» » Tarixdə bu gün - 6 yanvar

Tarixdə bu gün - 6 yanvar

Müəllif: Dəyanət от 6-01-2018, 00:30
 
6 yanvar

Mühüm hadisələr:

1733 - Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib.
Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723-1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verib.
Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz, Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdü. 1732-ci ildə bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdi.
1838— Samuel Morze teleqrafı təqdim edib.
1994 - Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanıb.
Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edib, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alınıb.

Tarixdə bu gün -  6 yanvar
Doğum günləri:

1907 –  Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Tarixdə bu gün -  6 yanvarBakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub .
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.
1914 — Azərbaycanlı tanınmış teatr və kino aktrisası,Azərbaycan SSR Əməkdar artisti Nəcibə Məcid qızı Behbudova ildə Tiflisdə anadan olub.Əslən qarabağlıdır. Tarixdə bu gün -  6 yanvarTarixdə bu gün - 7 dekabrMəhşur müğənni Rəşid Behbudovun böyük bacısıdır. 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub.Dinyəlici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib.Səsinin messo-soprano idi.Hətta konsertlərdə müğənni kimi çıxış edib.Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb.Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. 1 noyabr 1937-ci ildən artıq müxtəlif fasilələrlə teatrın aktyor ştatında olub.
1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb. Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib.Dram teatrlarının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurlu daxil olub.1949-cu ildə Musiqili Komediya Teatrı bağlananda ansamblında (15 may 1952 - 25 iyun 1953) və musiqili qiraət ansamblında (3 may 1958 - 26 noyabr 1961) çalışıb.Daha çox teatra bağlı olan Nəcibə Behbudova 26 noyabr 1961-ci ildə yenidən Musiqili Teatrına qayıdıb və ömrünün sonuna kimi bu teatrda çalışıb.
Tipik məşiət personajlarını xüsusi şövqlə oynayırdı.Bu baxımdan bədii-estetik səciyyələrinə,yumor təravətinə və ifa özəlliklərinə görə aktrisanın bütün rolları xarakterik təsir bağışlayır.
Nəcibə Behbudova "Ulduz”(Tamam),”Araqarışdıranlar”(Sona xala),”Bəyin oğurlanması” (Bibixanım),” Fəryad” (erməni axçısı) filmlərində çəkilib.
Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Teatr rejissoru Ağaəli Məstanovla evli olan Nəcibə xanımın 2 övladı vardır. Oğlu Cəfər Behbudov 80-cı illərdə müğənni kimi populyar olmuşdur.

Vəfat etmişdir:

1936 — A.Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya Tarixdə bu gün -  6 yanvar(Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.
1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində müəllimlik etmişdir və s.
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül" əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911) və s. hekayələri, "Parlaq ulduz" (1912) felyetonu və s. kimi əsərləri də vardır.
Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923-1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923-1927). Ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir (1930-cu ildən). Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır. Dövrü mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir.

1938 — Sevimli şairimiz Mikayıl Müşfiqin həyatına son qoyulmuşdur.
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan Tarixdə bu gün -  6 yanvarolmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.
Məktəb fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).
l Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunmuşdur.
O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin"Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax,huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır.
1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur.
1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür.
Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.
1962 — Xalq artisti Mərziyə Davudova ildə 60 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün -  6 yanvar
Tatar əsilli Mərziyə Davudova 25 noyabr 1901-ci ildə Həştərxanda anadan olmuşdur. O, ilk rolunu oynayanda 16 yaşı vardı: Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.
1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf müqabili olmaq idi, amma bu istək həyata keçmədi. Çünki bir il öncə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi.
1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.
Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.
"Bəxtiyar” (Gülbadam), "Bir məhəllədən iki nəfər” (Fatma), "Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
1976 — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın Xalq artisti Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu
[imgb=left]http://anaveusaq.az/uploads/posts/2018-01/1515201550_screenshot_3.png[/img]68 yaşında Bakıda vəfat etmişdir.
Əfrasiyab Bədəlbəyli 1907-ci il aprel ayının 19-da, Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımm ailəsində anadan olmuşdur.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirmişdir.
li Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib.
Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.
Uzun illər boyu "Elm və həyat" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və problematik məqalələr çap etdirmişdir.
 1999 — Azərbaycan alimi, tarix elmləri doktoru, professor Səfyar Bəylər oğlu Musayev 63 yaşında Bakıda vəfat etmişdir
Tarixdə bu gün -  6 yanvarSəfyar Musayev 1935-ci il iyulun 17-də qədim Azərbaycan ‎İrəvan quberniyasının Yeni Bayazid qəzasının Basarkeçər rayonunun Nərimanlı ‎‎(Hüseynqulu Ağalı) kəndində danadan olmuşdur.‎
S.Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət ‎Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini ‎fərqlənmə diplomu ilə başa çatdırmışdır. ‎
Elmə olan böyük marağı S.Musayevi 1962-ci ildə Bakı Dövlət Universitetinin ‎aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə ‎tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq ‎görülmüşdür.‎
‎1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri ‎seçilmiş və ömrünün son günlərinə kimi bu vəzifədə çalışmışdır.‎
Professor Səfyar Musayev çox gərgin, səmərəli və məhsuldar işləyən görkəmli ‎tədqiqatçı alim idi. O, tarixin başlıca elmi istiqamətlərindən hesab edilən siyasi ‎tarix sahəsində geniş araşdırmalar aparan, onu dəqiq fakt və sənədlərlə ‎zənginləşdirən, yeni elmi məktəb yaradan alimlərdən idi. Tədqiqatçının ictimai-‎siyasi hərəkatlar və partiyalar, ölkəmizin iqtisadi, tarixi və mədəni problemlərini ‎elmi cəhətdən işıqlandıran monoqrafiyaları, məqalələri, müəllifi və redaktoru ‎olduğu kitablar, dərsliklər indi də öz aktuallığını saxlamaqdadır. O, 400-dən çox ‎elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir. ‎
Səfyar Musayevin rəhbərliyi altında 30-a qədər namizədlik dissertasiyası müdafiə ‎olunmuşdur. Almaniya, Avstriya, Türkiyə, İran, Çin, Çexiya, Kipr və b. ‎ölkələrdə siyasi tarixin tədrisi, türkdilli xalqları düşündürən problemlərlə bağlı ‎simpoziumlarda, konfranslarda maraqlı məruzələr etmişdir.‎
Görkəmli alim ömrünün 40 ilindən çoxunu BDU-da keçirmişdir. O, bu müddət ‎ərzində universitetin ictimai-siyasi və elmi həyatında mühüm xidmətlər ‎göstərmişdir. Səfyar müəllimin rəhbərliyi altında ilk dəfə BDU-da Siyasi tarix ‎kafedrası yaradılmış və səmərəli fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə 1991-‎ci ildə respublikamızda ilk dəfə olaraq ali məktəb tələbələri üçün fundamental ‎xarakterli "Siyasi tarix” dərsliyi çap edilmişdir. 1998-ci ildə işıq üzü görən bu ‎dərsliyin ikinci cildi respublikanın təhsil sistemində siyasi fənlərin tədrisində ‎yaranan boşluğun aradan qaldırılmasında mühüm hadisə olmuşdur.‎

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz