» » Tarixdə bu gün - 12 yanvar

Tarixdə bu gün - 12 yanvar

Müəllif: Vüsal от 12-01-2017, 00:20
12 yanvar

Mühülm hadisələr:

1945 —Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi Yalta konfransı başa çatıb.
1991 —ABŞ Konqresi Corc Buşa İraqda silah tətbiq etməyə səlahiyyət verib.
1998 —19 Avropa ölkəsi insan klonlanmasına dair ilkin qanunu ratifikasiya edib.
1908 —Şərqdə ilk opera hesab edilən "Leyli və Məcnun"un ilk tamaşası keçirilib.
2004 —Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam verib.

Doğum günləri:


1580 —Yan Batista, belçikalı kimyaçı. O, elmə "qaz" terminini gətirib.
1876 —Cek London, amerikalı yazıçı
1903 —İqor Kurçatov, fizik, sovet atom bombasının atası
1907 —Sergey Korolyov, Sovet kosmonavtikasının aparıcı siması.
1928-
Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, 1962-1965-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, 1974-cü ildən Azərbaycan İqtisadiyyat Universitetinin mqəllimi Gülrux Əlibəyova anadan olmuşdur. Gülrux Əlibəyova Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
15 fevral 2016 –cı ildə 88 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 12 yanvar

 

1956- Ssenari müəllifi, kino redaktoru Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov Şabranda (Dəvəçinin Surra kəndində) anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb. 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, Əməkdar jurnalistdir.

 

Tarixdə bu gün - 12 yanvar

1958 - Azərbaycanın Milli Qəhrəmanı Nizami Məmmədov Xankəndi şəhərində anadan olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, polis zabiti kimi, əhalinin təhlükəsizliyini təmin edirdi.
Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci ilin 29 martında snayper gülləsi onun qəlbini əbədilik susdurdu.
Evli idi, üç oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

 

Tarixdə bu gün - 12 yanvar

 

Vəfat etmişdir:

1938 - Abdulla Tağızadə (1897-1938) — SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi, APİ-nin dilçilik kafedrasının müdiri olub. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri sayılır.
1937-ci il martın 17-də qondarma ittihamla həbs edilib.
Gəncəli dilçi-alim 1938-ci il yanvarın 12-də "xalq düşməni" kimi güllələnir. İstintaq işindəki sənədlərdən birindən bəlli olur ki, onun şəxsi kitabxanası da yandırılıb.
A.Tağızadə orta məktəblər üçün türk dili dərsliklərinin yaradılmasdında yaxından iştirak edib. "Qədim türk dilləri" (Bakı 1927), "Müxtəsər üslubiyyat" (Bakı 1933) kitablarını yazıb.

 

Tarixdə bu gün - 12 yanvar

 

1994 - Müğənni Hüseynağa Məmməd oğlu Hadıyev vəfat etmişdir.
Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.
Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi.
Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.

 

Tarixdə bu gün - 12 yanvar

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz