» » Tarixdə bu gün - 5 yanvar

Tarixdə bu gün - 5 yanvar

Müəllif: Dəyanət от 5-01-2017, 00:15
 
5 yanvar

Mühüm hadisələr:

Tarixdə bu gün - 5 yanvar

 

1769 — İngilis mühəndis Ceyms Uatt buxar maşınını patentləşdirib.

1809 — Türkiyə ilə İngiltərə arasında müharibə Sultaniyə sülhü ilə başa çatıb.

1929 — Yuqoslaviyada diktatura rejimi bərqərar olub.

1930 — ÜİK(b)P MK "Kollektivləşmənin templəri və dövlətin kolxoz quruculuğuna kömək tədbirləri haqqında" qərar verib. Bu tarix keçmiş SSRİ-də kütləvi kollektivləşmənin başlanğıcı hesab olunur. Qərara əsasən SSRİ-də kollektivləşmə beşilliyin sonunadək (1932) başa çatmalı idi. Qafqaz üçün isə son tarix olaraq 1930-cu ilin payızı müəyyən edilib.

1956 — İlk sovet ekspedisiyası Antarktidaya çatıb.

1969 — SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb.

1991 - Bakının Dağüstü Mədəniyyət və İstirahət Parkında (indiki "Şəhidlər Xiyabanı"nın ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M. Kirovun nəhəng heykəli sökülüb.
Yarım əsrə yaxın Bakının ən uca zirvəsində "qərar tutan" abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi.
Heykəlin götürülməsi ilə bağlı rəsmi məlumatda əsas kimi "texniki səbəb" - ərazinin sürüşmə zonasında olması göstərilirdi. Gerçəkdə isə bu, Azərbaycanın sovet sistemi və onun simvolları ilə vidalaşmasına işarə idi.
 
Doğum günləri:

1819 — Hərbi xadim, general-leytenant. Sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu İsmayıl xan Naxçıvanski Naxçıvanda anadan olmuşdur.
[img=left]http://anaveusaq.az/uploads/posts/2019-01/1546627894_viptalisman6.jpg[/imgTiflis hərbi gimnaziyasını bitirmiş (1839), bir il sonra poruçik rütbəsi almışdır. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanskiyə 1844-cü ildə ştabs-kapitan, 1860-cı ildə isə alay komandiri kimi polkovnik rütbəsi verilmişdir. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür.
Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan künbəzli hamam tikdirmişdir. Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur. Birinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav", üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdur. Rus yazıçısı Valentin Pikul "Bəyazid" tarixi romanında Naxçıvanskinin obrazını təhrif etmiş, və onu satqın kimi göstərmişdir. Bu, Rus tarixçiləri tərəfindən kəskin etiraza səbəb olmuşdur.
Naxçıvanskinin adı Sovet Hərbi Ensiklopediyasının birinci cildində də çəkilir, "Bəyazid" şəhəri rus qoşunları tərəfındən mühasirəyə alınarkən gedən ağır döyüşlərə polkovnik Naxçıvanskinin rəhbərlik etdiyi göstərilir.

1884  Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Ü.Hacibəylinin xalası oğludur.
Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb.
1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

1887  Tanınmış tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov  аnаdаn оlub.
 30 iyun 1967-ci ildə  80 uaşında vəfat etmişdir.
Qəzəl və qoşmalar yazıb. Məşhur tarzən Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.


1910  Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov  Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub.
 19 yanvar 1991-ci ildə  81 yaşında vəfat etmişdir.
"Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.
 

Tarixdə bu gün - 5 yanvar 1924 —Azərbaycanın görkəmli tarixçi alimi, AMEA-nın müxbir üzvü Məşədixanım Sədulla qızı Nemətova Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir.

Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəri idi). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəri olmuşdur.

Ən dəqiq sənədlərlə 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun, o cümlədən 12 monoqrafiyanın müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə" "Şöhrət" ordeninə layiq görülmüşdür.

Məşədixanım Nemətova epiqrafikanı bir fənn kimi də Azərbaycanda yaratmışdır. Onun işi təkcə epiqrafik abidələrin aşkar edilməsi, toplanması, tərcümə edilməsi və çap olunmasından ibarət deyil. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır.

Məşədixanım Nemətin əldə etdiyi xanəgah, ribat, müqəddəs məzar, zaviyə və s. abidələr üzərindəki kitabələr XII-XIX əsrlərdə Azərbaycanda mövcud olmuş sufi cəmiyyətlərinin - Qələndəriyyə, Qədiriyyə, Bektaşiyyə qolları Babailər və Çələbilər, Xəlvətiyyə, Nəqşbəndiyyə qolu Ələviyyə, sənətkarlarla bağlı Əxi cəmiyyətinin mərkəzlərini, şeyxlərinin adlarını, onların fəaliyyətlərinin xronoloji çərçivəsini və fəaliyyət dairəsini müəyyənləşdirmişdir.

Məşədixanım Nemət XIII-XIV əsrlərdə yaşamış, fəaliyyət göstərmiş, Avropanın qapısı olan Anadolunu Çin ilə birləşdirən, Araz boyu Azərbaycandan keçən qədim karvan-ticarət (İpək) yolu üzərindəki Füzuli, Zəngilan, Cəbrayıl, Zəngəzur (Səlim keçidi), Ələyaz, Dərələyəzdə yerləşən memarlıq abidələrinin memarı Əli Məcdəddinin adını memarlıq tarixinə yazmışdır.

M.Nemət sənətşünaslıq tarixində məlum olmayan bədii daşyonma sənəti məktəblərini, onun əsasını qoymuş ustaları, onların davamçılarının, fəaliyyətlərinin xronoloji çərçivəsini və əsərlərinin yayıldığı sahələri müəyyənləşdirmişdir. O, XII-XX əsrlərin əvvəllərinə kimi memarlıq və sənətşünaslıq tarixində məlum olan inşaatçı usta, memar, xəttat, həkkakların siyahısına Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala bölgəsi üzrə məlum olan 8 nəfərin siyahısına 137 nəfərin adını əlavə etmişdir. Qalan bölgələrdə də bu kimi əlavələr var.

M.Nemət XIII-XIV əsrlərə aid Abşerondakı (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə yazılmış kitabələrə əsasən xristian Suriya nəsranilərinin Abşeronda yaşamalarını, türkləşmələrini və Azərbaycan xalqının təşəkkülündə iştirak etmələrini sübut etmişdir və s.

Məşədixanım Nemətin elmi fəaliyyəti respublikamızdan kənarlarda da dəyərləndirilib. 1991-ci ildə Tehranda təşkil olunmuş kitab sərgisində görkəmli alim kitabları ilə iştirak etmişdir.

2011-ci ildə Türkiyədə, Karsda keçirilmiş "Qazı Kars şehrengizi” simpoziumunda Məşədixanım Nemət türk-islam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır.

Görkəmli alim Məşədixanım Nemətova 27 dekabr 2016-cı ildə 92 yaşında Bakı şəhərində vəfat etmiş və Zabrat qəbiristanlığında dəfn olunub.


1927  Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulub.

Tarixdə bu gün - 5 yanvarBurada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən).

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur.


Tarixdə bu gün - 5 yanvar1947  Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Xankəndində dünyaya göz açmışdır. 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır.
Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi.
Ş.Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

 

Tarixdə bu gün - 5 yanvar1949 — Tanınmış aktrisa, Əməkdar artist Kübra Əliyeva   Gəncə şəhərində anadan olmuşdur.

1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s.

Musiqili Komediya Teatrında oynadığı rollar

Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq). Aktrisa "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar"(Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) teletamaşalarında iştirak edib. Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

2006-cı ildən Prezident təqaüdçüsüdür.


 

Tarixdə bu gün - 5 yanvar

 

1955  Əməkdar artist Fərhad İsrafilov anadan olub.
 1975-1979-cu illərdə Moskvada ÜDKİ-nin Aktyorluq fakültəsində təsil alıb. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. 1989-cu ildən ""Yuğ" teatrında işləyir.
6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident mükafatına layiq görülmüşdür.
"Yeddi oğul istərəm” filmində Qəqəni rolu ilə məşhurlaşıb.
"Evlənmək istəyirəm”, "Doğma sahillər” və s. filmlərdə çəkilib.  

1971 Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimov Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır.
İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas Tarixdə bu gün - 5 yanvaretmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.
Gündəlikdən sətirlər:
Onun yarımçıq qalmış gündəliyindəki qeydləri həyəcansız oxmaq mümkün deyil: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım",
Bu gün 91-ci ilin yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar" – deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı.
Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım.
Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürdülər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdiE Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralandım. Üç ay özümdə olmadım.
Yenidən silahdaşlarımızn yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi.
Gündəlik yarımçıq qalıb. Həmin gün Elgiz Kərim oğlu Kərimov şəhid olub. Bəy otağı qara boyanıb, bəylik kostyumu görənlərin gözlərini göynədir. Nisgilli anaya oğlunun toyunda oynamaq qismət olmadı. 15 ildir Bərdədə, Şəhidlər xiyabanında oğlunun məzarını ziyarətə gəlir. Atanın, ananın, dost-tanışının bircə təskinlikləri var: Elgiz Kərimov qəhrəmanlıqla həlak olandan üç ay sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri ada layiq görülüb.

Tarixdə bu gün - 5 yanvar1970  Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir.
1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. 
 Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu düşmənə qarşı daha qətiyyətli mübarizəyə səsləyir..
Erməni quldurları 24 mart 1992-ci ildə Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Cəsur oğlumuz düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Doğulduğu kənddə, Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

Vəfat etmişdir:

 
1478 —Əsl adı Həsən bəy Bayandur olan Uzun Həsən 1423-cü ildə anadan olub. Uca boylu olduğuna görə ona "Uzun Həsən" ləqəbi verilib. Qara Yuluq Osman Tarixdə bu gün - 5 yanvarBəyin nəvəsidir.
Trabzon imperatoru IV İoanın qızı Dəspinə xatunla evlənib və bu izdivacdan Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə adlı 7 oğlu olub.
Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa ölkələrlə diplomatik münasibətlər qurub.
Ağqoyunlu sarayında səfir olan Venesiya diplomatı Ambrozio Kontarini yol qeydlərində Uzun Həsənin şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişi olduğunu yazır.
Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirərək, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurub. 1467-ci ildə Muş düzündə Cahanşahı məğlubiyyətə uğradaraq Qaraqoyunlu dövlətini süquta yetirib, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib. Bundan sonra paytaxtı Təbriz şəhəri olan böyük Ağqoyunlu dövləti qurub.
Uzun Həsən ilk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün bir sıra islahatlar aparıb və "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşan qanunnamə qəbul edib. Onun dövründə vergilərin yığılması qanuniləşib və sistematik şəkil alıb. Sənətkarlıq və ticarət inkişaf edib, xəzinə dolub və Azərbaycanda mərkəzləşdirilmiş dövlət yaranıb.
Uzun Həsən ordunu təkmilləşdirmək məqsədi ilə Avropadan hərbi mütəxəssislər dəvət edib. Odlu silah, o cümlədən top istehsalına başlanılıb, topçu kadrlar hazırlanmasının əsası qoyulub. Onun dövründə Təbrizdə örtülü Qeysəriyyə bazarı, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikilib. Sarayda alimlər məclisi təşkil olunub, zəngin kitabxana yaradılıb.
Osmanlı İmperiyasına qarşı yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsinə çalışan Uzun Həsən Sultan II Mehmetə qarşı bir neçə döyüş aparıb.
Uzun Həsən 1478-ci il yanvarın 5-də vəfat edib və özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn olunub.
Onun vəfatından təxminən 20 il sonra Ağqoyunlu dövləti iki yerə parçalanıb. 1501-ci ildə isə Şah İsmayıl bu dövlətin mövcudluğuna son qoyub.
Atası Əli bəy Ağqoyunlu, anası isə Sara Xatundur.
1441-ci ildə Əgil hakimi Dövlətşah bəyin qızı ilə evlənmişdi. Ondan olan övladı:
Uğurlu Məhəmməd
Digər evliliklərdən olan oğulları:
Zeynal bəy
Sultan Xəlil (Səlcuqşah bəyimdən)
Məsih Mirzə
Maqsud Mirzə
Yusif Mirzə
Despina Xatunla olan övladları:
Sultan Yaqub
Aləmşah bəyim
İki başqa qız

Tarixdə bu gün - 5 yanvar1994   Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarov vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
 Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır.
1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.
Оnu "Edik" kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur.
Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir. Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi, dörd övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz