» » Tarixdə bu gün - 3 yanvar

Tarixdə bu gün - 3 yanvar

Müəllif: Dəyanət от 3-01-2017, 00:15
3 yanvar 

İlin 3-cü günü.

Mühüm hadisələr:

1804 — Gəncə Rusiya qoşunları tərəfindən işğal olunur.

1993 — Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanır.

Doğum günləri:

1907  Azərbaycanın ilk piano müəllimi, professor, Xalq artisti Kövkəb Səfərəliyevanın anadan olmuşdur.1915-ci ildә səkkiz yaşlı Kövkәb Marinski adına Tarixdə bu gün - 3 yanvarümumtəhsil mәktәbinә daxil olur. Eyni vaxtda o һәm dә fortopiano sinfindә musiqi dәrslәri alıb.
1926-cı ildә musiqi texnikumunu bitirirdikdən sonra onu Türk qadın seminariyasına işә dәvәt edirlәr. Burada o ilk pedaqoji fәaliyyәtinә başlayır. Mәһz bu seminariyada da möһtәşәm ikilinin - Üzeyir bәylә Kövkәb xanımın tanışlığı vә birgə fәaliyyәtləri başlayır.
Musiqi Texnikumundan sonra Sәfәrәliyeva dövlәt konseravatoriyasının fortopiano şöbәsinә daxil olur. Öz dövrünün dәyәrli mütәxәssislәrindәn dәrs alır. Onlardan öyrәndiklәrini isә o, illәr sonra mәһz elә bu musiqi ocağında yeni nәslә öyrәdәcәkdi. Әvvәlcә tәcrübәçi-pedaqoq sonra isә xüsusi fortopiano sinfinin pedaqoqu kimi. Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, 1952-ci ildə isə.həmin tədris müəssisəsinin professoru olmuşdur.
Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur (1937 - 1952).
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır.
Asəf Zeynallının həyat yoldaşı olmuşdur.

 

Tarixdə bu gün - 3 yanvar1916 — Azərbaycanın "Əməkdar müəllimi" , "Şöhrət" ordeni Sona Hənifə qızı Tağıyeva Bakı şəhərində anadan olmuşdur.O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942-1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır. Məktəbin vətənpərvərlik və milli mənəvi dəyərlərə sədaqət ruhunda böyümüş minlərlə məzunu bu gün də Sona xanımın yetirmələri olmalarından böyük qürur hissi keçirirlər.
Həyatını gənc nəslin tərbiyəsinə həsr edən Sona Tağıyeva hələ pedaqoji fəaliyyətə başladığı ilk illərdən təlim-tərbiyədə qazandığı uğurlarla diqqəti cəlb etmişdir. O, bütün həyatı boyu müəllimlik adını yüksək tutmuş, idarəetmə qabiliyyəti və tərbiyəçilik məharəti nümayiş etdirmiş, rəhbərlik etdiyi pedaqoji kollektivin uğurlarının təminatçısına çevrilmişdir.
Respublikanın maarif salnaməsinə mühüm səhifələr yazan Sona Tağıyeva işlədiyi müddət ərzində həmişə əməksevərliyi və təşkilatçılıq bacarığı ilə seçilmişdir. Böyük müəllimlik ustalığı və yetişməkdə olan gənc nəslə sonsuz məhəbbəti sayəsində o, pedaqoji ictimaiyyətin dərin ehtiramını qazanmışdır. Sona Tağıyeva maarif sahəsindəki işini, eyni zamanda, ictimai fəaliyyətlə sıx birləşdirirdi. O, Azərbaycan müəllimlərinin bütün qurultaylarının nümayəndəsi olmuş, Azərbaycan pedaqoqlarını müxtəlif qurum və təsisatlarda layiqincə təmsil etmişdir.
Sona Tağıyevanın milli təhsilimizin inkişafı sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət” ordeni ilə təltif edilmişdir

Tarixdə bu gün - 3 yanvar1936 - Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika - riyaziyyat elmləri doktoru, professor Məlik-Baxış Babayev
Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960-1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir. Professor Məlik-Baxış Babayev adına riyazi termin olan ilk azərbaycanlı riyaziyyatçıdır. Belə ki, 1992-ci ildə İtaliyada keçirilmiş beynəlxalq konfransda onun tədqiq etdiyi çoxluqlar "Бабаевские множества” adı ilə riyazi termin kimi qəbul edilmişdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru S.V.Konyaginin aspirantlar və tələbələr üçün oxuduğu "Yaxınlaşma nəzəriyyəsi” kursunun bir fəsli "Бабаевские множества, их свойства и применение” adlanır. Azərbaycanda təhsilin inkişafında, onun dünya təhsilinə inteqrasiya olunmasında Məlik-Baxış müəllimin müstəsna xidmətləri olmuşdur. 1997-ci ildə Məlik-Baxış müəllim dünyada ilk dəfə olaraq yeni bir təlimin – "Maraq və Məntiq” təliminin əsasını qoydu. Bu təlim elm, texnika və həyat haqqında maraqlı, düşündürücü suallar, məsələlər, hadisələrlə zəngin olmaqla insanı düşünməyə dəvət edir, onun məntiqi düşünmə qabiliyyətinin inkişafına, intellektinin yüksəlməsinə, həyata marağının artmasına xidmət edir. Məlik-Baxış müəllim 10 ildən artıq müddətdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İdarəçilikdə riyaziyyat” fənnindən mühazirə oxumuş və bu mühazirələrin nəticəsi kimi 2002-ci ildə "Математика в управлении", 2003-cü ildə isə "İdarəçilikdə riyaziyyat" dərsliklərini yazmışdır. 2005-ci ildə Məlik-Baxış müəllim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi” adı ilə təltif edilmişdir. 1 fevral 2013-cü ildə görkəmli alim Məlik-Baxış Əli İkram oğlu Babayev Bakı şəhərində vəfat etmişdir.
 
Tarixdə bu gün - 3 yanvar1955 — Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Sabir oğlu Əsədov
Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.
"Yeni Azərbaycan" Partiyası Siyasi Şurasının üzvüdür.Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Rus və ingilis dillərini bilir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 2014-cü ildə Prezidenti İlham Əliyev Oqtay Əsədovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Vəfat etmişdir:

1506 —  Görkəmli özbək şair, filosof və dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mirр) 55 yaşında Heratda  vəfat üetmişdir.
Tarixdə bu gün - 3 yanvarŞair 1441-ci ildə  Herat şəhərində anadan olmuşdur.
Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır.Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır.Bu əsərlərin hamısı məşhurdur,amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn","Məcalisün-Nəfais" adlı əsərləriylə,beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır. "Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarşılaşdırır.Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır,sübuta yetirir. "Məcalisün-Nəfais" şairlər və ədiblər təzkirəsidir.Başqa cür desək,bir ədəbiyyat tarixidir və 15. əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. "Xəmsə"sində "Fərhad və Şirin","Leyli və Məcnun" kimi mənzum romanları,Makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri",sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri,əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir.Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb.Qəzəllər,müxəmməslər,rübailər,müstəzadlar ,müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.
1804 — Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu xanı Cavad xan və oğlu Hüseynqulu xan general Tarixdə bu gün - 3 yanvarSisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə həlak olublar. Cavad Xanverdi oğlu (1785-1804) 19 il ərzində Gəncə xanı olub və Azərbaycan tarixinə Vətənini ürəkdən sevən cəsur hökmdar kimi daxil olub. Cavad xan Gəncədə, Cümə məscidi ərazisindəki türbədə dəfn olunub.
Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurur. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.
Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə əvvəlcə Rəhim bəy, bir müddət keçəndən sonra isə 1786-cı ildə onun qardaşı Cavad xan gəlir. Görünür, Cavad xan hakimiyyətə İraklinin köməyi ilə gəlmişdi. Belə ki, bundan sonra bir neçə il müddətində o, ilbəil gürcü çarına 10 min manat həcmində vergi ödəyirdi. Həmin asılılıqdan və gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xanla II İrakli arasındakı münasibətlər daha da gərkinləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.


Tarixdə bu gün - 3 yanvar1938 — Jurnalist Gülarə Qədirbəyova Sibir sürgünündə vəfat edib. Gülarə xanım 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930-1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur.
1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur.
Qədirbəyova 5 il Sibirə sürgün edilmiş, 1942-ci ildə isə Sibir sürgünündə dünyasını dəyişmişdir.
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv etmiş və ona bəraət verilmişdir.
Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnmiş, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir.
Hazırda Baş Göynük kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır.
1943 Məşhur dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminli 55 yaşında Nijni Novqorod Tarixdə bu gün - 3 yanvar(indiki Qorki) şəhərində vəfat etmişdir.
Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.
Yusif Vəzir ilk əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-ci ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur.
Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adli, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi. 1905-ci ilin yayında erməni daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökumət əsgərləri bu düsmənçiliyə qarşı laqeyd münasibət bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməsinə səbəb olur.
Yusif Vəzirin atası 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anasi Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın "Çəmənzəmin" adli kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək etmir. Yusifin atasi Məşədi Mirbabayev yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.
Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur "Cənnətin qəbzi" hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır.
Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.
Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə heç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu.
Yusif Vəzir Çəmənzəminlinin gündəlikləri, məqalələri, hekayə və romanları daxil olmaqla sənədlərinin böyük bir hissəsinin saxlandığı Əlyazmalar İnstitutu. Qayınanası Kiçikxanım Acalova Stalin repressiyası dövründə Çəmənzəminlinin ədəbi əsərlərini qoruyub saxlaya bilmişdir və bu sayədə Çəmənzəminil arxivi hazırda ən zəngin arxivlərdən biri sayılır.
Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları meydana çıxır. 1915-ci ildə Birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada "Zemstvo" təşkilatına daxil olub cəbhəyə gedir.
Fevral ingilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir.
Müharibə ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda "Azərbaycan" qəzetində "Xarici siyasətimiz", "Milli və mədəni islərimiz" başlığı ilə silsilə məqalələrini çap etdirir. Yusif Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi –coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir.
Bir müddət burada fəhləlik edir.
1925-ci ildə Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və onu gözləyən təhlükələrə baxmayaraq[, vətəni Azərbaycana qayıtmağı qərara alır.
Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır. Sonralar Stalinə ünvanladığı məktubunda Vəzirov çarəsiz vəziyyətini və on il əvvəl Sovet Azərbaycanına qayıtmasının səbəblərini açıqlayırdı. Vəzirov yazırdı: "Mənim üçün Vətən, dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir liman kimidir”.
Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl "Bakı işçisi" nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni Tarixdə bu gün - 3 yanvarbölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft İnstitutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi.
1937-ci il Stalin təmizləmələrinin ən çətin illərindən biri idi. Azərbaycan Yazıçılar İttifaqı da öz növbəsində (digər sovet qurumları kimi) ciddi cəhdlə "sıraları təmizləyirdi". Vəzirov da hədəf alınmış 20-yə yaxın yazıçı arasında idi. 19 iyun 1937-ci ildə "Ədəbiyyat" qəzetində Çəmənzəminlini əks-inqilabçı olmaqda ittiham edən yerddi məqalə çap edildi. Onu "Studentlər" və "Qızlar bulağı" kimi romanlarında mənfi obrazlar vasitəsilə əks-inqilabi fikirlər təbliğ etməkdə ittiham edirdilər.
1937-ci il may ayının 20-də Azərbaycan K(b)P-nın Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir, daha sonra Moskvaya . Əli hər yerdən üzülən Yusif Vəzir Yusif 1938-ci ilin avqust ayında Yusif Vəzir Özbəkistana - Urgəncə yola düşür. O, Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.
1937-38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan və heç şübhəsiz, ürək tutmasından vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu.
1956-cı ildə Yusif Vəzirə bəraət verildi.

1970 — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş şəhid şəhid Müşfiq Mustafa oğlu Mirzəyev Ermənistanin Cermuk şəhərində anadan olub, orada orta Tarixdə bu gün - 3 yanvarmektəbi bitirmisdir. 1988-ci ildən Mingəçevirdə yaşayırdılar. 1988-1990-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətini Monqolustanda yerinə yetirmişdir.

1992-ci dildə mart ayından Qarabağ muharibəsində dəfələrlə iştiraketmişdir. Qarabağda "Yeraz Mişa" kimi ad alib san qazanmiş, ermənilərin ürəyinə türk xofu salan Müşfiq Mirzəyev haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Müşfiqin adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü.Hetta onun başına küllü miqdarda pul da qoyulmuşdu.Çavuş bölmə komandiri idi.
1993-cü ilin fevralında "Səda"nın müxbiri Vaquazaya getmisdiler.Xankəndinə lap azca qalırdı. "M-2" burada döyüşürdü. Müşfiq batalyonun ürəyi idi. O,gülləden, düşməndən qorxmurdu. Erməni dilini mükəmməl bilirdi ve buna gore də dəfələrlə "dil" gətirmişdi. Qamətinə, yerişinə,duruşuna göz istəyirdiki baxsin. Döyüşə atilanda şirə dönürdü,hamidan öndə gedirdi. 1993-cü ildə fevralın 5-də rota muhasirəyə düşdü, beş gün qeyri-bərabər döyüş gedirdi və ordan sağ-salamat cıxırlar. Fevralın 13-də Müşfiq agır yaralanır, üc gün sonra gözlərini əbədi həyata yumur. Müşfiqin Çardaqlı, Mehmanə, Çıldıran, Arqomer,Koçakort, Vaquas, Vəng döyüşlərindən eşidilib,ayaq izləri keçilməz sıldırımların sinəsində qaranlıq dərələrin dibinde həkk olunub.
Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra ilə təltif olunmuşdur.
Yaşadığı Mingeçevir şəhərinin keçmiş Puşkin kuçəsində yerleşən parka məhz bu qəhrəmanın adı verilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz