» » Tarixdə bu gün - 8 yanvar

Tarixdə bu gün - 8 yanvar

Müəllif: Vüsal от 8-01-2017, 00:20
8 yanvar

Mühüm hadisələr:

1914— Xərçəng xəstəliyinin müalicəsi üçün radium elementindən istifadə edilib.

1942— 77-ci Azərbaycan diviziyası alman qoşunlarını Krımdakı Taman yarımadasından vurub çıxarıb.

Tarixdə bu gün - 8 yanvar

1992  Erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər.
Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) - Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

1995– Azərbaycan Respublikası ilə Qayana dövləti arasında diplomatik münasibətlər qurulub.

Doğum günləri:

1920– Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-23.11.1999) Bakıda anadan olub.
"Səbuhi” (Tubu), "Arşın mal alan” (1945, Gülçöhrə), "Fətəli xan” (Tuti Bikə), "Görüş” (Bilqeyis), "Onun böyük ürəyi” (Xalidə), "Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatına layiq görülüb.

Tarixdə bu gün - 8 yanvar

Vəfat etmişdir:

1998- Püstəxanım Əzizbəyova - Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru , kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. Görkəmli alim, Azərbaycanın, Qafqazın və müsəlman şərqinin ilk akademik qadınlarından biri olan Püstə Əzizbəyova 1929-cu il Dekabr ayının 29-da Bakı şəhərində anadan olmuşdur.

 

Tarixdə bu gün - 8 yanvar

1999- Azərbaycanın Milli Qəhrəmanı Rövşən Rzayev vəfat etmişdir.
Rövşən Rzayev 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılmışdır.
O, "N" saylı bölüyün "N" saylı alayına komandir təyin edilmişdi. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravəndkəndlərində düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüşçü dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi. Müharibədən alnıaçıq çıxan Rövşən müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrə komandirlik etmişdi. Son vaxtlarda isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsində çalışırdı. 8 yanvar 1999-cu il Qobustan təcridxanasında bir qrup məhbus qiyam edirdi.Onlar əsgərləri girov götürmüşdülər. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanır. O, məhbuslarla belə razılığa gəlir ki, əsgərlər azad edilsin, əvəzində isə Rövşənin özü girov qalsın. Bu təhlükəli şərti qəbul edən cəsur polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerin yetirərkən məhbuslar tərəfindən qətlə yetirildi.
Ailəli idi, iki övladı yadigar qalıb.

Tarixdə bu gün - 8 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz