» » Tarixdə bu gün - 1 yanvar

Tarixdə bu gün - 1 yanvar

Müəllif: Vüsal от 1-01-2017, 08:00
 

1 yanvar

İlin 1-ci günü

Mühüm hadisələr:

630
— Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanlar Məkkə şəhərinə yürüş etmiş və şəhəri döyüşsüz almışlar.
1959 — Kuba üsyançıları Fidel Kastro rəhbərliyi ilə Havananı ələ keçirmiş, prezident Fulxensio Batista Dominikan Respublikasına qaçmışdır.
1929 — SSRİ rəhbərliyi Azərbaycanda ərəb qrafikalı əlifbanın istifadəsinə qadağa qoymuşdur.

Tarixdə bu gün - 1 yanvar

1995 — Dünya Ticarət Təşkilatı yaradılmışdır.
2007 —BMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərini icra etməyə başlayıb.
1813 — Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.
1841 — Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü.
1929 — Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1934 —Həftəlik "Ədəbiyyat qəzeti”nin ilk sayı çapdan çıxıb.
1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib.

Doğum günləri:

1883— Nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlu(Sübhanverdixanov) Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur.
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül" əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911) və s. hekayələri, "Parlaq ulduz" (1912) felyetonu və s. kimi əsərləri də vardır.
1936-cı il yanvarın 6-da vəfat etmişdir. 

Tarixdə bu gün - 1 yanvar

1896— Neft ustası kimi tanınan Ağa Nemətulla Sərab şəhərində doğulub.
SSRİ neft sənayesi yenilikçisidir.SSRİ dövlət mükafatı laureatıdır.
1942-43-cü illərdə Özbəkistan SSRdə neft quyularında qazılmasında iştirak etmişdir.
A.Nemətulla turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab edilir.
1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazmışdır.
SSRİ Ali Sovetinin (1-ci çağırış) Az-n SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur.
2 dəfə Lenin ordeni və 2 başqa ordenlə təltif edilmişdir.
Ağa Nemətulla 1958–ci ildə Bakıda vəfat etmişdir.
1905—Məşhur neftayıran, Sosialist Əməyi Qəhrəmanı Zəki Ruhulla oğlu Şükürov Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub.
Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır.
Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.
1907— Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayev Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur.
1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur.
O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir.
1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi və sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi.
İgidlik və cəsurluq göstərdiyinə görə Şöhrət ordeninin 1,2,3-cü dərəcələri ilə təltif olunmuşdur. Bundan başqa o Lenin ordeni ilə də təltif edilmişdir.
SSRİ Ali Sovetinin fərmanı ilə baş serjant Musayev Mərdan Məmməd oğluna 3 iyun 1944-cü il tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
25 mart 1982-ci ildə 75 yaşında vəfat etmişdir. 

Tarixdə bu gün - 1 yanvar 

1908— Azərbaycan Əməkdar müəllimi, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov Bakı şəhərində doğulmuşdur.
Bakıda pedaqoji məktəbi və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin, "Rusca – azərbaycanca danışıq kitabı"nın, "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin müəlliflərindən biridir.
Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur.
Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
1924
— Əəbiyyatşünas, prоfеssоr Vaqif Vəliyev Qazax rayonunun Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır. Sovet Ordusu sıralarında xidmət etmişdir, ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir . Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. "Ayrım bəzəmələri" və "Bayatılar" kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.
1927 — Avtomatika sahәsindә taınmış Azərbaycan alimi, AMEA-nın müxbir üzvü , SSRİ Dövlәt Mükafatı laureatı, Azәrbaycan SSR әmәkdar mühәndisi Əsgər Abdullayev Qubadlı rayon Eyvazlı kəndində anadan olmuşdur. 1952—1954-cü illәrdә SSRİ EA Avtomatika vә Telemexanika İnstitutunun elmi әmәkdaşı, 1954—57-ci illәrdә isә Azәrbaycan Neft Maşınqayırma İnstitutunda avtomatika vә telemexanika laboratoriyasının müdiri olmuşdur. 1957—1959-cu illәrdә "Neftkimyaavtomat" Elmi-Tәdqiqat vә Layihә İnstitutunun elmi işlәr üzrә direktor müavini, 1959-cu ildәn isә hәmin institutun direktoru olmuşdur.
Neft mәdәnlәrinin kompleks avtomatlaşdırılması və telemexaniklәşdirilmәsi üçün lazım olan cihaz vә aparatların yaradılması üzrә çalışmış, neft sәnayesi proseslәrinin avtomatik idarә olunması prinsiplәrini işlәyib hazırlamışdı. Yüksәk ixtisaslı kadrların hazırlanmasında xidmәtlәri vardır.
Ölçü texnikasına dair beynәlxalq konfransda (Budapeşt, 1961), VII Üumdünya neft konqresindә (Mexiko, 1967) vә avtomatik idarәetmә üzrә Beynәlxalq Federasiyanın 6-cı konqresindә (Boston, 1975) mәruzә etmişdir. Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdur.
Həyatını intiharla başa vurmuşdur.
1933 — Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyev Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Borçalı Pedaqoji Texnikumunda (1948-1952), 1952-1957-ci illərdə isə ADU-nun fılologiya Tarixdə bu gün - 1 yanvarfakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə "Tiflis ədəbi mühiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1965-ci ildə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1970-ci ildə yazıçı Mirzə İbrahimovun yaradıcılığına həsr edilmiş doktorluq dissertasiyasını müdafiə etmişdir.
1964-1974-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur, 1974-1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.
Özünün istəyi ilə 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüşdür. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs demişdir. Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.
bbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Elçin və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.
Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı müasir ədəbiyyat nümunələrinə dair bir sıra dəyərli tənqidi əsərləri var.
Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk sanballı "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi prosesin mahiyyətinə dair araşdırmalar aparmışdır.
BDU Filologiya fakültəsində filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuranın (1979-1988), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri namizədi alimlik dərəcəsi adı verən ixtisaslaşmış elmi şurasının (1980-ci ildən), Nizami adına Dil və Ədəbiyyat İnstitutu nəzdində Müdafiə şurasının, Təhsil Problemləri İnstitutu nəzdində Müdafiə Şurasının, Təhsil Nazirliyi elmi-metodik şurasının və digər qurumların üzvü olmuşdur.
Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.
Onun rəhbərliyi ilə bir çox ədəbiyyatşünaslar nəsli yetişmiş, xüsusən, Tiflis və Borçalı ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Ahısqa türklərinin mədəniyyətinə, mətbuat tarixinə dair əsərləri bu sahədə sonrakı araşdırmalara yol açmış və dəyərli məxəz olmuşdur.
2006- cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
21 yanvar 2011-ci ildə 78 yaşında vəfat etmişdir.
1937 —Məşhur aktyor, Xalq artisti Eldəniz Zeynalov anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb.
Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.
Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı , Əməkdar artist, Xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.

1947
— Ssenari müəllifi, Xalq artisti Mikayıl Mirzə Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub. 1969-cu ildə ADİİ-nin dram və Kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) AMDT-də aktyor işləyib. İki dəfə Milli Məclisə deputat seçilib. Azərbaycan Respublikasının xalq artistidir (22 may 1991).
Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Aslan ("Kəndçi qız", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid) rollarını oynayıb.
1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləmişdir.
Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.
1948 — Tanınmış kimyaçı almi, AMEA-nın həqiqi üzvü Dilqəm Tağıyev Kəlbəcər rayonunda anadan olmuşdur.
lk dəfə olaraq tərkibində keçid elementləri olmayan seolitlərin, olefinlərin hidrogenləşmə, hidroizomerləşmə və müxtəlif karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə reaksiyalarında yuksək aktivliyi müəyyən edilmiş,alkil naftenlərin əvvəllər məlum olmayan yeni çevrilmələrinin seolitlər üzərində mümkünlüyü aşkara çıxarılmış və onlara oksidehidrodisproporsionallaşma və oksidehidroizomerləşmə reaksiyaları adı verilmişdir.
Dilqəm Bəbir oğlu Tağiyevın rəhbərliyi altında 12 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanmışdır.
Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Seolit Assosiasiyasının üzvü, Amerika Kimya Cəmiyyətinin üzvü, Rusiya Təbiətşünaslıq Akadrmiyasının üzvüdür.

1948
—AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Hafiz Əlimərdanov İsayıllı rayonunda anadan olmuşdur. H.M. Əlimərdanov – neft-kimya sintezi sahəsində tanınmış alimlərdən biridir. O, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə "Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə "Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, 2005-ci ildə ona professor elmi adı verilmişdir.
1948 — Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasov Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni Tarixdə bu gün - 1 yanvarmillətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-cı ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını aldı. O, 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.
Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.

 

1952 — Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamı İbrahim Tatlısəs anadan olmuşdur.
1963 — Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əhmədov Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta Tarixdə bu gün - 1 yanvarməktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsada həyata qaytarmaq mümkün olmur cəsur komandir gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.
1972 — Məşhur alpinist, 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmiş Murad Aşurlu Murad Aşurlu 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-a köçüb. O, son illər ABŞ-da aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı.
2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib.
Murad Aşurlu 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb.
Ekspedisiyanın başlamasından əvvəl Murad "Finding your Everest” ("Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb. Kitab yaxın gələcəkdə ABŞ-da dərc ediləcək.
Vəfat etmişdir:

2004 — Azərbaycan Respublikasının dövlət xadimi, Filologiya elmləri doktoru, Professor və 1995-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şamil Qurbanov  69 yaşında Bakıda vəfat etmişdir.
10 may 1934 -cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

Bayramlar və xüsusi günlər: 
Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir .
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, müxtəlif içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir və
s... 

Tarixdə bu gün - 1 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz