» » 21 iyun Dünya Musiqi Günüdür

21 iyun Dünya Musiqi Günüdür

Dünya Musiqi Günü hər il 21 iyunda qeyd olunan və musiqi festivalı şəklində xatırlanan bir gündür.
Dünya Musiqi Günü fransalı musiqi və rəqs rejissoru Maurice Fleuret tərəfindən irəli sürülüb və hazırlanıb, 1981-ci ildə ildə isə Mədəniyyət naziri Jack Langın təklifi ilə Fransada açılmışdır. Daha sonralar isə genişlənərək Avstraliya, Belçika, İngiltərə, Luxemburg, Almaniya, İsveçrə, Costa Rica, İsrail, Çin, Hindistan, Livan, Malayziya, Morocco, Pakistan, Filippin, Rumıniya, Kolumbiya və bir çox digər ölkələr tərəfindən də qeyd olunmışdur.

21 iyun Dünya Musiqi Günüdür

Dünya Musiqi Günü təşkili ilə iki mövzunu inkişaf etdirmək məqsədi hədəf götürülüb:
Həvəskar və professional musiqiçilərin küçə yaradıcılıqlarını nizamlamaq la onları cəsarətləndirmək və pulsuz konsertlər təşkil etmək, hər kəs üçün, hər yerdə musiqi anlayışını inkişaf etdirmək.
Türkiyədə də ilk dəfə 2005-ci ildə 21 İyun Dünya Musiqi Günü münasibəti ilə Qu quşları Parkları kimi xalqa açıq yerlərdə, müxtəlif sənətçi və birliklər tərəfindən pulsuz konsertlər təşkil edildi. Günə xüsusi şüar "Musiqi dinlə!" və "Küçədəki nota qulaq verin" şəklində mənimsənmişdir.
Bu gün Azərbaycan musiqisi də, xüsusilə muğam və xalq mahnılarımız da dünya musiqisi xəzinəsinə dəyərli incilər bəxş etməkdədir. Ölkəmizdə musiqinin inkişafı üçün xüsusi diqqət və qayğı göstərilməkdədir. Çünki musiqi dünya dilidir, insanlar bu dillə rahatca anlaşa bilirlər.

21 iyun Dünya Musiqi Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz