» » Tarixdə bu gün - 2 yanvar

Tarixdə bu gün - 2 yanvar

2 yanvar

İlin 2-ci günü

Mühüm hadisələr:

1839— Lui Dager Ayın ilk fotoşəklini çəkir.

1920- Sovet (bolşevik) Rusiyasının xarici işlər komissarı Çiçerin Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyskiyə nota göndərib. Bolşeviklər Azərbaycandan Rusiyadakı vətəndaş müharibəsinə tərəf olaraq qoşulmağı və general Denikinə qarşı savaş elan etməyi tələb edirdilər. Cümhuriyyət hökuməti bu tələbi rədd etdi.

1992- Ekvador Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə xeyli sonra, 2004-ci il martın 22-də quruldu.

Doğum günləri:
 

Tarixdə bu gün - 2 yanvar1939 — Tanınmış müğənni, Əməkdar artist  Nazim Maşallah oğlu Ağayev Bakı şəhərində anadan olmuşdur.

Atası Ağayev Maşallah əslən cənubi azərbaycanlı olaraq Bakda oxuyub təhsil almış, müxtəlif illərdə Tütün və Qənnadi fabriklərində fabrik müdiri işləmiş, 44 yaında vəfat etmişdir.

Anası Asiyə Ağayeva Lənkəranda doğulmuşdur.

Nazim 1962-ci ildə Teatr institunun musiqili komediya fakültəsinə daxil olmuş, 1967-ci ildə müvəffəqiyyətlə bitirmişdir. İnstitut illərində institutun keçirdiyi tədbirlərdə fəal iştirak edən Nazim bu tədbirlərin birində Azərbaycan Radio və televiİyası xorunun bədii rəhbəri bəstəkar Ramiz Mustafayev tərəfindən xora dəvət edilmiş və üç il xorun solisti olmuşdur. İnstitut illərində vaxtaşırı Əhməd Bakıxanovun, Əhsən Dadaşovun, Baba Salahovun rəhbərlik etdikləri ansambllarda çıxış etmişdir. Axırıcı kursun imtahan tamaşalarında Şəmsi Bədəlbəyli tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət edilən Nazim bir neçə tamaşada müvəffəqiyyətlə iştirak edir.

1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Misirdə, Vyetnamda, Polşada, İtaliyada, Maltada, Hindistanda, Bolqariyada, Macarıstanda qastrollarda olmuşdur.

Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışmışdır. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olmuşdur.

1991-ci ildən təqaüdə çıxmışdır. Heydər Əliyev fondunun təqaüdçüsü olmuşdur. 2009 ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Əməkdar artist fəxri adina layiq görülüb.

2018 -ci il aprel ayının 24-də uzun müddət əziyyət çəkdiyi xəstəlik nəticəsində dünyasını dəyişmişdir.

 

Tarixdə bu gün - 2 yanvar1943Məşhur  türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço  İstanbulda anadan olub.

 Barış Manço (Tosun Yusuf Mehmet Barış Manço) Türk qaya musiqiçisi, müğənni, söz yazarı, bəstəkar, aktyor, televiziya prodüseri idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir. Televiziya proqramından 7'den 77'ye ("7-dən 77-ə qədər)" Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri olaraq qalır

Barış Mançonun  anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış ("sülh") olaraq adlandırıldığı zaman Savaş (Türkcə "müharibə") adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir.
Manço qismən alban əslli idi.

1 fevral 1999 –cu ildə 56 yaşında vəfat etmişdir.

 

Tarixdə bu gün - 2 yanvar1945 -Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. 

İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.

Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.

"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.

Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.

Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Və günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyor son oyunu idi...

27 mart 1986-cı ildə 41 yaşında vəfat edib.

 

Tarixdə bu gün - 2 yanvar1950– Şair, yazıçı, ədəbiyyatşünas Rafiq Yusifoğlu (Əliyev) Qubadlı rayonunun Çardaxlı kəndində doğulub. Burada səkkizillik məktəbi, 1966-cı ildə isə Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir. Ədib 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Rafiq Yusifoğlu əmək fəaliyyətini davam etdirməklə yanaşı, 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
O, 1984-cü ildə "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə isə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Kitabları: "Ocaq yeri”, "Aylı cığır”,"Qəm karvanı”, "Bahar qatarı” və s. F.Q.Lorkanın, C.Bayronun və s. ədiblərin şeirlərini dilimizə tərcümə edib.
Rafiq Yusifoğlu Sumqayıt Dövlət Universitetinin "Azərbaycan və xarici ölkələr ədəbiyyatı" kafedrasının professorudur. 2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Eyni zamanda 2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. O, uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı olmuşdur. Bununla yanaşı, 1985-ci ildə Moskvada Ali Komsomol məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.

 

Tarixdə bu gün - 2 yanvar1975— Azərbaycan Respublikasının Milli Qəhrəmanı,  general-mayor Polad İsrayıl oğlu Həşimov Qutqaşen rayonunun (indiki Qəbələ)  Vəndam kəndində anadan olmuşdur.

Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

Polad Həşimov 2003-cü ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.

Polad  Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.

 General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda  polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verildi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən büstü hazırlanıb.

Rəssam Ülkər Əbülfət tərəfindən zərlə çəkilmiş və rəssam Məcnun Rəfiyev tərəfindən çay daşları ilə işlənmiş portreti hazırlanıb.

2020-ci ilin avqustunda Qanun Nəşriyyatı tərəfindən general haqqında "Polad generalımız" adlı kitab nəşr edilib.

"Hədəf” nəşriyyatı tərəfindən "Polad Həşimov xatirələrdə" adlı kitab nəşr olunub.

 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib.

2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə "Paşam, hey" adlı mahnı və klip hazırlayıb.

 

 

Tarixdə bu gün - 2 yanvar2002–  Şahmat üzrə  2 qat Avropa çempionu, 4 qat Azərbaycan çempionu, dünya çempionatının qalibi, Al–Ain Beynəlxalq Çempionatında I yerin sahibi, FİDE ustası Abdulla Azər oğlu Qədimbəyli anadan olub.
2008-ci ildə Bakı şəhərinin 287 saylı "Zəkalar" liseyində 1-ci sinfinə daxil olub.
5 yaşından şahmatla məşğul olub. Bakı şəhər 2 nömrəlili Uşaq Gənclər Şahmat idman məktəbinin yetirməsidir. 2009, 2010-cu ildə 2 qat Avropa çempionu, 2009, 2010, 2011, 2014-cü illərdə 4 qat Azərbaycan çempionu, 2011-ci ildə Avropa çempionatı I–II yer, 2012-ci Dünya çempionatı III–IV yer kimi nailiyyətlər qazanmışdır.
Onun əldə etdiyi ən böyük uğurlardan biri, 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında 34-cü dünya çempionatında olub. Belə ki, 179 ölkənin şahmatçıları arasında keçirilən dünya birincilyində, Azərbaycanın yeganə təmsilçisi olan Abdulla Qədimbəyli 8 yaşlı şahmatçılar arasında 11 oyundan 9.5 xal toplayaraq dünya çempionatının qalibi elan olunub.
2010-cu ildə FİDE ustası, ELO (Reytinq) – 2416 olub.
2014-cu ildə isə Beynəlxalq usta norması adına layiq görülmüş Abdulla 2012-ci ildə Avropa kubokuda II yer, 2013-cü ildə Dünya çempionatında II yer, 2014-cü ildə "Dubay Open" beynəlxalq şahmat turnirində III yer, 2015-ci ildə isə Al-Ain Beynəlxalq Çempionata öz həmyaşıdlarını məğlub edərək I yeri qazanıb.
24 yanvar 2018-ci il tarixində şahmat üzrə kişilər arasında Azərbaycan çempionu olub.


Vəfat etmişdir:
 

Tarixdə bu gün - 2 yanvar1938 – Azərbaycan aktyoru Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə  repressiya qurbanı olmuşdur.

Milliyyətcə acar olan Ülvi Rəcəb romantik və realist aktyor məktəblərinin poetika səciyyələrini zənginləşdirən sənətkarlardan biridir. O, 1903-cü ilin yanvarında Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub. Atası Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynayıb. On altı yaşında atasını itirmiş Ülvi təhsilə erkən yaşlarından başlayıb. Xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi başlananda Ülvi təhsilini ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə müharibə qurtarandan sonra  Batuma qayıdıb.

Həmin il Hüseyn Ərəblinski geniş repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları əsasən "Artistlər cəmiyyəti"nin zalında oynayırdılar. Ülvi "Otello" tamaşasma baxıb və Ərəblinskinin Otellosu onu məftun edib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub. Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. Gənc teatr həvəskar hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb.

O vaxtdan Ülvi Rəcəb Batumdakı teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlib. Rustaveli teatrında iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfərini yarımçıq saxlayıb. Ülvi burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olub. Batuma qayıtmayan Ülvi Rəcəb Tiflisdə qalıb və "Zubalov evi"ndə fəaliyyət göstərən "Azərbaycan uram cəmiyyəti"nə daxil olub. "Ölülər" (Mirzə Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib. Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivində çalışıb. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış edib.

1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub. Çoxşaxəli yaradıcılığa malik Ülvi Rəcəbin ifa etdiyi rolları şərti bölgüyə ayırsaq əsas beş qisının üstündə dayanınış olarıq. Qəhrəman obrazları: Mixail Yarovay ("Düşmənlər", Konstantin Trenyov), Səyavuş ("Səyavuş", Hüseyn Cavid), Polad Qartal ("Polad Qartal", Aleksandr Korneyçuk), Qüdrət Arslan, Yaşar ("Dönüş" və "Yaşar", Cəfər Cabbarlı). Faciə qəhrəmanları: Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"mda Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan.

Aktyor Hamlet rolunu həm Aleksandr Tuqanovun (1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb. Həmin rolu Abbasmirzə Şərifzadə kimi təcrübəli aktyor da ifa edib. Onun ifası coşğun və çılğın ehtirası, Ülvi Rəcəbin oyunu isə psixoloji dərinliyi və emosional temperamenti ilə seçilib. Ülvinin şahzadəsində filosof düşüncəsinin sanbalı obrazın ifasına əzəməf və siqlət gətirib. Dramatik obrazlar: Borodin ("Qorxu", Aleksandr Afinogenov), Huinplen ("Gülən adam", Viktor Hüqo), Jak ("İki yetimə", Adolf D'Enneri və Germon), Voronov ("İntervensiya", Lev Slavin), Mühəndis Eldəniz ("Yanar dərə", Cabbar Məcnunbəyov). Ülvi Rəcəbin dramatik ifadə vasitələrində güclü müasirlik ruhu və heyranedici reallıq, səmimi təbiilik vardı Mürəkkəb psixoloji personajlar: Aqşin ("Od gəlini", Cəfər Cabbarlı), Süleyman ("Həyat", Mirzə İbrahimov), Balaş ("Sevil", Cəfər Cabbarlı. Aktyor bu rolu Türk İşçi Teatrında oynayıb), Satin ("Həyatın dibində", Maksim Qorki), Ninkir Sin ("Zaqmuq", Anatoli Qlebov). Ülvi Rəcəb milli səhnəmizin sırf psixologizm ünsürləri, lirik-emosional ifadə vasitələri ilə səhnədə sücaət göstərən ilk sənətkarlarından olub. Bu bacarıq və qabiliyyəti ilə o, romantik oyun üslubu ilə realist ifa tərzi arasında qırılmaz əlaqə bağları yarada bilib. Məhəbbət aşiqləri: Vilyam Şekspirin "Romeo və Cülyetta", Hüseyn Cavidin "Şeyx Sənan" faciələrində Romeo və Şeyx Sənan. Belə rollarda Ülvi Rəcəb səhnəmiz üçün o dövrdə yeni olan poetika xüsusiyyətlərini, estetik ifadə vasitələrini cəsarətlə sınaqdan çıxarıb. O, özünün poetik oyununda lirizmlə psixologizıni ahəngdar cazibədə birləşdirməsi ilə ənənə yaradıb. Aktyor bir oyun-üslubdan digərinə çox sərbəstcə, yüksək professionallıqla, janrın poetikaestetika prinsip və ölçülərində keçirdi. Onun Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq Romeosu kimi tarixiləşib. Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsmi qoyan ilkinlərdən biri və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan Ülvi Rəcəbdir. Ülvi Rəcəb MDT-da işləyə-işləyə dəvətlə Tiflisdə Şeyx Sənan, Yaşar, Yarovay rollarını oynayıb. 1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı "Sevil" tamaşasında Ülvi Rəcəb Balaş rolunu yüksək sənətkarlıqla oynayıb. Sevil rolunda onun yöndaşı Akademik teatrın aktrisası Mərziyə xanım Davudova və Gülüş obrazında İşçi Teatrının gənc istedadlarından Farma Qədri olublar. Ülvi Rəcəb Bakıdakı Rus Dram Teatrında həmin kollektivin hazırladığı "Otello" tamaşasında Otellonu oynayıb. Onun tərəf-müqabilləri B.İlin (Yaqo) və A.Suvorova (Dezdefliona) tanınmış və təcrübəli aktyorların olmasma baxmayaraq, Ülvinin oyunu parlaqlığı ilə seçilib. "Həyat" (rejissor Ədil İsgəndərov) tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik teatrda son işi və son qələbəsi oldu. Aktyor ictimai-sosial tutumlu, mürəkkəb psixoloji əsaslı, ikili xarakterli obraz yaratdı. Süleyman rolunun uğuru bütövlükdə tamaşanın ideya-bədii tutumunu, fikir dərinliyini, quruluşçu rejissorun ali məqsədini müəyyənləşdirdi. Bu tamaşanın premyerasından xeyli müddət sonra Ülvi Rəcəbi "Vətən xaini" damğası ilə tutdular. O, yüzlərlə günahsız qurbanlardan biri kimi faciəli şəkildə güllələndi. Teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə Ülvi Rəcəbə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib.

Ülvi Rəcəb milli teatr tariximizdə ilk aktyordur ki, realist-romantik aktyor oyun üslubuna geniş və yaradıcı tərzdə psixoloji dərinlik, lirik ahəng gətirib. Ülvi Rəcəb nəcib ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi şövq və məharətlə ifa edib. Ülvi Rəcəb monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik realizmə üstünlük verib. Ülvi Rəcəb cəmimiyyət və məlahət, ürəyəyatımlıq onun ifası üçün səciyyəvi cəhətlər idi. Ülvi Rəcəb gur və yapışıqlı səsində ürəkoxşayan lirizmn vardı. Ülvi Rəcəb sifət ifadə vasitələri zəngin, sirayətedici və xarakterik olurdu. Ülvi Rəcəb öz dövründə psixoloji pauzalardan ustalıqla istifadə edən ən bacarıqlı sənətkar kimi tanınırdı. Ülvi Rəcəb tərəf-müqabilləri (yöndaşları) ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına uyğun davranmaqda Ülvi həmişə nümunə göstərilirdi. Ülvi Rəcəb ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm də psixoloji rəsmini dəqiqliklə ölçüb-biçən, ətə-qana gətirən aktyor kimi seçilirdi. O, obrazların daxili dolğunluğuna heyrətamiz coşğunluqla, sadə, ancaq çoxmənalı ştrixlərlə nail olurdu. Romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik plastikaya malik olan Ülvi Rəcəb tanrının ona bəxş etdiyi istedadın cövhərli məziyyətləri ilə kifayətlənmirdi. Axtarışlar aparır, tapıb cilaladığı və oynadığı obrazın mayasma hopdurduğu ifadə vasitələri ilə tamaşaçıları məftun edir, onlara bədii həzz verirdi.

Ülvi Rəcəb janr baxımından rəngarəngliyə, xüsusən mövzu-problem müxtəlifliyinə can atan aktyor idi.

Ülvü Rəcəb 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda güllələnib

 

1938 — Alman mənşəli rus rəssamı, karikaturist, "Molla Nəsrəddin” jurnalının əməkdaşı Oskar İvanoviç Şmerlinq (rus. Оскар Иванович Шмерлинг) 74 yaşında Tarixdə bu gün - 2 yanvarTiflisdə vəfat etmişdir.

Oskar Şmerlinq 1863-cü ildə Tiflisdə hərbi qulluqçu ailəsində anadan olub. Tbilisi realnı məktəbində oxuyub. 1880-1881-ci illərdə özünün müstəqil "Ağcaqanad" (gürc. კოღო) jurnalını çıxarır, lakin bu jurnal maddi imkanlar baxımından yetərli olmur. Həmin illərdə "Falanj" (gürc. ფალანგა) jurnalına qoşulur lakin karikatura barəsində təcrübəli olmadığı üçün 1884-cü ildə peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. 1889-cu ildə akademiyanı gümüş medalla bitirir. Oranı bitiridikdən sonra 1 il ərzində Qarabağda Xankəndində yaşayır və Şuşada təşkil olunmuş teatr tamaşalarına dekorasiyalar verməklə məşğul olur. Onun əsərləri Almaniyanın "Papifaks", Rusiyanın "Səmimi söz" (rus. Задушевное слово) jurnallarında yayımlanır.

Şmerlinq Rusiyada bir müddət xəstə olaraq yaşayır. Daha sonra Almaniyadakı Münhen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir. 2 il burada rəssam Frans Rubonun sinfində təhsil alır. Bir müddət alman "Radfar Humor" jurnalında işləyir. 1893-cü ildə Tiflisə qayıdır və ailəsi ilə Zubalaşvili küçəsində yaşamağa davam edir. 1901-ci ildə Gürcüstanın "Tsnobis Purtseli" qəzeti (gürc. ცნობის ფურცელი) onun şəkillərini yayımlamağa başlayır. "Eşmaxis Matraxi" (Şeytanın qamçısı), "Şurduli" (Sapand), "Bziki" (Eşşək arısı), "İblis" və "Kənd qarışıqlığı" adlı gürcü jurnallarında, "Molla Nəsrəddin” jurnalı, erməni "Xatabala”  jurnalında işləmişdir.

Şmerlinq 1898-ci ildə Tiflis öz incəsənət məktəbini açıb, daha sonra "Qafqaz Sənətkarlarına Dəstək Cəmiyyəti"ndə "Rəsm, heykəltaraşlıq və arxitektura institutu"nun əsasını qoyaraq 1902-ci ildən 1916-cı ilə qədər rəhbərlik edib. 1922-ci ildə institut akademiyaya çevrilib. O həmçinin ilk Klassik Gimnaziyada da dərs deyib.

Oskar Şmerlinq görkəmli karikatura ustası kimi Qafqazda tanınmış, şöhrət qazanmışdı. İ.Həbibbəyli belə bir fikirdədir ki, ilk karikaturalarından etibarən Şmerlinq cəmiyyət həyatının müxtəlif sahələrinə özünün obyektiv tənqidi münasibətini ifadə etməyə çalışıb: "Çox maraqlıdır ki, Cəlil Məmmdquluzadə "Molla Nəsrəddin" jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə "Molla Nəsrəddin" jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. "Molla Nəsrəddin" jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan "Sizi deyib gəlmişəm", Qafqazda mədrəseyi-ruhaniyyə", "Niyə məni döyürsünüz?", "Molla Nəsrəddin", "İran sərhəddindən", "Xabi-qəflət", "Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli şahın Təbrizdən çıxması" və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib".

"Molla Nəsrəddin" jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi kimi Oskar Şmerlinq həm də "Molla Nəsrəddin"in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olur. Bu cəhəti xüsusilə nəzərə çarpdıran İ.Həbibbəyli yazır ki, "Molla Nəsrəddin"in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb:

"Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə "Molla Nəsrəddin" jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".

Karikaturaçı-rəssam Bayram Hacızadənin fikrincə, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı istedadlı şair və yazıçılarla yanaşı karikaturaçı rəssamlara da öz sözlərini demək üçün geniş imkanlar açdı:

"1906-1917-ci illərdə jurnalın ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə dost və həmfikir idi."

Şmerlinqin 40 illiyi 1933-cü ildə Tbilisidə keçirilmişdir. 1929-cu ildə solo sərgisi, 1964 və 2000-ci illərdə təkrar sərgiləri keçirilmişdir.

Əsərləri Gürcüstan muzeylərində saxlanılır.

 

Tarixdə bu gün - 2 yanvar  1972  — Görkəmli  hərbi xadim. general-mayor Mahmud Əbdülrza oğlu Əbilov 73 yaşında vəfat etmişdir.

Mahmud Əbilov  15 sentyabr 1898-ci ildə Qusar rayonunun Ukur kəndində anadan oluşdur.

Böyük Vətən müharibəsi zamanı Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir.

Faşizm üzərində qələbədən sonrakı illərdə general-mayor Mahmud Əbilov bir sıra atıcı diviziyalara komandanlıq edib və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunub. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparıb. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olub.

 

1972-ci il yanvarın 2-də dünyasını dəyişən General Mahmud Əbilov Fəxri Xiyabanda dəfn olunub.

Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilib, burada onun büstü qoyulub. Generalın doğma kəndi Ukurda da onun möhtəşəm abidəsi ucaldılıb, kənddəki məktəbə adı verilib.

 

1986  – Görkəmli rəssam,  Əməkdar incəsənət xadimi Sadıq Hüseyn oğlu Şərifzadə 73 yaşında vəfat etmişdir.
 Tarixdə bu gün - 2 yanvar Sadıq Şərifzadə 1912-ci il dekabr ayının 5-də Cənubi Azərbaycanda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev Rəssamlıq İnstitutuna daxil olur və burada o, məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevin tələbəsi olur.

1939-cu ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq İnstitutuna köçürülür.

1940-cı ildə Şərifzadə institutun 5-ci kursundan Bakıya qayıdır və yaradıcılıq ilə məşğul olur.

1940-1958-ci illər ərəfəsində rəssam bir sıra tarixi və müasir mövzularda rəsm əsərləri yaradır. Şərifzadə "Üzüm yığımı", "Səttar xan Fədailərinin Təbrizi müdafiəsi", Sosialist Əməyi qəhrəmanı neftçi – Ağa Neymətullanın, Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq artisti Mirzəağa Əliyevin portreti, "Göy-göl" mənzərəsi, "Dənizdə neft buruqları", "Xətib Təbrizi və Əbülüla Müərri" və bir sıra xalqın qaynar həyatını təbliğ edən əsərlər yaradır.

S. Şərifzadə respublikamızda təkçə boyakar rəssam kimi deyil, həm də istedadlı bir teatr rəssamı kimi tanınmışdır. O, hələ texnikuma girməmişdən əvvəl görkəmli teatr xadimləridən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin bədii tərtibtini verdiyi Abdulla Şaiqin "Fitnə", Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Qastello", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", İslam Səfərlinin "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", İ. İbrahimovun "Kəndçi qızı" və b. tamaşaçılarda orijinal bir fikir yaradır.

1958-ci ildə rəssam XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin obrazını yaradır və bu tabloya görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.

1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə nümayiş etdirmiş və elə həmin ilin 29 iyulunda ona Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət xadimi adı verilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.