» » Tarixdə bu gün - 7 yanvar

Tarixdə bu gün - 7 yanvar

Müəllif: Dəyanət от 7-01-2017, 00:10

7 yanvar


Mühüm hadisələr:

1610 — Qaliley Yupiterin 4 böyük peykini aşkar edib.

Tarixdə bu gün - 7 yanvar
1927 — London və Nyu-York arasında ilk birbaşa qitələrarası telefon danışığı baş tutub.

Tarixdə bu gün - 7 yanvar
1929— "Tarzan” filmi nümayiş etdirilmişdir.

1992 –
Birləşmiş Ştatların prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib. Həmin vaxtadək Azərbaycanın müstəqilliyini dünyanın 50-dək dövləti tanımışdı.
1992-ci il fevralın 28-də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər quruldu.

Tarixdə bu gün - 7 yanvar
Doğum günləri:

1907– Azərbaycanın tanınmış qeoloqu, akademik Mirəli Qaşqay (1907-1977) Gəncədə anadan olmuşdur.
Görkəmli alim bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir. M.Qaşqayın "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi" və s. fundamental əsərləri dünya elminə qiymətli töhfədir.
1977-ci il aprelin 23-də Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 7 yanvar

1927- Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların, "Məmməd Səid Ordubadi” , "Ədəbi portretlər” və s. kitabların müəllifidir.
 
 
 1979 — Qafqaz TV-nin direktoru, azərbaycanlı rejissor, yazar, tv menecmenti, yapımcı, "Çölçü" Sosial Klubunun yaradıcısı Eltən İdris oğlu Qədimbəyli
Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan MR Sədərək rayonu 1 saylı orta məktəb almışdır. 1992-1995 illərdə təhsilini Bakı şəhərində, Kimya-biologiya təmayüllü liseydə davam etdirib.
1995-1999-cu illədrdə ADMİU teatr-kino fakültəsini dram rejissorluğu ixtisası üzrə başa vurduqdan sonra, 2010-cu ildə təhsilini K.Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetinin ekran incəsənəti fakültəsində televiziya rejissorluğu ixtisası üzrə davam etdirib. 2011-ci ildə isə K.Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universiteti kinoşünaslıq fakültəsinin aspiranturasında təhsil alıb.
Bir neçə filmin və televiziya layihələrinin müəllifidir. "Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinin rəhbəridir.
Əsası Azərbaycanda qoyulan "Çölçü" sosial klubunun yaradıcısıdır.
Elektron və yazılı mediada sosial mövzularda köşə yazıları yazır.

Tarixdə bu gün - 7 yanvar

Vəfat etmişdir:


2015 — Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov
Zahid müəllim 1934-cü il iyul ayının 10-da Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində anadan olmuşdur.
1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur.
1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib.
1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib.
1959-cu ildə Gürcüstan LKGİ MK-nin plenum üzvü seçilib.
1961-1964-cü illərdə V.İ.Lenin adına APİ-nin "Fizikanın tədrisi metodikası” kafedrasının əyani aspirantı olub.
1964-cü il Aspiranturanı bitirib. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (ADETPİ) "Politexnik təlim” şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunub. Eyni zamanda Bakının 31 №-li eksperimental məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb.
1967-ci ildə V.İ.Lenin adına APİ-nin İxtisaslaşdırılmış müdafiə sovetində "Fizikanın tədrisində elmi ateizm tərbiyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, ’’Fizikanın tədrisi metodikası” ixtisası üzrə elmi dərəcə alıb.
1974-cü il 1 iyun. ADETPİ-nin "Fizika və riyaziyyat tədrisi metodikası” şöbəsinin müdiri təyin olunub.
1977-ci il 15 aprel. Heydər Əliyevin sədrlik etdiyi Azərbaycan Kommunist Partiyası bürosunda ADETPİ-nin direktoru təyin olunub.
1981-ci ildə "Respubilikanın Əməkdar Müəllimi” fəxri adına layiq görülüb. ’’Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.1983-cü ildə "Əmək veteranı”medalı ilə təltif edilib.
1983-cü il 14 noyabr. Azərbaycan SSR Maarif nazirinin müavini təyin edilib. Kollegiyanın üzvü seçilib. İnstitutun direktoru vəzifəsini ictimai əsaslarla davam etdirib.
1987-1989-cu illərdə rəhbərlik etdiyi mütəxəssis qrupu ilə Azərbaycanın tarixində ilk dəfə hazırladığı "Azərbaycan Milli Təhsil Konsepsiyası” Azərbaycan KP MK-da bəyənilib, təsdiq olunub, istifadəyə verilib.
1994-cü il sentyabrında "Orta məktəbdə fizika qanunlarının örədilməsi üzrə işin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, pedaqoji elmlər doktoru elmi dərəcəsi alıb. Eyni vaxtda professor elmi adına layiq görülüb.
1992-ci il 12 noyabr. Proporsional yolla (YAP siyahısı üzrə) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
1992-ci il 24 noyabr. Milli Məclisdə ilk dəfə yaradılmış "Yerli özünüidarəetmə "daimi komissiyasının sədri seşilib.
İşlədiyi dövrdə göstərdiyi nailiyyətlərə görə bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif edilmişdir.
 

Tarixdə bu gün - 7 yanvar

Tarixi gün və bayramlar:

Milad bayramı (ivr. חג המולד‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.
Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda[16] qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi[ , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə "İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı[a] ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdı. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.

Bayramın yaranması
Romada tərtib edilmiş 354-cü il Xronoqrafiyası adlı şəkilli əlyazmada Milad bayramının 25 dekabrda qeyd edilməsi haqqında ilk məlumatlar vardır. Şərqdə erkən xristianlar İsanın doğulmasını, əslində İsanın vəztizi ilə əlaqəli olmasına baxmayaraq, Epifaniyanın tərkibində (6 yanvar) qeyd edirdilər.
Arianizm tərəfdarı olan imperator Valensin (328-378) Adrianopol savaşında öldürülməsindən sonra, Milad xristian şərqində dirçəlməkdə olan katolisizmin bir hissəsi kimi təbliğ edilirdi. Bayram Konstantinopolda 379-cu ildə, Antioxiyada isə 380-ci ildə təqdim edilmişdir. 381-ci ildə Qriqori Nazianzinin yepiskop seçilməsindən sonra bayram bir müddət qeyd edilmir və 400-cü ildə Yohannes Xrisostomos tərəfindən yenidən xalqa təqdim edilir.

Tarixdə bu gün - 7 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz