndə bilərsən...” 1981
"Nar” 1981
"Ucar lətifəsi” 1981
"Mirzə Fətəli Axundov” 1982
"Dairə” 1985
"Mühazirə” 1986
"Dünən, bu gün, sabah” 1992
"Rəhilə Həsənova” 2000
"Qüdsi” 2007
"Ömür urası” 2007...və s.

Bədii film

"Evlənmək istəyirəm” 1983
"Kişi sözü” 1987
"Gənc qadının kişisi” 1988
"Girişmə, öldürər!” 1990
"Hacı Qara” 2002...və s
 
Vəfat etmişdir:

Tarixdə bu gün - 13 yanvar1501Böyük şair və fikir adamı Nizaməddin Mir Əlişir Nəvai 59 yaşında Heratda vəfat etmişdir.

Əlişir Nəvai 1441-ci ildə Herat şəhərində (indiki Əfqanıstanda) dünyaya göz açıb. İlk təhsilini Əlişir Xorasanda və Səmərqənddə alıb. Hələ gənc yaşlarında türk və fars dillərində yazdığı gözəl şehlərlə o, bir şair kimi şöhrət qazanıb. Mədrəsədə təhsil aldığı illərdə Əlişir şahzadə Hüseyn Bayqara ilə yaxın dostluq qurur. Dostu taxt-taca yiyələnəndən sonra Əlişirə sarayda əvvəlcə möhürdar, daha sonra isə vəzir vəzifəsi və əmir titulu verir. Ədalətə hədsiz bağlılığı üzündən onu gözü götürməyən saray əyanlarının və dövlət məmurlarının sayı durmadan artır. Hətta ona qarşı hiylə və iftiralar o həddə çatır ki, şah tərəfindən Əlişir ən ucqar əyalət sayılan Əstərabada vali təyin olunur. Təxminən bir il bu ucqar bölgədə çalışandan sonra o, dövlət işindən könüllü istefa verərək, 1488-ci ildə doğma şəhərinə dönür və ömrünün qalan hissəsini yalnız bədii yaradıcılığa həsr eləyir. 1501-ci ilin yanvarında Əlişir Nəvai doğma Herat şəhərində bu dünyaya gözlərini əbədilik yumur.

Onun yaradıcılıq üslubunun və hərtərəfli dünyagörüşünün formalaşmasında yaxın dostu, farsca yazıb-yaradan görkəmli sufi ustadı və şair Əbdürrəhman Caminin rolu danılmazdır. Ömrünün yetkinlik çağlarından sufiliyin Nəqşbəndiyyə təriqətinə üzv olan, şeyx Əhrara (tam adı — Ubeydullah ibn Mahmud ibn Şihabəddin Əl-Hüseyni əl-Daşkəndi əl-Əhrardır, 1490-cı ildə vəfat edib) müridlik edən Cami şeyx mövqeyinə yüksələndən sonra Əlişir Nəvaini də özünə mürid seçir və sufiliyin əsaslarını ona öyrətməyə başlayır.

Əlişir türkcə şerlərini «Nəvai», farsca əsərlərini isə «Fani» imzalarıyla yazıb. Şairin ömrünün son illərində yaratdığı bədii əsərlərdə sufiyanə fikirlər daha qabarıq şəkildə nəzərə çarpır. Özünün Əbdürrəhman Caminin və buxaralı məşhur şeyx Bəhaəddin Nəqşbəndinin tələbəsi olduğunu o, əsərlərində dönə-dönə xatırladır. Bunlarla yanaşı, dünya şöhrətli sufilərdən Fəridəddin Əttarı və Mövlanə Cəlaləddin Rumini də özünə ustad saydığını vurğulamağından qalmır. Nəvainin türk dilində yazdığı, amma «Fani» ləqəbiylə imzaladığı «Lisanüt-təyr» (farsca «Quşların və ya Quş dili» deməkdir) adlı məsnəvisində sufi dünyagörüşü xüsusilə geniş açıqlanıb.

Türk və fars dillərinin qarşılıqlı müqayisəsinə həsr olunan «Mühakəmətül-lüğəteyn» (mənası "İki sözlüyü qarşılaşdırma«dır) adlı təzkirəsində Nəvai onları ən müxtəlif aspektlərdən araşdırır və maraqlı burasıdır ki, bir çox hallarda türk dilinin farscadan üstünlüyünü elmi dəlillərlə sübuta yetirir. Bu təzkirəni o, türk dilini zəif sayaraq, öz əsərlərini farsca yazan qələm sahiblərinə, müasirlərinə, soydaşlarına ithaf etmişdi. Təsadüfi deyil ki, özbək ədəbiyyatının banisi sayılan Ə.Nəvainin bizlərə bəlli olan beş divanının dördü türkcə (bunların ortaq adı „Xəzainül-Məani"dir), biri isə farsca yazılıb. Onun beş məsnəvisi (poeması) dünya tarixində türk dilində yaradılan ilk „Xəmsə" (ərəbcə „beşlik, beş əsər" deməkdir) sayılır.Məşhur əsərləri aşağıdakılardır:

»Heyrətül-Əbrar", «Fərhad və Şirin», «Leyla və Məcnun», «Səbai-səyyarəm», «Səddi-İsgəndəri», «Lisanüt-təyr», «Mühakəmətül-lüğəteyn», «Məcalisün-nəfais», «Mizanül-övzan», «Nəsaimül-məhabbə», «Nəzmül-cəvahir», «Xəmsətül-mütəhayyirin», «Töhfətül-mülük», «Münşəat», «Siracül-muslimin», «Tarixül-ənbiya», «Məhbubül-qülub fil-əxlaq», «Seyfül-hadi», «Rəqabətül-münadi».


Tarixdə bu gün - 13 yanvar1976 - Tbb elmləri doktoru, professor, Əməkdar həkim Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova vəfat etmişdir.
Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhəriində anadan olmuşdur.
Bakıda orta məktəbi bitirəndən sonra Azərbaycan Tibb İnstitutuna  (hazırkı Azərbaycan Tibb Universitetinə)  qəbul olmuşdur.
İnstitutu tamamlayandan sonra həkim işləmişdir. 1933-70-ci illərdə Azərb. Dövlət Tibb İnstitutunun  Mama-ginekologiya kafedrasın professoru və sonra kafedra müdiri işləmişdir.
1968-74-cü illərdə respublikanın Mama-Ginekoloqları Elmi Cəmiyyətinin sədri olmuşdur.
Tədqiqatı, əsasən, qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr edilmişdir. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası (1973) böyük elmi-praktiki əhəmiyyətə malikdir. 

 Məhbubə xanım Mahmudbəyova 1960-cı ildə Əməkdar həkim fəxri adını,  daha sonra "Səhiyyə əlaçısı" döç nişanını almışdır.


1992 - M Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 13 yanvarMehdi Abbasov 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana köçməyə məcbur olanda Mehdinin 11 yaşı var idi. Mehdi 1985-ci ildə karaqanda Pedaqoji İnstitutunu bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnib. Mehdi "SSRİ idman ustası" idi. 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.
Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.

 

Tarixdə bu gün - 13 yanvar1994 - Azırbaycan Respublikasının Milli Qəhrəmanı İsrafil Şahverdi oğlu Şahverdiyev Vətən uğrunda döyüşlərdə şəhid olmuçdurş.

İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur.

1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi.

Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 

1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.


Tarixdə bu gün - 13 yanvar2003 - Azərbaycan Respublikasının Xalq artisti, kino aktyoru və müğənni Mirzə Əbdülcabbar oğlu Babayev vəfat etmişdir.
Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib.
M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.
İki dəfə "Humay" mükafatı laureatıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz