» » Tarixdə bu gün - 11 yanvar

Tarixdə bu gün - 11 yanvar

Müəllif: Vüsal от 11-01-2017, 00:05
 
11 yanvar

Mühüm hadisələr:


1920 — Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında de-fakto olaraq tanınmışdır.
1994 —Azərbaycan Respublikası Latviya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 —Azərbaycan Respublikası Uruqvay ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1906  — Akademik Əbdülkərim Əli oğlu Əlizadə Bilgəh kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 11 yanvarƏbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.
Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.[1]
Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.
Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.
O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi
Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.
O, "Qırmızı Əmək Bayrağı”, "Şərəf nişanı” ordenləri və medallarla təltif olunmuşdur.
Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.

1939 –
İsmayılov Məmməd Mürşüd oğlu Tovuz rayonunda anadan olmuşdur.
Tarixdə bu gün - 11 yanvar M.İsmayılov 1957-ci ildə kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki 2 illik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
14 yaşından bədii yaradıcılıqla məşğuldur.
1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə C.Cabbarlı adına Azərbaycanfilm studiyasının elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik ədəbi birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsinin orqanı olan, azərbaycan və rus dillərində çap olunan "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin sədri vəzifələrində çalışmışdır. Hazırda Türkiyənin Çanaqqala universitetində müəllim kimi fəaliyyət göstərməkdədir.
1969-cu ildə hazırladığı "Odlar diyarı" silsilə verilişlərə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə "Qızıl qələm", 1978-ci ildə Bakıda çap olunmuş "Söz vaxtına çəkər" və Moskvada çap olunmuş "Dəymiş nar dənələri" kitablarına görə Respublika Lenin komsomolu və Moskvada çap olunmuş "Yerlə göy arasında" kitabına görə Ümumittifaq Ostrovski adına mükafatlarına, 1979-cu ildə "Ceyran Muğana qayıdır" sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalına layiq görülmüşdür. 


1967 — Bəstəkar, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi Aygün Ziyad qızı Səmədzadə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir.
Tarixdə bu gün - 11 yanvarİlk təhsilini 1974-1985-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almış, oranı qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. Bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib olmuşdur. 1985-ci ildə Ü.Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika konfransında ən yaxşı tələbə elmi-işinə görə "Qızıl medal", Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü.Hacıbəyov adına fəxri təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi dəvət olunmuş və hal-hazırda Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən mühazirələr aparır və həmin kafedranın dosentidir.
A.Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların müəllifidir.("Azərbaycanda sənət himayədarlığının rolu”, "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti”, "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti”, "Mir Mövsün Nəvvab”, "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri”, "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri”.
2000-ci il "Best of Best" müsabiqəsində onun "Məktəb illəri", 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda "Bu dünyanı nağıl bilək", "Yağış" mahnıları birinci yerlərlə mükafatlandırılmış, "Tut ağacım" isə Qran-pri və Tamaşaçı rəğbəti mükafatlarına layiq görülmüşdür.
A.Səmədzadə 2001ci- ildə Sumqayıt, Xaçmaz, Şəki, Tovuz, Qusar şəhərlərinin zəhmətkeşləri qarşısında,hərbi hissələrdə, 2005-ci il aprelin 9-da, 2009-cu il mayin 31-də və 2015-ci il dekabrın 1-də isə Heydər Əliyev adına sarayda keçirilən müəllif konsertləri ilə tamaşaçılar qarşısında bir daha uğurlu hesabat vermişdir.
A.Səmədzadə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin ideya müəllifi və rəhbəri olmuşdur. A.Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 100-dən artıq mahnının müəllifidir. Bunlardan aşağıdakı mahnıları qeyd edə bilərik:
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olumuş "Elegiya" (sözləri Nərgiz Paşayeva,ifa Ayaz Qasımov) və "Sən bizimləsən" (sözləri Cəlal Qurbanov, ifaçılar İlqar Muradov və Brilliant Dadaşova)


Vəfat etmişdir:
 
1998 — Azərbaycanın Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev vəfat etmişdir.
Tarixdə bu gün - 11 yanvarƏliağa Quliyev 1917-ci ildə  Bakı şəhərində anadan olmuşdur.  

1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilmişdir.

1936-cı ildə opera teatrında və radionun orkestrində daimi olaraq işləməyə başlaməşdır.

1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı.

1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur. Lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır və Əliağa  cəbhəyə yola düşür.  Döyüşlərin birində ağır qəlpə yarası alaraq ordudan tərxis olunur.

1946-cı ildə həyat və sənət yolları Əliağa Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırır. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. O, burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır. Görkəmli tarzən Əliağa Quliyev müxtəlif təşkilatlarda çalışmışdır. 1951-1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olmuşdur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərmişdir. Onun "Rast", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımızın ifasına çoxları məftun olurdu. 1960-cı ildən 1966-cı ilədək isə filarmoniyada xalq çalğı alətləri ansamblının rəhbəri işləmişdir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi "Mahnı teatrı"nda solist-tarzən kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə yenidən filarmoniyaya qayıdaraq orada xalq çalğı alətləri ansamblının rəhbəri kimi çalışmışdır. 1978-ci ilədək bu vəzifədə olmuşdur. Həmin vaxtdan 1995-ci ilədək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı - rejissor işləmişdir.1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində müvəffəqiyyətlə iştirak etmişdi. İki il sonra - 1973-cü ildə Almatıda, Asiya Ölkələri Xalqlarının Musiqi Festivalında da çıxışları eyni uğurla keçmişdir.

"Dağlar", "Alyanaq", "Vüsal nəğməsi", "Əmək mahnısı", "Pambıqçı qızlar" və digər şirin nəğmələrin müəllifidir.

1983-cü ildə ustad sənətkarın tarı "Daşkənd - Qızıl Payız" müsabiqəsində, UNESCO-nun himayəsi altında keçirilən mötəbər musiqi məclislərində səslənmişdi.

 

Tarixdə bu gün - 11 yanvar2014 — Şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998), qrossmeyster Vüqar Həşimov  beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.
27 yaşlı Vüqar II Fəxri Xiyabanda dəfn edilib.
24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.
Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

 

Bayramlar və xüsusi günlər:

11 yanvar Qoruqlar və Milli Parklar Günüdür.

Hazırda Azərbaycanda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur.
Təbiətin ən yaxşı mühafizə formalarından biri olan qoruqlarda müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rastlaşdığımız bitki və heyvan növləri, məhv olmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır.
Milli parkda isə ayrı – ayrı növlər yox, bütün təbiət qorunur.

 

Tarixdə bu gün - 11 yanvar


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz