» » Bu gün Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalı günüdür

Bu gün Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalı günüdür

 
Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin mənfur düşmənlərimiz tərəfindən işğalından 27 il ötür.
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin ermənilərdən tərəfindən işğalı başa çatıb.
İşğaldan əvvəl Kərcihan 350 ailə təsərrüfatını əhatı etmişdir və əhalisi də 1796 nəfər Qəsəbədə iki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, 10 dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid beş sex və digər məişət-iaşə obyektlər və s qurğu və tikililər olmuşdur.
Kərcicahanın işğalı zamanı 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.

Bu gün Xankəndi şəhərinin və  Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalı günüdür

 

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin işğalındadır.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.
1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki "Xankəndi" adı bərpa edilmişdir.
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
1979-cu il siyahıya alınmasına görə, şəhərin milli tərkibi: azərbaycanlılar 4.303 nəfər (11,0%), ukraynalılar 82 nəfər(0,2%), ruslar 549 nəfər (1,4%) və ermənilər 33, 898 nəfəri (87,0%) olmuşdur.

Bu gün Xankəndi şəhərinin və  Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalı günüdür

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz